Ədalət Abdinov Facebook səhifəsində kapitalizmin kollektivçiliyə düşmən münasibətindən yazıb:
"Kollektivçilik sosialist və kommunist ictimai münasibətlərinin səciyyəvi cəhəti, ayrıca bir adamın və bütünlükdə cəmiyyətin, şəxsiyyətin və kollektivin qarşılıqlı münasibətini açıb göstərən kommunist əxlaqı prinsipidir. Kapitalizmə bu müqəddəs əxlaqi prinsip yaddır.
Kollektivçilik fərdiyyətçiliyə ziddir. Kapitalizm isə fərdiyyətçilikdir - mənfəətim çox olsun, başqası açından ölsə də olar.
Kollektivçilik tarixən hələ burjua cəmiyyəti şəraitində, proletariatın kapitala qarşı mübarizəsi ilə əlaqədar meydana gəlmişdir. Ona görə də kapitalizmin qatı düşmənlərindən biri də kollektivçilikdir.
Kollektivçilik yalnız sosializm cəmiyyətində ictimai həyatın bütün sahələrində insanlar arasındakı münasibətlərdə ümumi prinsipə, insanın əxlaqi davranışında ən mühüm tələbata çevrilmişdi. Sosialist kollektivçiliyinin ictimai əsasını istehsal vasitələri üzərində ictimai mülkiyyət təşkil edir.
Kollektivçiliyin əsas tələbləri yoldaşcasına qarşılıqlı kömək, cəmiyyət qarşısında öz borcunu dərk edib onu yerinə yetirmək, ictimai mənafeyi şəxsi mənafe ilə şüurlu əlaqələndirmək, kollektivə və onun mənafeyinə hörmət bəsləməkdir.
Kollektivçilik prinsipi insanın yüksək dərəcədə şəxsi məsuliyyətini nəzərdə tutur: hər kəs nəinki təkcə şəxsi həyat tərzi və davranışı, həm də kollektivin müqəddaratı, nəticə etibarl ilə cəmiyyətin müqəddaratı üçün cavabdehdir. Kapitalizm üçün isə cəmiyyətin müqəddaratı yox, şəxsi qazanc önəmlidir".


0 Комментарии