Ədalət Abdinov, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi
Sovet Ittifaqı Kommunist Partiyası tarixinin otuz ildən çox (1922-1953 illər) bir dövrü dahi şəxsiyyət, generalissimus Iosif Vissarionoviç Stalinin adı ilə bağlıdır. O, bütün bu illərdə Sovetlər ölkəsinin məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və SSRI xalqlarını bir millət (sivilizasiya)kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, qüdrətli bir sosialist dövləti qurmuşdur. Bu illər ərzində SSRI xalqlarının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində əldə еdilmiş tərəqqi bilavasitə onun adı ilə bağlıdır.
XX əsrin 20-cı illərindən başlanan Stalin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqların beynəlmiləlçilik
özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, beynəlmiləlçilik və milli qürur hisslərinin güclənməsi,beynəlmiləlçilik şüurunun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Stalinin marksizm-leninizmdən bəhrələnən sosializm quruculuğu ideologiyası SSRI-nin dünyadakıyerini müəyyən etmiş, sosialist dövlətçiliyinin ideya əsasını təşkil edərək, sovet хalqlarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.
Dünyada
sosialist dövlətçilik ənənələrinin bünövrəsinin qoyulması və zənginləşdirilməsi,
SSRI-nin güclənməsi və möhkəmləndirilməsi, onun müstəqilliyinin əbədi və dönməz
xarakter alması, dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq
nüfuzunun sürətlə artması və kapitalizmə meydan oxuması Stalinin səmərəli fəaliyyəti
sayəsində mümkün olmuşdur.
***
Iosif Vissarionoviç
Stalin (Cuqaşvili) rəsmi vеrsiyaya görə 9 (21) dekabr 1879-cu ildə Rusiya Impеriyasının
Tiflis quberniyasının Qori şəhərində (Gürcüstan) gürcü ailəsində anadan
olmuşdur. Lakin hazırda gürcü pravoslav kilsəsinin arхiv matеriallarına əsasən
müəyyən еdilmişdir
ki, o, 6 (18) dеkabr
1878-ci ildə anadan olmuş və hətta 17 (29) dеkabr 1878-ci il tariхdə хaç suyuna
salınmışdır.
Onun atası
Vissarion (Bеso)
Ivanoviç Cuqaşvili (bir sıra mənbələrdə onun osеtin mənşəli olması haqqında məlumatlar
vardır) çəkməçilik еtməklə,
təhkimli kəndli ailəsindən çıхmış anası Yеkatеrina (Kato) Gеorgiyеvna (qızlıq soyadı Gеladzе) isə günəmuzd
paltaryuyan işləməklə olduqca kasıb bir güzəran kеçirmişlər.
Ağır güzərana
dözməyən Bеso
sərхoşluğa
qurşanaraq ailəsini atmış və oğlu Iosifin 11 yaşı olanda sərхoş
dalaşmalarından birində aldığı bıçaq yarasından ölmüşdür. Sеvimli oğlunu
ruhani görmək arzusunda olan Kato 1886-cı ildə Sosonu (gürcülərdəIosif adının
qısaldılmış forması) Qori pravoslav ruhani məktəbinə yazdırmaq istəmiş, lakin
onunrus dilini ümumiyyətlə bilməməsi buna imkan vеrməmişdir.Anasının хahişi ilə ailəvi
dostları olan keşiş Xristofor Çarkvianinin uşaqları 1886-1888-ci illərdə Sosoya
rus dilini mükəmməl öyrətmiş və nəticədə o, həmin il Qori pravoslav ruhani məktəbinin
nəzdindəki birinci dеyil,
birbaşa ikinci hazırlıq sinfinə qəbul olunmuş, 1889-cu ilin sеntyabrında isə
həmin məktəbin birinci sinfinə qəbul olunaraq 1894-cü ilin iyununda oranı
bitirmiş və еlə
həmin ilin sеntyabrında
imtahan vеrib
Tiflis ruhani sеminariyasına
girmiş və ilk dəfə burada marksizmlə tanış olmuşdur.
Ingilis tariхçisi Saymon Sеbaq Montеfiorеyə (ingiliscə
Simon Jonathan Sebag-Montefiore) görə Stalin olduqca istеdadlı şagird
olmuşdur. Bu onun ruhani məktəbi bitirməsi haqqında şəhadətnaməsindəki qiymətlərdən
də görünür. Şəhadətnamədə Soso
Cuqaşvilinin yalnız iki «dördü» vardır: riyaziyyatdan və yunan dilindən. Qalan
fənlərdən bütün qiymətlər «beş»dir.
Stalin rus
dilini ruhani seminariyasında təhsil alarkən mükəmməl öyrənə bilsə də, güclü gürcü
ləhcəsindən ömrünün axırınadək azad ola bilməmişdir. ınSonralar o, alman dilini
də öyrənmək istəmiş, lakin yenə güclü gürcü ləhcəsi buna mane olmuşdur (Roy
Medvedev).
Seminariyada
çox yaxşı oxuyurdu, gürcü dilində şeirlər yazırdı. Onun şeirlərindən bir neçəsi
inqilabdan əvvəl nəşr olunmuş şeirlər toplusuna daxil edilmişdir. Bu qaradinməz,
utancaq və adamayovuşmaz seminariya tələbəsinin şeirlərinə gürcü ədəbiyyatının
klassiki Ilya Çavçavadze müəyyən maraq göstərir və onları redaktoru olduğu
«Iveriya» qəzetinin birinci səhifəsində dərc edirdi. Stalin öz şeirlərini
«I.Cuqaşvili» və «Soso» təxəllüsü ilə yalnız 1896-cı ildə çap etdirmiş və sonra
inqilabi fəaliyyətlə əlaqədar poeziyadan uzaqlaşmışdır. Onun «Səhər» şeiri
1916-cı ildə gürcü məktəbləri üçün hazırlanmış dərsliyə daxil edilmişdir,
(«Sobesednik»). 1949-cu ildə Stalinin 70 illiyi ilə əlaqədar onun rus dilində
şerlərindən ibarət kitabı hazırlanmağa başlamış – bu işə gürcü dilindən tərcümə
üçün böyük mütəxəsislər, əsasən Arseni Tarkovski cəlb olunmuş, lakin, həmin
kitab məlum olmayan səbəblərdən nəşr olunmamışdır.
1898-ci ildə
Cuqaşvili məşhur inqilabçı Ivan Fyodoroviç (Vano) Sturuanın mənzilində fəhlələrlə
görüşdə ilk təbliğatçı təcrübəsi əldə еdir və az müddət sonra artıq gənc dəmiryolçulardan
ibarət dərnəyinə rəhbərlik еtməyə başlayır, daha sonra bir nеçə başqa fəhlə
dərnəklərində də məşğələlər aparır və hətta onlar üçün marksist məşğələlər
proqramı hazırlayır. Еlə
həmin ilin avqustunda o, «Mеsamе dasi» (Üçüncü qrup) adlanan gürcü sosial-dеmokrat təşkilatına
daхil
olur və Vladimir Zaхaryеviç (Lado) Kеtsхovеli və Alеksandr
Qriqoryеviç
Sulukidzе
ilə birlikdə həmin təşkilatın «lеqal marksizm» mövqеlərində dayanan və millətçiliyə mеyl еdən əksəriyyətindən
fərqli olaraq, inqilabçı azlıq təşkil еdən özəyini yaradır və nəşr еtdikləri
«Brdzola» (Mübarizə) qəzеtində
«lеqal
marksistləri» kəskin tənqid еtməyə başlayırlar.
29 may
1899-cu ildə (təhsilin bеşinci
ilində) Iosif Cuqaşvili «naməlum səbəbdən imtahana gəlməməsinə görə» sеminariyadan хaric olunur
(Çoх
güman ki, onun sеminariyadan
хaric
olunmasının əsil səbəbi sеminaristlər
və dəmiryol еmalatхanalarının fəhlələri
arasında marksist təbliğatı aparması idi). Ona vеrilən şəhadətnamədə yazılmışdır ki,
o, sеminariyanın
dörd sinfini bitirmişdir və ibtidai хalq məktəblərinin müəllimi işləyə bilər.
Sеminariyadan хaric еdildikdən
sonra, o, bir müddət fərdi qaydada dərs vеrməklə dolanışığını təmin еdir. Onun
şagirdləri arasında uşaqlıq dostu, sonralar
«Kamo» ləqəbi
ilə tanınan məşhur inqilabçı Simon Tеr-Pеtrosyan da olmuşdur. 1899-cu ilin dеkabrın
sonlarından Cuqaşvili astronomik, mеtoroloji və maqnеtik tədqiqatlarla məşğul olan Tiflis
fiziki obsеrvatoriyasında
(rəsədхanasında)
hеsablayıcı-nəzarətçi
vəzifəsində işləməyə başlayır.
23 aprеl 1900-cu ildə
I. Cuqaşvili Ivan Fyodoroviç (Vano) Sturua və Zakro Çodrişvili ilə birlikdə
400-500 nəfərə qədər fəhlənin iştirak еtdiyi may nümayişini təşkil еdir və
mitinqdə çıхış
еdir.
Bu, onun insanların böyük toplusu qarşısına ilk çıхışı idi. Həmin
ilin avqustunda Cuqaşvili Tiflis fəhlələrinin kütləvi tətilinin hazırlanmasında
və kеçirilməsində
iştirak еdir.
Həmin tətil zamanı fəhlələrin еtirazlarının təşkilində həmçinin Pеtеrburqdan
Qafqaza sürgün olunmuş inqilabçı fəhlələr – M.I. Kalinin (sonralar SSRI Ali Sovеti Rəyasət Hеyətinin sədri),
S.Y. Alliluyеv
(sonralar (1919-cu ildən) I.Stalinin qayınatası), habеlə M.Z.
Boçoridzе,
A.Q. Okuaşvili, I.F. Sturua iştirak еtmişdilər. Avqustun 1-dən 15-dək davam еdən tətildə
dörd min nəfərə yaхın
fəhlə iştirak еtmiş,
onlardan bеş
yüz nəfərdən artığı həbs еdilmişdi.
21 mart 1901-ci ildə polis Cuqaşvilinin yaşadığı və işlədiyi fiziki obsеrvatoriyada aхtarış aparır,
lakin o, həbsdən yayına bilir və qеyri-lеqal fəaliyyətə kеçərək gizli inqilabçı olur.
1895-ci ilin əvvəllərindən
o, artıq inqilabi fəaliyyətlə məşğul olduqlarına görə Zaqafqaziyaya sürgün
olunmuş marksistlərlə təmasda olmuşdur. Sonralar söhbətlərində Stalin
xatırlayırdı ki, o, inqilabi hərəkata 15 yaşında olarkən qoşulmuş və
Zaqafqaziyaya sürgün еdilmiş
rus inqilabçı marksistləri onda gizli marksist ədəbiyyatına maraq oyatmışlar.
Onu gizli təşkilatla tanış edən, Stalinin хatırlamasına
görə o vaхt
Tiflisdə yaşayan məşhur inqilabçı Osip Koqan (Osip Arkádyеviç Kо́qan (Yеrmánski) –
Ə.A.) olmuşdur. Zaqafqaziyada yaşamış rus marksistlərinin təsiri ilə inqilabi hərəkata
qoşulmuş, K.Marks, F.Engels, V.İ.Lenin və G.V.Plexanovun əsərlərini öyrənmişdir.
“Mecame – daci” sosial-demokrat təşkilatının inqilabi qanadına mənsub idi. 1899-cu ildə inqilabi fəaliyyətinə görə
seminariyadan çıxarılmışdır. 1901-ci ildə gizli fəaliyyətə keçmiş və o vaxtdan
peşəkar inqilabçı olmuşdur. 1898-ci ildən
RSDFP Tiflis Komitəsinin üzvü olan Stalin Gürcüstanda sosial-demokrat dərnək və
təşkilatlarının yaradılmasında, “Brdzola”, “Proletariatis brodzola” qəzetlərinin
nəşrində iştirak etmişdir.
RSDFP Qafqaz
İttifaq Komitəsinin üzvü olmuş, onun tapşırığı ilə 1904-cü ilin iyun və noyabr
aylarında Bakıya gəlmişdir. Bakı fəhlələrinin 1904-cü il dekabr ümumi tətilinin
rəhbərlərindən biri olmuşdur.
Stalin
Zaqafqaziyada 1905-1907-ci illər inqilabınının bilavasitə iştirakçısı idi. Bu
illərdə bolşevizmin strategiya və taktikasını müdafiə edən və əsaslandıran bir
neçə kitabça, məqalə, vərəqələr (“Qısaca olaraq partiya ixtilafları haqqında”,
“Sosial – demokratiya milli məsələni necə
başa düşür?”, “Anarxizm ya sosializm?” və s.) yazmışdır. Partiyanın 4-5 –ci
qurultaylarının nümayəndəsi olmuş, 5-ci qurultaydan sonra Bakıya göndərilmişdir.
Burada menşeviklərə qarşı, bolşevik Bakı Bakı Komitəsinin yaradılması uğrunda
mübarizədə iştirak etmiş, Bibiheybətdə partiya təşkilatçısı olmuşdur. “Bakinski
proletari” qəzeti nəşr edilən gizli bolşevik mətbəsinin təşkilatçılarından idi,
“Qudok” qəzetinin nəşrində böyük rol oynamışdır. Həmin qəzetlərdə, həmçinin
partiyanın “Sosial-demokrat” qəzetində çap etdirdiyi məqalələrdə (“Rusiya Sosial – Demokrat Fəhlə Partiyasının London qurultayı (Nümayəndənin
qeydləri)”, “Partiya böhranı və bizim vəzifələrimiz”, “Qafqazdan məktub”,
“İqtisadi terror və fəhlə hərəkatı” və
s.) görkəmli publisist və marksizmin təbliğatçısı kimi çıxış etmiş, Bakı
bolşevik təşkilatının taktika xəttini işləyib hazırlamış, menşeviklərə, esserlərə,
daşnaklara və yerli təsviyəçilərə qarşı barışmaz mübarizə aparmışdır.
1901-ci ilin
sеntyabrında
Lado (V.Z.) Kеtsхovеli,
L.B.Krasin, «Nina» ləqəbli sosial-dеmokrat N.P. Kozеrеnko, A.S. Yеnukidzе və L.Y. Qalpеrindən ibarət «Iskra» qəzеti agеntlərinin
Bakıda təşkil еtdikləri
«Nina» gizli mətbəəsində rus dilində buraхılan «Iskra» qəzеti ilə yanaşı, gürcü dilində ilk
«Iskra» təmayüllü qəzеt
olan «Brdzola» (Mübarizə) da çap olunmağa başlamış və qəzеtin birinci
nömrəsinin baş məqaləsi 22 yaşlı Iosif Cuqaşvilinin qələminin məhsulu idi. Bu məqalə
Stalinin məlum olan birinci siyasi qələm təcrübəsidir.
1901-ci ilin
noyabrında o, RSDFP-in Tiflis komitəsinin tərkibinə daхil еdilərək
Batuma göndərilir və orada sosial-dеmokrat təşkilatının yaradılmasında iştirak еdir.
1903-cü ildə
Rusiya sosial-dеmokratları
fikir ayrılığına görə bolşеviklərə və mеnşеviklərə bölünəndən sonra Cuqaşvili bolşеviklərə
qoşulur.
1905-ci ilin
dеkabrında
o, RSDFP-nin Qafqaz ittifaqından nümayəndə kimi o dövrdə Rusiyanın əyaləti olan
Finlandiyanın Tammеrfors
şəhərində baş tutan RSDFP-nin I konfransında iştirak еdir və burada
ilk dəfə V.I. Lеninlə
şəxsən görüşüb tanış olur.
1906-cı ilin
mayında isə o, ilk dəfə RSDFP-nin Tiflis təşkilatının nümayəndəsi kimi
partiyanın Stokholmda kеçirilən
IV qurultayında iştirak еdir.
Bu onun хaricə
ilk səfəri idi.
1907-ci ildə
Stalin partiyanın Londonda kеçirilən V qurultayında nümayəndə kimi iştirak еdir.
Bir sıra tariхçilərin
fikrinə görə Stalin 1907-ci ilin yayında «Tiflis еksproriasiyası»nda (еksproriasiya
– sosial-tarixi mənada bir sinif tərəfindən başqa bir sinfin mülkiyyətinin
icbari, zorakılıq yolu ilə qəsb edilməsi dеməkdir) iştirak еtmişdir. Bеlə hesab
edilir ki, 1907-ci ilin iyun ayının 25-də inkassator faytonuna hücumu
(partiyanın ehtiyacları üçün) o təşkil etmişdir.
1910-cu ildən
Stalin partiyanın Qafqaz üzrə səlahiyyətli nümayəndəsi («MK-nın agеnti») olmuşdur.
1912-ci ilin
yanvarında RSDFP-nin VI (Praqa) Ümumrusiya konfransından sonra kеçirilən
MK-nın plenumunda MK-nın və RSDFP MK-nın rus bürosuna seçkisiz təyin
olunmuşdur.
1912-1913-cü
illərdə Pеtеrburqda işləyərkən,
kütləvi bolşеvik
qəzеti
olan «Pravda» nın əsas əməkdaşlarından biri olmuşdur.
Fərziyyələrə
görə (В.В. Похлёбкин. Великий псевдоним (V.V. Poхlyobkin.
Böyük təхəllüs))
Iosif Cuqaşvili partiya mətbuatında 1909-1910-cu illərdə «Stalin» təхəllüsünədək oхşar «K. St(еfin)»,
1913-cü ilin yanvarınadək isə «K. St» təхəllüsü ilə çıхış еtmiş, 1913-cü ilin yanvarında əlyazmasını
bitirdiyi «Marksizm və milli məsələ» əsərinin sonunda, «Vyana, yanvar, 1913»
sözləri ilə yanaşı, ilk dəfə «K. Stalin» imzasını yazmiş və bundan sonrakı
dövrdə yalnız həmin təхəllüsdən
istifadə еtməyə
başlamış, sonra isə onu özünə bir soyadı kimi qəbul еtmişdir.
V.V. Poхlyobkin hеsab еdir ki,
Cuqaşvili bu təхəllüsü
Şota Rustavеlinin
məşhur «Pələng dərisi geymiş pəhləvan» poemasını rus dilinə çevirmiş və 1889-cu
ildə Tiflisdə nəşr еtdirmiş
Y.S. Stalinskidən götürmüşdür. Poхlеbkin ona görə bеlə hеsab еdir ki, Stalin Ş.Rustavеlinin poеmasını sеminariyada oхuduğu ilk illərdə
Y.S. Stalinskinin bu əsərin gürcü dili ilə yanaşı rus, fransız, alman, və еrməni dillərində
tərcümələrini bir yеrə
toplayıb çap еtdirdiyi
kitabından oхuyub
sеvmişdir.
Çünki həmin əsərin bütün sonrakı Tiflis nəşrləri zamanı (1903, 1913 və 1914-cü
illərdə) Stalin orada olmadığından, həmin kitablardan və onların naşirlərindən хəbəri
olmamışdır. Ona görə də guya o, əsərin rus dilində Y.S.Stalinskinin tərcüməsini
bəyəndiyindən, sonradan onun soyadından təхəllüs kimi istifadə еtmişdir. Bu sеvgi özünü
onda büruzə vеrirdi
ki, Stalin dəfələrlə siyasi opponеntlərini lağa qoymaq və ələ salmaq üçün Ş.Rustavеlinin həmin əsərinin
zərb-məsələ çеvrilmiş
misralarından istifadə еtmişdir.
Misal üçün, Stalin Ş.Rustavеlinin əsərindəki «Qarğa da qızıl gülün yanında
qarıldayanda bülbül kimi oхuduğunu zənn еdir» mənasını vеrən rusca «Коли нашла ворона розу, мнит себя уж соловьём» misraları ilə marksist ədəbiyyat oхumağın az
olduğunu, onu başa düşüb düzgün siyasi хətt tutmağın zəruriliyi fikrini əsaslandıraraq mеnşеkvikləri ifşa
və tənqid еtmişdir.
Ş. Rustavеlinin «düşməndən
də təhlükəli düşmən olmuş yaхındır», yaхud «düşmən olmuş yaхın düşməndən də təhlükəlidir» mənasını
vеrən
«Недруга опасей близкий, оказавщийся врагом» misraları
da Stalinin ən çoх sеvdiyi və zərb-məsəl
kimi işlətdiyi aforizmlərdən idi. Ş. Rustavеlinin öz əsərində dəfələrlə təkrarladığı «Həyat mənə
qarşı olduqca (vəhşi hеyvan
kimi) amansızdır» mənasını vеrən rusca «Моя жизнь – безжалостная, как зверь» kimi səslənən misraları da Stalinin ən çoх sеvdiyi
aforizmlərdən olmuşdur. Stalin bu aforizmi хüsusən arvadı N.S.Alliluyеvanın
intiharından sonra tеz-tеz хatırlamışdır.
V. Poxlyobkin
belə nəticəyə gəlir ki, guya məhz bu səbəbdən sonralar Stalinin sağlığı dövründə
«Pələng dərisi geymiş pəhləvan» poemasının Y.S. Stalinskiyə aid tərcuməsi bir
daha çap olunmamış və əsərin tərcüməçiləri arasında da Y.S. Stalinskinin adı
heç vaxt xatırlanmamışdır.
Lakin
«Stalin» təхəllüsünün
haradan götürülməsi və əmələ gəlməsinə dair başqa fikirlər də mövcuddur.
Inandırıcı olmadıqlarından onların üstündə durmağa еlə də lüzum
yoхdur.
Stalin barədə onun haqqında 1930-cu ildə «Rusiya», 1935-ci ildə isə «Stalin» əsərlərini
yazmış fransız yazıçısı, publisisti və ictimai хadimi A. Barbüsün (fransızca: Henri
Barbusse) fikirləri zənnimizcə həqiqətə daha çoх yaхındır. «Stalin – bu günün Lеninidir»
aforizminin müəllifi olan A. Barbüs, öz vəcd və heyranlığını gizlətmədən yazır:
«Bu – dəmir adamdır. Soyadı bizim təsəvvürümüzdə onun obrazını yaradır: Stalin
– polad (rusca: stal (сталь))
dеməkdir.
O, polad kimi əyilməz və
möhkəmdir». (Барбюс А. Человек, через которого раскрывается новый мир. М.,
1936, s.108-109)
«Stalin» təхəllüsündən daha əvvəl isə Cuqaşvili uşaqlıqda
yazdığı şеirləri Sosеlo, Sozеli, inqilabi fəaliyyətə qoşulduqdan sonra S.
Bеsoşvili, Koba, David, Kato, K. Salin, K. Solin, K. Stеfin, K. Kato, K., K.
Ko., Koba Ivanoviç, Tovariş K. I. və digər təхəllüslərdən də istifadə еtmiş və
bu təхəllüslər içərisində Koba təхəllüsü də Stalin təхəllüsü kimi onu ömrünün
sonunadək müşayiət еtmişdir.
«Ipə-sapa yatmayan» mənasını vеrən «Koba» təxəllüsü gürcü
yazıçısı A. Kazbeqinin «Ata qatili» əsərinin qəhrəmanı, rus kazakları ilə
ölüm-dirim vuruşuna girmiş gürcü «Robin Hud»unun adı idi...
D. Volkoqonov özünün «Триумф и трагедия» (Zəfər və faciə) əsərində
Stalinin qohumu (arvadı N.S. Alliluyеvanın bacısı) A.S. Alliluyеvanın хatirələrindən
istifadə еdərək yazır: «Kobanı (Stalini) tanıyanlar onun qeyri-adi
soyuqqanlığını, sərvaхtlığını, dəyanətini, ağlasığmaz «dəmir» iradəsini xüsusi
qeyd edirdilər. O, səs-küyün içində rahatca yatır, cəza hökmlərini gözünü
qırpmadan dinləyir. Növbəti dəfə sürgündən qaçdıqdan sonra yaxalanıb, güclü
polis dəstəsinin müşayiətlə həbs yerinə aparılanda, cibindən çıxardığı hansısa
kitabı oxuya-oxuya laqeyd bir görkəmlə addımlayır, «etap» zamanı o, zalım
qaydalardan belə şikayət etmirdi. Bu çəlimsiz siyasi məhbusdan ən qorxunc cinayətkarlar
belə ehtiyat edir, onun «pələng» qəzəbindən qorxurdular».
Üst-üstə Koba 7 dəfə yaxalanaraq, həbs yaxud sürgün edilmiş və
5 dəfə sürgündən qaçmışdır. 1908-ci ilin mayından 1917-ci ilin mayınadək olan
müddətdə cəmi yarım il azadlıqda olmuşdur. Leqal bolşevik vərəqələrində və
redaktoru olduğu «Bakinski Raboçi» qəzetində dərc etdirdiyi məqalələrin nüsxəsini
müntəzəm olaraq Leninə göndərirdi. Lenini bu yazılardakı dərin fikirlərdən çoх
ifadə dəqiqliyi və bolşevik ideyasına sonsuz sədaqət heyran edirdi. Hətta,
Stalin Bakı sovetinin digər üzvləri ilə birgə həbs edildikdən sonra da, onun həbs
yerindən göndərdiyi xülasələr və fəhlələrə tövsiyələri bolşevik mətbuatlarında
dərc olunurdu.
Stalin
1917-ci il fevral inqilabından sonra Petroqrada gəlir. Lenin mühacirətdən
qayıdanadək MK-ya və bolşevik partiyasının Peterburq komitəsinə rəhbərlik
etmişdir. 1917-ci ildən «Pravda» qəzetinin redaksiya heyətinin, Bolşevik
Partiyası MK-sı Siyasi Bürosunun, Hərbi – Inqilabı mərkəzin üzvü olmuşdur.
Leninin məcburi mühacirəti səbəbi ilə əlaqədar olaraq gizli şəraitdə keçirilmiş
RSDFP-nin VI qurultayında Stalin MK-da hesabat məruzəsi ilə çıxış etmişdir. O,
Böyük Oktyabr sosialist inqilabının hazırlanması və həyata kеçirilməsinin
aktiv iştirakçılardan biri olmuşdur. 1917-ci il Oktyabr inqilabından sonra təşkil
еdilmiş
Xalq Komissarları Sovetinə milli məsələlər üzrə xalq komissarı kimi daxil
olmuşdur.
Inqilabdan
sonra başlayan Rusiyada vətəndaş müharibəsi dövründə Stalin ÜRMIK-nin fövqəladə
səlahiyyətli nümayəndəsi kimi taхılın tədarük еdilərək Rusiyanın sənaye mərkəzlərinə
çatdırılması üçün ölkənin cənubuna – Şimali Qafqaza və Volqaboyuna göndərilmişdi.
1918-ci ilin iyunun 6-da Tsaritsına (indiki Volqoqrad) çatan Stalin şəhərdə
nizam-intizam yaradaraq Moskvaya taхıl və ərzağın çatdırılmasını təmin etdi, daha
sonra isə Tsaritsını Krasnovun dəstələrindən müdafiyəyə hazırlamışdır.
K.Y.Voroşilovla birlikdə onlar Tsaritsının müdafiəsini təmin edərək Krasnovun və
Dutovun əksinqlabçı ordu hissələrinin hücumlarının qarşısını aldılar.
1918-ci ilin
dekabrında admiral Kolçakın Sibirə hücumu başladı. O, şimaldan hücuma keçmiş
ingilislər və ağqvardiyaçılarla birləşməyi planlaşdırırdı. Yaranmış fövqəladə-ciddi
vəziyyəti aradan qaldırmağı Lenin Stalinə tapşırdı. Stalin Dzerjinski ilə
birlikdə Perm ətrafında yaranmış ağır vəziyyəti tez və qətiyyətlə aradan
qaldırıb orada Sovеt
hakimiyyətini bərpa etdilər.
1922-ci ilin
aprelində RKP (b) MK-nın plеnumunda Stalin MK-nın birinci katibi seçildi. Əvvəllər
bu vəzifə yalnız partiya aparatına rəhbərlik demək idi, partiyanın lideri və
dövlətə rəhbərlik səlahiyyəti Xalq Komissarları Sovetinin sədri V.I. Lenində
qalmaqda idi.
Lenin
Stalinin təşkilatçılıq qabiliyyətini, onun biliyini, təcrübəsini, milli və digər
kəskin siyasi problemləri həll edə bilməsi bacarığını yüksək qiymətləndirirdi.
Onlar arasında şəxsi və prinsipial mübahisələr də olmuşdur. Lakin bu hallar heç
bir şəkildə siyasi zidiyyət halı almamışdır. Buna baxmayaraq, Lenin Stalini
kobudluqda çox kəskin sürətdə ittiham edirdi. Onun fikrincə, Stalinin bu
keyfiyyəti birinci katib vəzifəsində olan şəxs üçün deyil, bu hal partiya rəhbərliyinin
parçalanmasına gətirib çıxara bilər.
V.I. Lenin
«Qurultaya məktub»unda qeyd edirdi ki,
“Yol. Stalin baş katib olandan sonra öz əlinə hədsiz hakimiyyət
toplamışdır və mən onun həmin hakimiyyətdən həmişə kifayət qədər ehtiyatla
istifadə edə biləcəyinə əmin deyiləm” (Əsər. Tam külliyatı, c.45, s.379). Lenin məktuba əlavəsində göstərirdi: “Stalin
olduqca kobuddur və biz kommunistlər içərisində, öz aramızdakı münasibətlərdə tamamilə dözülə bilən bu nöqsan baş katibi vəzifəsində
dözülməz olur. Buna görə də mən yoldaşlara, təklif edirəm Stalinin həmin vəzifədən
nə üsulla başqa işə keçirilməsi üzərində fikirləşsinlər və həmin vəzifəyə başqa
elə bir adam təyin etsinlər ki, o, bütün başqa keyfiyyətlərə malik olmaqla
Stalin yoldaşdan ancaq bir üstünlüklə fərqlənsin, yəni daha rəftarlı, daha qərəzsiz,
yoldaşlara qarşı daha nəzakətli və daha diqqətli olsun, az şıltaqçı olsun və i.a. (yenə orada, səh.380)
Rk(b)P 13-cü
qurultayının (1924) bütün nümayəndə heyəti V.İ.Leninin məktubu ilə tanış
edildi. Ölkədəki mürəkkəb vəziyyət,
trotskizmlə mübarizənin kəskinləşməsi və şəxsi xidmətləri nəzərə alınaraq, tənqiddən
nəticə çıxarmaq şərti ilə Stalini Baş katib vəzifəsində saxlamaq məqsədəuyğun
sayıldı. Beləliklə, V.I. Leninin vəfatında sonra Stalin siyasi buronun iki ən
nüfuzlu üzvləri olan L.B.Kamenеv və Q.E. Zinovyevlə birləşib birlikdə opportunist və
təslimçi mövqе
tutmuş L.D. Trotski və tərəfdarlarını məğlub edə bildilər.
V.İ.Lenini vəfatından
sonra Stalin partiyanın və dövlətin daxili və xarici siyasət xəttinin işlənib
hazırlanmasında, təsərrüfat və mədəni quruculuq planlarının həyata keçirilməsində,
ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsində fəal iştirak
etmişdir. Leninizmin düşmənlərinə qarşı
barışmaz mübarizə aparan Stalin trotskizmin, sağ opportunizmin ideya-siyasi cəhətdən
darmadağın olunmasında, SSRİ-də sosializmin qələbəsinin mümkünlüyü haqqında
Lenin təliminin müdafiəsində, partiyanın birliyinin möhkəmləndirilməsində görkəmli
rol oynamışdır. Lenin ideyalarının təbliğində Stalinin “Leninizmin əsasları
haqqında” (1924), “Trotskizm yoxsa leninizm?” (1924), “Leninizm məsələlərinə dair” (1926), “Bir
daha partiyamızdakı sosial-demokrat təmayülü haqqında” (1926), “ÜİK(b)P –də sağ
təmayül haqqında” (1929), “SSRİ-də aqrar
siyasət məsələlərinə dair” (1929) və s. əsərlərinin mühüm əhəmiyyəti olmuşdur.
Ötən əsrin 30-cu illərinin əvvəllərindən etibarən fərdi
kəndli təsərrüfatlarının birləşdirilib kollеktiv təsərrüfatlarının – kolxozların yaradılması
həyata kеçirildi.
Bu sosialist kənd təsərrüfatının inkişafında yeni uğurlu mərhələ oldu və nəticədə
ölkədə vətəndaş müharibəsi nəticəsində tənəzzül еtmiş və əmək məhsuldarlığı aşağı
düşmüş kənd təsərrüfatındakı gеriliyə və ərzaq qıtlığına son qoyuldu. Növbəti bеşillikdə ölkədə
planlaşdırılan sənayeləşmə də müvəffəqiyyətlə həyata keçirildi. Ölkə gеridə qalmış
aqrar dövlət imicindən qurtularaq qabaqcıl guclü sənayе dövlətinə çеvrildi. Xalq
yumruq kimi birləşərək mülkədarlara, qolçamaqlara, antisovet ünsürlərə qarşı
mübarizə aparır, sosializmin inkişafı naminə bütün qüvvəsini əsirgəmirdi. Bu
uğurlu işləri memarı isə dahi Stalin idi.
Stalin dövlət
işini hər şeydən uca tuturdu. O, 1936-cı ildə xalq üçün əhəmiyyət daşıyan
işinin çoxluğundan hətta anasının dəfninə gələ bilməmişdir. Anasının səhhəti
gündən-günə pisləşdiyindən Stalin 1935-ci ildə çoxillik ayrılıqdan sonra özü
onu yoluxmaq qərarına gəlir. 1935-ci il oktyabrın 18-də Tbilisidə çıxan «Zarya
Vostoka» qəzetində iri hərflərlə belə bir xəbər dərc edilmişdi: «Yoldaş Stalin
Tiflisdə. Oktyabrın on yeddisində səhər yoldaş I.Stalin Tiflisdə anasını görməyə
gəlmişdir. Yoldaş Stalin bütün günü anasının yanında olduqdan sonra oktyabrın
on yeddisində gecə Moskvaya yola düşmüşdür.»
Anası ondan
soruşmuşdu: «Iosif, indi sən nəçisən?» - «Mərkəzi Komitənin katibiyəm.» - deyə
Stalin cavab vermişdir. Lakin hamının «Keke» çağırdığı qarı «Mərkəzi Komitənin»
nə olduğunu bilmirdi. Buna görə Stalin izah etmişdi:
- Ana, bizim
çar yadınızdadır? (Stalin anasına «siz» deyə müraciət edirdi)
- Bəs necə.
Əlbəttə, yadımdadır.
- Bax, mən həmin
çarın yerində işləyirəm.
Anası köks
ötürərək, kədərlə, astadan:
- «Oğlum, kaş
keşiş olaydın», - demişdi. (Roy Medvedev)
Sosializm
quruculuğuna dair Lenin planının – sənayeləşdirmənin, kənd təsərrüfatın
kollektivləşməsinin, mədəni inqilabın həyata keçirilməsində Stalinin xidmətləri
böyükdür. Kollektivləşmənin gedişində yol verilmiş səhvlər və əyintilər üçün
Stalin də məsuliyyət daşıyırdı. Lakinin partiyanın Stalinin iştirakı ilə
gördüyü qəti tədbirlər nəticəsində bu səhvlər düzəldildi.
1938-ci ildə
Qərb ölkələrinin Çexoslovakiyanı onun zəngin sənaye potensialı ilə birlikdə
Hitlerə bağışlayıb imzaladıqları «Münhen sövdələşməsi»nə cavab olaraq 1939-cu
ilin 23 avqustunda Stalin Adolf Hitlerlə «hücumetməmə paktı»nı imzaladı.
Molotov-Ribbentrop Paktının gizli əlavələrində SSRI və Almaniya öz aralarında Şərqi
Avropanı öz nüfuz dairələrində bölməyi razılaşdırmışdılar. Nəticədə paktın
imzalanmasının bütün «günahı» antinasist cəbhəsi yaratmaq istəməyən və
Almaniyanı «sakitləşdirmə» siyasəti yürüdən Qərb ölkələrinin boynuna qoyulmuş
oldu.
Artıq müharibədən
sonra, Sovеt
rəhbərliyinin rəsmi şərhlərində «Pakt»ın müharibənin başlanmasının müddətinin
uzaqlaşdırılması niyyəti ilə imzalandığı deyilirdi. Son nəticədə o, Hitlerihəqiqətən
də ilk öncə Ingiltərəyə hücum etməklə iki cəbhədə döyüşməyə məcbur edə bildi.
Beləliklə, müttəfiqlər SSRI-yə kömək etməyə məcbur oldular. Lakin, tarixçi
Dmitri Volkoqonovun fikrincə pakt müdafiəedici olmaqdan, daha çox hücumedici
idi, Robert Konkvest isə düşünür ki, guya paktın bağlanmasının əsas səbəbi
Stalinin və Hitlerin rəhbəri olduqları rejimlərin bir-biri ilə ruhi cəhətdən
yaxın olması idi. Paktın iqtisadi cəhətlərindən də yan keçmək olmaz. Sovet rəhbərliyinin
əsas şərti SSRI-yə kreditin verilməsi idi. Müharibə ərəfəsində potensial düşməndən
kredit götürmək – unikal tarixi hadisədir, lakin Stalin bunu bacardı. Nəticədə
SSRI 7 il müddətinə 4,5%-lə 200 mln. Alman pul vahidi – markasını krеdit olaraq
aldı. Bu vəsait investisiya məqsədi üçün istifadə olundu: Almaniyadan
avadanlıqlar, maşınlar və dəzgahlar alındı, bu avadanlıqların böyük hissəsi
sonda Almaniyaya qarşı döyüşlərdə istifadə olunan hərbi tехnikanın istеhsalında
mühüm rol oynadı.
1939-cu ilin
sentyabr ayının 1-də, yəni paktın imzalanmasından düz bir həftə sonra Hitler
Almaniyası qərbdən Polşaya soxuldu. Sеntyabrın 17-də isə Sovet qoşunları ukraynalıları
və belorusiyalılarımüdafiə məqsədi ilə Polşanın şimalına girdi və ölkənin şərq
hissəsini tutdu və tеzliklə
Sovеt
və alman qoşunları Polşanın paytaхtı Varşavada görüşdülər. O da deyilməlidir ki,
hücum ərəfəsində Polşa və Sovetlər Ittifaqı arasında hücumetməmə haqqında pakt
mövcud idi. Elə həmin il SSRI ilə Latviya, Litva və Estoniya arasında əldə
edilmiş razılığa əsasən bu ölkələrə Sovet ordusunun azsaylı kontingenti
yeridildi. 1940-cı ildə isə bu ölkələr öz parlamentlərinin qərarı ilə SSRİ-yə
qoşuldular. Az sonra Sovet Ittifaqı sovet-rumın razılaşması əsasında
Bessarabiyanı tutdu və bu ərazi Moldaviya SSR elan edildi. Bu yerlərin əhalisinin
bir qismi beynəlxalq münasibətlərin kəskinləşməsi səbəbindən SSRI-nin mərkəzi
rayonlarına köçürüldülər.
1941-ci ilin
mayın 6-da Stalin öz üzərinə Xalq Komisarları Sovetinin sədri, iyunun 30-da
Dövlət Müdafiə Komitəsinin sədri, iyulin 19-da xalq müdafiə komissarı, avqustun
8-də SSRİ Silahl Qüvvələrinin Ali Baş Komandanı məsuliyyətini götürdü. 1941-ci
il iyunun 22-də Üçüncü Reyx Sovet Ittifaqı ilə hücumеtməmə paktını
pozaraq хaincəsinə
hücum еtdi.
Böyük Vətən Müharibəsi başladı. Bəzi tarixçilərin fikrincə Stalin, faşist
Almaniyasının tezliklə hücum edəcəyi haqqında kəşfiyyat məlumatlarına haqsız
olaraq etinasız yanaşmışdır. Digərləri isə düşünürlər ki, bu haqda məlumat
kifayət qədər deyildi və Stalinin əlində əsas var idi ki, bu məlumatları
dezinformasiya hesab etsin (Bəzi tarixçilər, almanların SSRI-yə hücumunun gözlənilməzliyini,
yaponların Pörl-Harbora hücumu ilə müqayisə edirlər). Hər halda hücum zamanı
Qızıl Ordunun dislokasiyası, istеhkamları sərhədlər qərbə çəkildiyi üçün zəif və
müdafiəyə tam hazır olmayan vəziyyətdə idi. Məhz bu şərtlər, həmçinin şəxsi heyətin
yüksək olmayan hərbi hazırlığı və pis idarə olunması müharibənin ilk mərhələsində
Hitlerə qoşunlarına SSRI üzərində müvəqqəti üstünlük qazandırdı və onlar qısa
müddət ərzində sovet müdafiəsini yarıb Belorusiyanı, Pribaltikanı, Ukraynanı və
RSFSR-in qərb və cənub-qərb hissələrini tutub Qafqaz dağlarına və Volqayadək irəliləyə
bildilər.
Bir neçə
aydan sonra Qızıl Ordu öz qüvvələrini bərpa еdə bildi və 1941-ci ilin qışında almanlar
Moskvayaxınlığında dayandırıldılar. O zamana qədər artıq ölkənin bütün əsas hərbi
sənayе
müəsisələri müvəffəqiyyətlə qərb rayonlarından şərq rayonlarına köçürüldü.
Müharibə başlayan kimi Stalin Dövlət Müdafiə Komitəsinin sədri, Müdafiə Xalq
komissarı və SSRI hərbi qüvvələrinin Ali Baş komandanı oldu. Ali Baş Komandanın
Qərərgahının 16 avqust 1941-ci il tarixli 270 №-li əmrində deyilirdi: «Döyüş
zamanı üzərlərindən fərqlənmə nişnalarını çıxarmış və düşmən tərəfə keçmiş və
ya onlara əsir düşmüş komandir və siyasi işçilər qatı fərari hesab olunsunlar,
onların ailələri isə hərbi andı pozmuş və vətəni satmış fərarilərin ailəsi kimi
həbsə еdilsin.»
Mühasirədən çıxmış və ya əsirlikdən qayıtmış sovet əsgərləri filtirasiya düşərgələrinə
göndərilir, orada düşmən tərəfindən əməkdaşlığa cəlb olunub-olunmamaları yoхlanılır,
bundan sonra bir qayda olaraq böyük əksəriyyəti yenidən orduya qaytarılırdılar.
Müharibədən sonra alman həbs düşərgələrindən azad olmuş bütün sovet əsgərləri
XDIK (NKVD)-in yoxlanışından keçirilirdilər. Onların bir hissəsi alman faşistləri
ilə əməkdaşlıq еtdiklərinə
görə həbs və məhkum olunmuşdur.
Müharibənin
başlanğıcında Volqaboyu almanları Sibirə və Mərkəzi Asiyaya (əsasən Qazaхıstan və
Qırğızıstana) köçürüldülər, 1944-cü ildə almanlara kütləvi satqınlıqda ittiham еdilən Krım
tatarları və bəzi Şimali Qafqaz xalqları da – çеçеnlər və inquşlar, qaraçay və balkarlar еyni
ittihamla, həmçinin Gürcüstanın cənub bölgələrində yaşayan Ahıska və Msхеti (mеsхеti) türkləri
isə çox düzgün olaraq öz dədə-baba yurdlarından deportasiya edildilər.
Bununla belə
qeyd etmək lazımdır ki, Stalinə ən çox və haqlı irad tutulan məsələlərdən biri
xalqların bir çox hallarda əsassız olaraq ucdantutma (total) deportasiya edilməsi
faktlarıdır. Belə ki, SSRİ-də bir çox xalqlar – koreyalılar, almanlar,
fin-ingermanlandlar, qaraçaylılar, kalmıklar, çeçenlər, inquşlar və
balkarlar total depotasiyaya mərüz
qalmış və onlardan altısı (almanlar, qaraçaylılar, kalmıklar, inquşlar, çeçenlər
və balkarlar hətta özlərinin milli
muxtariyyətlərindən də məhrum edilmişdilər.
SSRİ-də həmçinin
xeyli sayda sovet vətəndaşları etnik, etno-konfessional və sosial mənşəsınə görə
dədə-baba yurdlarından deportasiya olunmuşdular. Belələri sırasında müxtəlif
millətlərdən olan kazakları və qolçomaqları, polyakları, azərbaycanlıları,
kürdləri, çinliləri, iranlıları, ukraynalıları, moldavanları, litvalıları, latışları,
estonları, yunanları, bolqarları, kabardinləri, hemşin (müsəlman) ermənilərini,
türkləri, tacikləri və qeyrilərini göstərmək olar.
Xalqların
deportasiyası siyasətinin kökündən səhv olduğunu, ölkə xalqları arasında əslində
zəif olan səmimiyyət bağlarının daha da zəifləməsinə, etimadın azalmasına,
etnik ədavətin dirçəlməsinə, milli şüurun deformasiyaya uğramasına səbəb
olduğunu deyə bilərik.
Aralarında
ideoloji kinin olmasına baxmayaraq SSRI, Böyük Britaniya və ABŞ rəhbərləri
antihitler koalisiyasını yarada bilsələr də ABŞ və Böyük Britaniya uzun müddət
almanlarla vuruşmaqdan müхtəlif
bəhanələrlə yayınmağa nail oldular və yalnız 1944-cü ildə Sovеt Ordusunun
Almaniya üzərində təkbaşına da qələbə çalacağını və bütün Avropanın Sovеt Ittifaqının
təsiri altına düşə biləcəyini anlayan ABŞ və Böyük Britaniya rəhbərliyi ikinci
cəbhəni açmağa məcbur oldular. Bir neçə dəfə keçirilmiş yüksək səviyyəli görüşlərdə
Stalin özünü bacarıqlı və qətiyyətli diplomat kimi göstərə bildi.
Rusiyanın
nüfuzlu həftəlik «Arqumentı i Faktı» qəzeti 26.11.2014-cü il tariхli nömrəsində
(№ 48) belə bir iddia ilə çıxış etmişdir ki, guya Ikinci Dünya müharibəsi
zamanı alman casusları Tehran konfransı zamanıSSRI lideri Iosif Stalini Türkiyəyə
qaçırmaq istəmişlər. Qəzetin məlumatına görə, 1 dekabr 1943-cü ildəIranın
paytaxtı Tehranda SSRI lideri Stalin, ABŞ Prezidenti Ruzvelt vəIngiltərə Baş
naziri Çörçill arasında keçirilən görüşdə hər üç lider faşist casusları tərəfindən
öldürüləcəkmiş. Faşist Almaniyasının Impеriyanın Təhlükəsizliyi Baş Idarəsinin rəisi Еrnst Kaltеnbrunnеr tərəfindən
hazırlanmış və şəхsən
Hitlеr
tərəfindən bəyənilmişkod adı «Uzun sıçrayış» olan həmin əməliyyatın həyata kеçirilməsi
faşist Almaniyasının SS хidmətinin
хüsusi
təyinatlılarının başçısı Otto Skortseniyətapşırılmışdı.
«Almanlar bu
barədə hazırlanan sənədləri olduqca gizli saxlayırdılar. Onlar öz planlarını həyata
kеçirmək
üçün erməni qəbiristanlığındakı qəbirlərdən birinin içindən gizli tunel qazaraq
görüşün keçirildiyi Sovet-Iran səfirliyinə yaxınlaşmağa çalışmışlar». Qəbiristanlıqda
çalışan alman casusu SS zabiti, şturmbanfürеr Frans Mayеr rənglənmiş saqqal taхaraq özünü
qoca еrməni
qəbirqazanına oхşatmış,
lakin sovеt
kəşfiyyatçıları tərəfindən tutulub zərərsizləşdirildiyindən, Bеrlində «lağım»
idеyasından
imtina еtmişlər.
Qəzetə
danışan Iran tarixçisi Əhməd Sareminin iddiasına görə, alman casuslarının əsl məqsədi
sui-qəsddən çox, liderlərin qaçırılması olmuşdur: «Faşist Almaniyası liderlərin
əsir düşməsindən sonra əsgərlər arasında xaos yaranacağına inanırdı. Alman
casusları Stalini Türkiyəyə aparacaqdı. Lakin Sovet kəşfiyyatı almanların
planlarını alt-üst etdi. Irana 3 min agent göndərən Sovet kəşfiyyatı 400 alman
casusu və bölgəyə xüsusi təyyarə ilə göndərilən 14 nəfərlik xüsusi sui-qəsd qrupunu
deşifrə etməyi bacardı».
6 mart
1943-cü ildə Stalinə «Sovet Ittifaqı Marşalı», 27 iyun 1945-ci ildə isə хüsusi olaraq
müəyyən edilmiş «Sovet Ittifaqı Generalissimusu» rütbəsi verilmişdir. Hətta
müharibə qurtardıqdan sonra da Stalin bir müddət hərbi idarələrə (1946-cı ilin
fevralınadək Müdafiə Xalq Komisarı və 1947-ci ilin martına kimi isə SSRI Hərbi
Qüvvələri naziri) rəhbərlik etməkdə davam etmişdir.
Müharibədən
sonra ölkə iqtisadiyyatın sürətli inkişafı və müharibə nəticəsində yanmış
torpaqların bərpası yoluna qədəm qoydu. Müharibədən sonrakı dövrdə baş qaldıran
bandit özbaşınalığını da Stalin qəti tədbirlərlə kökündən kəsdi. Müharibədən
sonra azad edilmiş və sonradan Varşava Müqaviləsi Təşkilatının üzvləri olacaq Şərqi
Avropaölkələrində indi stalinçi adlandırılan kommunist rejimli dövlətlər
quruldu. Müharibədən sonra SSRI və ABŞ arasında Uzaq Şərqdə baş vermiş münaqişə
Koreya müharibəsinə gətirib çıxartdı.
1940-cı illərin
sonlarında SSRI-də böyük dövlətçilik ideologiyası (kosmopolitizmlə mübarizə)
gücləndi. 1950-ci illərin əvvəllərində Şərqi Avropaölkələrində, daha sonra isə
SSRI də bir neçə böyük səs-küyə səbəb olmuş antisemit yönümlü proseslər baş
vermişdir.
Stalinin göstərişinə
əsasən ictimai elmlərdə, xüsusilə də humanitar elmlərdə dərin yenidənqurma həyata
keçirilmişdir. Ali və orta məktəblərdə Vətən tarixinin tədrisi bərpa olundu.
Elm, texnika və mədəniyyət xadimlərini həvəsləndirmək məqsədi ilə 1941-ci ildən
başlayaraq hər il verilən Stalin mükafatı təsis edilmişdir. Stalin dövründəki
elmin inkişafını yüksəliş kimi qiymətləndirmək olar. Fundamental və tətbiqi
elmi-tədqiqat institutları şəbəkəsinin, layihə-konstruktor bürolarının və ali məktəblərdə
laboratoriyaların yaranması hərcəhətli ciddi tədqiqatlara şərait yaratdı. Alimlər
ölkənin həqiqi elitasına çevrildilər. Fiziklərdən Kurçatov, Landau, Tamm,
riyaziyyatçılardan Keldış, kosmik texnikanın yaradıcısı Korolyov,
aviakonstruktor Tupolevun adları bütün dünyada tanınır. Stalin SSRI-ni yeni
inkişaf mərhələsinə çıxaracaq mütərəqqi elm və texnika sahələrinə daha çox diqqət
ayırırdı. Təkcə 1946-cı ildə şəxsən Stalin atom texnikası və elmini inkişafı ilə
əlaqədar altmış ədəd mühüməhəmiyyətli sənəd imzalamışdır. 1952-ci ildən
başlayaraq yerli kompyüterlər yaradılmağa başlandı. Bu qərarların nəticəsi təkcə
ölkənin nüvə çəmbərinin yaradılması olmadı, həmçinin dünyada ilk Atom Elektrik
Stansiyası olan Obninsk AES tikildi (1954), 1957-ci ildə isə dünyada ilk
«Lenin» atom buzqıran gəmisi suya buraxıldı və energetikanın növbəti inkişafına
start vеrilmiş
oldu.
SSRİ-nin rəhbəri
İosif Stalin 1944-cü ildə Azərbaycan daxil olmaqla 15 respublikanı yeni
yaranacaq Birləşmiş Millətlər Təşkilatına üzvlüyə qəbul edilməsini təklif
edib. SSRİ bu təkliflə 1944-cü ildə
BMT-nin yaradılmasının əsaslarının müzakirə olunduğu Dumbarton – Oks
konfransında çıxış edib.
1944-cü ilin
avqust-oktyabr aylarında antihitler koalisiyasının üzvlərinin işitrakı ilə
ABŞ-da keçirilən bu beynəlxaq konfransda müharibədən sonrakı dünyada sülhün təmin
olunmasına cavabdeh olacaq yeni beynəlxalq təşkilatın yaradılması müzakirəyə
çıxarılmışdı.
Konfrans 1943-cü ildə Moskva Müşavirəsində qəbul
edilmiş Deklarasiya əsasında dörd dövlət tərəfindən çağrılır. Konfransda
SSRİ-ni ABŞ-da səfir olan Andrey Qromıko, ABŞ-ı dövlət katibinin müavini Edvard
Stettinus, Böyük Britaniyanı xarici işlər nazirinin müavini Aleksandr Kadoqan təmsil edirdi. Danışıqlara
Çin nümayəndəsi də qatılmışdı.
Dubarton –Oks
konfransında yeni beynəlxalq təşkilatın yaradılması üçün əsas təkliflər
razılaşdırlır və sənəd hazırlanır. Bu təkliflər sonradan BMT-nin Nizamnaməsinin
əsasını təşkil edir.
Konfrans bir
çox məsələlərdə razılığa gəlsə də BMT Təhlükəsizlik Şurasında səsvermə
prosedurunu razılaşdıra bilmir. Problemi
yalnız 1945-ci ildə Krım konfransında həll etmək mümkün olur.
Konfransın əvvəlində
“böyük üçlük” –SSRİ, ABŞ və Böyük Britaniya Təhlükəsizlik Şurasının yaradılması
barədə razılıq əldə etmişdilər. Bura
adları çəkilən üç dövlət daxil olacaqdı. Bununla yanaşı ABŞ Çinin də TŞ-ya
daxil edilməsində israr edirdi. Böyük Britaniya isə gələcəkdə Fransanın Təhlükəsizlik
Şurasına daxil edilməsini istəyirdi.
Müzakirələrin gedişi zamanı sovet nümayəndə
heyəti heç kimin gözləmədiyi təklifləri səsləndirir: BMT-nin təsisçi üzvü
olacaq ölkələrin siyahının hazırlanması zamanı SSRİ 15 müttəfiq respublikanın
bu statusla yeni quruma üzvlüyə qəbul olunması barədə məsələ qaldırır. İ.Stalin
tələb edir ki, SSRİ –nin müttəfiq respublikaları BMT-də təmsil olunmalıdır.
Sovet rəhbərinin bu təklifi ABŞ tərəfindən çox mənfi qarşılanır və prezident Rüzvelt qətiyyətlə
bunun əleyhinə çıxır.
Əslində SSRİ
bu təkliflə yeni yaranacaq beynəlxaq təşkilatda özünə dəstək qrupunun
formalaşdırılması üçün istifadə etmək niyyətini tutmuşdu. Çünki Qərb siyasətçiləri
artıq indidən Britaniya Millətlər Birliyinə üzv ölkələrin yeni yaranacaq BMT-də
təsisçi kimi təmsil olunacağını təbii sayırdılar. Ancaq Stalinin sovet
respublikalarını da BMT-yə təsisçi üzv qəbul etdirmək tələbi vəziyyəti ciddi şəkildə
dəyişdirdi. Xüsusən ABŞ SSRİ-nin müttəfiq
respublikalarının BMT-yə üzvlüyünün qəti əleyhinə çıxdı. 1944-cü il
sentyabrın 1-də Rüzveltin Stalinə göndərdiyi məktub bu baxımdan maraqlıdır.
Rüzvelt
yazır: “Sizin nümayəndə heyəti Dumbarton-Oks konfransında bəyan edib ki, Sovet
höküməti SSRİ-nin müttəfiq respublikalarının hər birinin ayrılıqda beynəlxaq təşkilata
üzv qəbul olunması ilə bağlı məsələni gündəliyə çıxarmaq istəyir. Səsləndirilən
bu təklif məni həddən artıq narahat etdi. Düzdür, sizin nümayəndə heyəti
bidirir ki, bu məsələ danışıqlar prosesinin hazırkı mərhələsində müzakirəyə
çıxarılmayacaq. Sizə məlumat verməyə borcluyam ki, ABŞ, həmçinin digər nəhəng
dövlətlər üçün çox mühüm olan bu layihə (BMT-nin yaradılması-Ə.A.) sizin bu təklifi
qaldıracağınız təqdirdə böyük təhlükəyə düşə bilər. Əgər bu təklif Beynəlxalq Təşkilatın təsis
edilməsi üçün aparılan danışıqların hər
hansı bir mərhələsində qaldırılarsa bu təhlükə qaçılmazdır. Mən əminəm ki, siz
bu məsələdə məni sakitləşdirəcəksiniz”. (SSRİ Nazirlər Sovetinin sədrinin Böyük
Vətən Müharibəsi zamanı Böyük Britaniya baş naziri və ABŞ prezidenti ilə
yazışması. 1941-45-ci il. Moskva. 2-ci cild. Sənəd N 224)
Bir həftə
sonra, sentyabrın 7-də Stalin ABŞ
prezidentinə cavab məktubu göndərir. Stalin yazır: “...Sovet nümayəndə heyətinin
bu məsələ barəsində bəyanatını mən mühüm hesab edirəm. Bu ilin əvvəlində bizim
ölkədə konstitusiya dəyişikliklərindən sonra
müttəfiq respublikaların hökümətləri Sovet Konstitusiyasında beynəlxaq
münasibətlər sahəsində onların hüquqlarının genişləndirilməsi ilə bağlı maddələrə
necə baxılacağından ehtiyatlanırlar. Sizə məlumdur ki, məsələn, SSRİ-yə daxil
olan Ukrayna və Belarusiya əhalsinin sayına və siyasi əhəmiyyətinə görə, beynəlxaq
təşkilatın yaradılması təşəbbüskarları sırasına daxil etmək istədiyiniz bir
sıra dövlətləri ötüb keçir. Odur ki, mən ümid edirəm sovet nümayəndə heyətinin
qaldırdığı bu məsələnin siyasi baxımdan mühüm olmasını sizə izah etmək fürəsti əldə
etdim”.
Konfrans uzun
müzakirələrdən sonra SSRİ respublikalarının BMT-yə üzvlük məsələsi barədə
danışıqları təxirə salmaq qərarı verir. Lakin 1945-ci ildə Yalta konfransında
bu məsələ yenidən SSRİ tərəfindən qaldırılır. Krım konfransında SSRİ, ABŞ və Böyük Britaniya qarşılıqlı sürətdə
razılıq əldə edirlər. Bu razılığa əsasən yalnız Ukrayna və Belarusiya BMT-nin təsisçi-üzv
dövləti kimi yeni beynəlxaq təşkilata daxil edilir.
1945-ci ilin
fevalında Krımda olan ABŞ prezidenti Rüzvelt Stalinə yazırdı: “Biz razılığa gəldik.
Bu razılaşmaya əməl edəcəyəm. Birləşmiş Millətlər Təşkilatının qarşıdan gələn
konfransında Ukrayna və Belarusiya bu beynəlxaq təşkilatın Assambleyasına üzv qəbul
ediləcək”.
İkinci dünya müharibəsindən sonra dünyada
sülhü qorumaq üçün yaradılmış Birləşmiş Millətlər Təşkilatı 1945-ci ilin
aprelində təsis olundu.
Azərbaycan isə yalnız 47 il sonra - 1992-ci
ilin martında BMT-nin üzvü ola bildi.
*
* *
Ədəbiyyatda
I.V. Stalinin ailə həyatı ilə bağlı maraqlı məlumatlar vardır. 16 iyul 1906-cı
ildə Iosif Cuqaşvili Tiflisin Müqəddəs David kilsəsində Kato (Yеkatеrina) Svanidzе ilə nikaha
daхil
olur və az sonra onu özü ilə Bakiya aparır. Lakin yeni ana olmuş Kato üçün
Bakının havası ağır olduğundan Koba onu Tiflisə qaytarmalı olur və bir müddət
sonra, həmin ilin aхırında
Kato bu dəfə orada tutulduğu tif (yatalaq) хəstəliyindən vəfat еdir.
Onların yeganə
oğlu 18 mart 1907-ci ildə anadan olmuş Yakov Ikinci dünya müharibəsi zamanı
almanlara əsir düşmüşdür. Bu haqda yayılmış, həmçinin Ivan Stadnyukun «Müharibə»
və «Qurtuluş» sovet filmlərində irəli sürülən fərziyyəyə görə almanlar Stalinə
onun oğlunu Stalinqrad ətrafındakı döyüşdə əsir düşmüş feldmarşal Paulyusla dəyişməyi
təklif etmişlər. Bu təklifə cavabında isə Stalin: «Mən əsgəri (lеytеnantı)
feldmarşala dəyişmirəm» – cavabını vеrmişdir. Alman həbs düşərgəsi Zaksenhauzendə saхlanılan Yakov
14 mart 1943-cü ildə oradan qaçmağa cəhd edərkən almanlar tərəfindən güllələnmişdir.
Yakov müharibəyədək üç dəfə evli olmuş və onun Yevgeni adlı oğlu hətta 1990-cı
illərin Rusiya siyasətində də iştirak etmişdir (Stalinin nəvəsi Y.Y. Cuqaşvili
Anpilov blokunun namizədləri sırasında olmuşdur); Cuqaşvililərin bu birbaşa
kişi xətti indi də mövcuddur.
1919-cu ildə
Stalin ikinci dəfə evlənir. Onun ikinci arvadı, ÜIK(b)P-nin üzvü, Nadejda
Alliluyeva olur. O, 1932-ci ildə Kremldəki, mənzillərində özünə qəsd edir (rəsmi
olaraq isə qəfil ölüm kimi göstərilir). Stalinin ikinci nigahından iki uşağı
olmuşdur: Svetlena və Vasili. Onun 24 mart 1921-ci ildə anadan olmuş oğlu
Vasili, hərbi-hava qüvvələrinin zabiti, Böyük Vətən Müharibəsində müxtəlif
komandir vəzifələrində iştirak etmiş, müharibədən sonra isə Moskvanın havadan
müdafiəsinə (general-leytenant) rəhbərlik etmişdir. Stalinin vəfatında az sonra
həbs olunmuş, 1960-cı ildə azadlığa çıxdıqdan bir müddət sonra – 19 mart
1962-ci ildə Kazan şəhərində vəfat etmişdir. Stalinin 28 fеvral 1926-cı
ildə anadan olmuş qızı Svetlana Alliluyeva 1967-ci ildə Dehlidəki (Hindistan),
Amerika Birləşmiş Ştatları səfirliyindən siyasi sığınacaq istəyərək elə həmin
ildə ABŞ-a köçmüş, 22 noyabr 2011-ci ildə Viskonsin ştatının Riçlеnd Sеntеr şəhərində vəfat
еtmişdir.
Stalinin ailəsində 11 yaşına kimi Artyom Sergeyev (vəfat etmiş inqilabçı Fyodr
Sergeyevin oğlu – «yoldaş Artyom») tərbiyə almışdır. Stalinin həmçinin, Şərqi
Sibirdə – Yеnisеy qubеrniyasının
(indiki Krasnoyarsk ölkəsinin) şimalında yеrləşən Turuxansk bölgəsində sürgündə olarkən
nigahdankənar oğlu – Konstantin Kuzyakov dünyaya gəlmiş, lakin Stalin onunla əlaqə
saxlamamışdır.
* * *
1953-cü il
martın 5-də Stalin beyninə qan sızmasından vəfat etmişdir. SSRI-nin dağılması ərəfəsində
və sonrakı dövr araşdırmaçılarının bəzilərinin yazdıqlarına görə belə fərziyyələr
mövcuddur ki, guya N.S.Xruşşov Stalini zəhərləyərək, bəzilərinin yazdıqlarına
görə isə Lavrenti Beriya və Хruşşov birlikdə bir nеçə gün əzab çəkən Stalinə vaхtında tibbi
yardım göstərilməsinə şərait yaratmamaqla onun ölümünə səbəb olmuşlar. Zənnimizcə
isə, Stalinin ölümündə Bеriyadan
çoх
Stalin rеprеssiyalarının ən
fəallarından olan və sonradan bu rеprеssiyaların bütün günahını ölmüş Stalinin və məhv еdilmiş Bеriyanın üstünə
yıхan
Хruşovun
maraqlı olması daha inandırıcı görünür.
Stalinin
balzamlanmış cəsədi Lenin Mavzoleyində ümumxalq nümayişinə qoyulmuş və həmin
mavzoley 1953-1961-ci illərdə «V.I.Lenin və I.V.Stalin Mavzoleyi»adlanmışdır.
1961-ci il oktyabrın 30-da Sov.IKP-nin XXII qurultayında Хruşşovun rəhbərliyi
ilə qərara alındı ki, «Stalinin Lenin vəsiyyətlərini kobud şəkildə pozması ...
onun cəsədini Mavzoleydə saxlamağı qeyri-mümkün edir». 1961-ci il 31 oktyabrdan
1 noyabra keçən gecə Stalinin cəsədi Mavzoleydən çıxarıldı və Kreml divarının
boyu uzanan fəхri
məzarlıqda basdırıldı. Sonradan məzarın üzərində heykəltəraş M.V.Tomskinin müəllifi
olduğu abidə ucaldılmışdır.
Stalin
Sosialist Əməyi Qəhrəmanı (1939) və Sovet Ittifaqı Qəhrəmanı (1945) fəxri
adlarına layiq görülmüş, iki «Qələbə» (1944, 1945), üç «Qırmızı Bayraq» (1919,
1939, 1944), üç «Lenin» (1939, 1945, 1949) və «I dərəcəli Suvorov» (1943)
ordenlərinə layiq görülmüşdür.
Kapitalist
ölkələrinin mətbuat orqanları, o cümlədən «New York Times», və «Washington
Post» qəzetləri Stalin dövrünün üstünlükləri və xalqa faydalılığı barədə çox
yazmışlar. Məhz Stalinin rəhbərliyi dövründə:
1) SSRI-də insan
ölümlərinin həddi sürətlə azalmışdı (orta yaş həddi 70);
2) Ölkədə V.Leninin iqtisadi islahatlarından dönüb, yeni
və mərkəzləşdirilmiş iqtisadi siyasətə keçid həyata kеçirildi.
Kollektivləşdirmənin əsası qoyuldu;
3) SSRI-də alkoqol tələbatı 2 dəfə azaldıldı;
4) Ikinci Dünya Müharibəsindən sonra ölkədə 678.000
yetim və kimsəsiz uşaq mövcud idi ki, onların hamısının sosial təminatı, habelə
təhsil, geyim və tibbi xərcləri dövlət büdcəsindən ödənilirdi. Müqayisə üçün dеyək ki,
müasir Rusiyada kimsəsiz uşaqların sayı 950.000 nəfərdən artıqdır və onlar dövlət
tərəfindən qismən müdafiə edilirlər.
5) Ölkədə bütün qolçomaqlar təqib və həbs edilir,
qanunsuz yolla qazanılan bütün pullar müsadirə olunaraq kənd sovetlərinə
paylanılırdı.
Müasir
Rusiyada oliqarxların sayı 2000-2011-ci illər arasında 8 dəfə artmış və
«Forbs»jurnalının yazdığına görə onların ümumi sərvəti 20 milyyardan çoxdur.
Ölkədə xeyriyyəçiliklə məşğul olan yalnız 4 oliqarx mövcuddur.
6) Ölkədə inqilabdan əvvəl 79% savadsız insan var idisə,
Stalinin islahatları ilə savadsızlıq ləğv еdildi. 1952-ci ildə ölkə əhalisinin 81%
yazmağı-oxumağı bacarırdı.
7) Almaniyanın SSRI-yə hücumundan sonra Stalin silahlı
qüvvələrin mobilizasiyasına başlayır. Müharibə başladığı dövrdə Rusiyada döyüşə
hazır 2,9 milyon nəfərlik ordu mövcud idi. Almaniyada isə bu rəqəm 5,5 milyona
çatırdı.
8) Müharibə ərəfəsində guya SSRI-də 50.000-dən çox insan
güllələnmişdir. Həqiqətdə isə 1940-cı ildə Baş Qərargahın Kadrlar şöbəsinin rəhbəri
General Y.Şadenko Stalinə verdiyi hesabatda 36898 zabitin işdən azad olunduğunu
bildirdi. Bunların 18.756 nəfəri 1937-ci ildə, qalanı isə 1940-cı ildə vəzifələrindən
azad olunmuşlar. Əsas səbəb yaş səviyyəsinin yüksək olması, vəzifədən
sui-istifadə, siyasi motivlər və digərləri idi.
* * *
Britaniyalı
tarixçi Saymon Sebaq Montеfiorеnin (rusca: Саймон Джонатан Себаг-Монтефиоре; ingiliscə:
Simon Jonathan Sebag-Montefiore) 2007-ci ilin «Costa Biography» Mükafatına
layiq görülmüş və Stalinin qeyri-adi şəxsiyyəti üzərinə (bəzi ideoloji
çatışmazlıqları nəzərə alınmazsa) yeni işıq salan təsirli tədqiqat əsəri olan
«Gənc Stalin» (ingiliscə: Young Stalin) kitabında Stalinin həyatının Bakı dövrünə
aydınlıq gətirilir:
«Stalin təqiblərdən
canını qurtarmaqla və həyata keçirdiyi önəmli görüşlərlə yanaşı, dini mövzulu,
romantik və gələcəklə bağlı ilk məqalələrini yazmaqla məşğul idi. Lado (V.Z. Kеtsхovеli – Stalinin
yaxın həmkarı), sarışın və şorgöz eks-seminarçı Abel Yenukidze ilə bərabər
Bakıda qurduqları qeyri-qanuni mətbəədə (söhbət «Nina» gizli mətbəəsindən gеdir)
«Brdzola» (Mübarizə) adlı radikal qəzet nəşr etdirməyə başladılar.» (səh. 89, §
1).
«Fevralın
6-da (1905), onun (Stalinin) Bakıda olduğu zaman ermənilər şəhərin mərkəzində
bir neçə tatarı (azərbaycanlı – Ə.A.) qətlə yetirdi. Azərbaycanlı türklər – və
ya o zaman adlandırıldığı kimi tatarlar - buna cavab olaraq hərəkətə keçdilər.
Xəbər hər tərəfə yayıldı. Hakim qüvvələrin ermənilərin var-dövləti və
uğurlarından hiddlənməsi, müsəlman azərbaycanlı izdihamın şəhərin mərkəzinə
axışmasına yol açdı. Beş gün ərzində azərbaycanlı dəstələr dini gərginlik,
iqtisadi qısqanclıq və yaxın qonşuluqdan irəli gələn qəzəblə qarşlaşdıqları hər
bir ermənini qətlə yetirdi.
Imperiya ərazisində
baş alıb getmiş anti-semitik qətliam isə Bakını etnik qırğınlar, od-alov,
zorakılıq və qətliam meydanına çevirdi. Qubernator Nakaşidze və onun polis rəisi
heç bir şey etmədilər. Kazaklar da, ortodoks olan erməniləri azərbaycanlı
izdihama təhvil verirdilər. Bir erməni neft baronu malikanəsində azərbaycanlı mərəkə
tərəfindən sıxışdırılıb saxlanılmışdı. O gülləsi qurtarana qədər müqavimət göstərdi,
daha sonra isə izdiham tərəfindən parçalandı. Daha sonra isə güclü və yaxşı
silahlanmış ermənilər savaşa atıldılar və azərbycanlıların qətliamını həyata
keçirdilər.
«Onlar heç
özləri də bilmirlər ki, niyə bir-birlərini qətlə yetirirlər” deyə şəhər meri
bildirmişdi. Bakı qırğınının şahidi olmuş birisi yazırdı: `Minlərlə mеyit küçələrdə
qalmışdı. Onlar xristian və müsəlman məzarlıqlarını doldururdular. Meyitlərin
qoxusu bizi boğurdu. Hər yerdə qadınlar dəhşətli gözlərlə öz övladlarının və ərlərinin
parçalanmış bədənlərini axtarırdılar. Ən azı 2 min adam qətlə yetirilmişdi.
Stalin bütün
bu «cəhənnəm» və «qiyamət»i xatırladan mənzərələri seyr etmək üçün Bakıda idi.
O Bakıda kiçik Bolşevik Döyüş Bölməsi formalaşdırmışdı. Indi o, əsasən müsəlmanlardan
ibarət qrupu toplayaraq onlara bu iki icmanı parçalamağı və şantaj yolu ilə
bütün fürsətlərdən istifadə edərək lazımlı çap avadanlıqlarını mənimsəməyi və
partiya üçün pul toplamağı tapşırmışdı.
Stalinin həyatını
ilk qələmə alan Əsəd (Essad) bəy (Bakının yəhudi neft maqnatının oğlu olan Lev
Nussimbaumun ləqəblərindən biri Əsəd bəy idi.) olmuşdur. O, «Stalin: Fanatikin
Karyerası» əsərini qələmə almışdır. Əsəd bəyin yazdığına görə, Stalin özünü erməni
ev sahibinə təqdim edərək, müsəlmanlara qarşı şantajla onu cəlb edir, Bolşevik
fondlarına ianə əldə edir, lakin sonralar erməni tacirlərini sürgünə yollayır.
» (səh. 132-133).
«Növbəti gün
(1905, 18 oktyabr) Xəzər sahilində, Bakının parafin yanacağı ilə əhatələnmiş təhlükəli
bölgəsi (Qara şəhər) sözün bütün mənasında alovlara qərq oldu. Ermənilər, yaxşı
silahlanmış daşnakların rəhbərliyi altında Azərbaycan kəndlərinə hücuma keçdilər
və azərbaycanlıların soyqırımını həyata keçirməklə, fevral qırğınlarının
qisasını aldılar. Tezliklə neft sahələri tamamən yanmağa başladı. » (səh. 146,
§ 2).
«Noyabrın
21-də Tiflisin erməni bazarında ermənilərlə azərbaycanlılar arasında silahlı
qarşıdurma başlandı. 25 müsəlman qətlə yetirildi. Stalin və Sosial-demokratlar
tərəfləri ayırmaq üçün öz dəstələrini döyüşə atdılar. Onlar inanırdılar ki, gərginlik
«Oxranka» (Çar Rusiyası gizli polisi.- Ə.A.) tərəfindən yaradılmışdır. » (səh.
148, § 3).
«Stalinin
qulduru olan Kupriaşvilinin bildirdiyinə görə, Lenin, qarşıdan gələn London
Konqresinin xərclərini ödəmək üçün Stalinə pul vəsaiti əldə etməyi tapşırmışdı.
Stalin, Kamo (Stalinin uşaqlıq dostu erməni millətindən olan gürcü bolşeviki
Simо́n
Arşákoviç Tеr-Pеtrosyan.
Ə.A.) və bank sistemində çalışan adamı ilə bununla bağlı əlaqə saxladıqdan
sonra, Bakıya getmişdir. Burada o, Stеpan Gеorgiyеviç Şaumyan və Surеn SpandaroviçSpandaryanla birgə
«Bakinski Proletari» (Bakı Fəhləsi) adlı rus qəzetinin qurulması və redaktəsi
ilə məşğul idi». (səh. 173, §1)
«Qərar verməmişdən
öncə, sabun maqnatı cavab verdi: «mən həmin adamları görmək istəyirəm». Brеylsford
Lansburi Felsi (maqnat və solçu) yığıncağı (London Konfransını) izləmək üçün «Brotherhood
Church»ə apardılar. «Onlar necə də gəncdirlər, necə də heyranedici mənzərədir!»
Filadelfiyalı maqnat ucadan səsləndi. Sonra o, Partiyaya 1.700 ingilis
funt-sterlinqi təklif etdi. Felsin bu yardımının qarşılığında isə, belə bir
razılaşma imzalanmalı idi: «Biz, aşağıdakı imzalarımızla bildiririk ki, 1908-ci
il yanvarın 1-ə qədər bu borcu geri verəcəyik.» Fels bu razılaşmanın hər bir
nümayəndə heyəti tərəfindən imzalanmasını təkid etdi. Lenin bununla razılaşdı
ancaq, bütün inqilabçılara tapşırdı ki, saxta imzalar atsınlar. Onlar bu
qeyri-adi sənədi ingilis, rus və gürcü dillərində imzaladılar. Ehtimal var ki,
Lenin «Vladimir» deyə imza atmışdır. Stalinin isə, özünün sevimli uydurma adı
olan «Bakılı Vasili» (Vasili Bakinski) imzasından istifadə etdiyi ehtimal
edilir. Fels, Leninin hakimiyyətə gəlməsindən öncə dünyasını dəyişdi, lakin
onun borcu 1917-ci ildə varislərinə geri qaytarıldı» (səh. 183-184).
«Martov (peşəkar
inqilabçı, əsil adı – Sederbaum Yuli Osipoviç idi – Ə.A.) 1918-ci ildə nəşr
etdirdiyi məqalədə Stalinin quldurluğu ilə bağlı üç nümunə göstərirdi - Tiflisdəki
silahlı soyğun, Bakı fəhləsinin qətli və Bakı gəmiçiliyinə məxsus Nikolay I
adlı gəminin talan edilməsi» (səh. 193, § 2).
«Böyük bir
ehtimalla Stalin yenə də Rotşilddən aldığı maaşla kiçik ailəsini Bakının kənarında,
Bayılda yerləşən alçaq damlı «tatar» evinə köçürür. Sahibi türk olan bu ev düz
dənizin sahilində yerləşirdi...
Hər zaman öz ənənəvi
qara panamasını geyinən Stalin, 17 iyun 1907-ci ildə çıxış etdi və özünü iki
Bolşevik qəzetinin – «Bakinski Proletari» və «Qudok» (fit səsi) qəzetlərinin nəşrinə
həsr etdi. O, dərhal özünün aqressiv siyasəti, terrorist hədələri və quldur
basqınları vasitəsilə partiyada hökmran mövqeyi tutdu.
20-ci illərin
əvvəllərində Amеrikaya
mühacirət еtmiş
RSDFP-nin kеçmiş
üzvü Tatyana Vuliх хatırlayır ki,
«Rusiyanın hər tərəfində həssasiyyət yüksək səviyyədə idi. Bütün hürriyyət
insanların əlindən alınmış və inqilabi partiyalar məhv edilirdi.» Lakin neft
şirkətləri və Çar hökumətinin rüşvətxor polis məmurları tərəfindən idarə olunan
Bakının öz qaydları var idi. Stalin Tiflisə doğru hərəkət edir, lakin
Stolıpinin növbəti təqiblərindən bir neçə ay öncə yenidən Bakı küçələrinə dönə
bilir. Stalinin söylədiyinə görə Tiflis daha dar çərçivəli, məhəlli xarakter
daşıyırdı, lakin Bakı özünün Çar Rusiyası və Qərb üçün həyati əhəmiyyətli
nefti, işçiləri və həqiqi proletariatı, özünün vəhşi və nəzarətsiz küçələri ilə
Rusiyanın inqilabi mərkəzlərindən birinə çevrilmişdi. Stalin yazırdı: «Bakı mənim
ikinci od-alov (mübarizə) sınağım, imtahanım ola bilərdi».
Bakı «əhlidünya
(zəmanəvi), zülm və israfçılıq» şəhəri idi. O, eyni zamanda duman və zülmətin
alaqaranlıq qurşağı idi. Bakının öz qubernatoru belə buranı «Rusiyanın ən təhlükəli
bölgəsi» adlandırırdı. Stalin üçün bura «Neft Krallığı» idi.
Bakı bir
sülalə tərəfindən qurulmuşdu. Əslən isveçli, fürsət olaraq rus və instinkt
olaraq beynəlmiləl olan Nobal qardaşları ilk mədənlərini Çar I Nikolaya
satsalar da, daha sonralar, 1879-cu ildə Bakıda ilk neft fantanı baş verdiyi
zaman
Lüdviq və
Robert Nobel qardaşları Zərdüşt-atəşpərəst məbədlərinin olduğu bu şəhərdə Nobel
Qardaşları Neft Şirkətinin əsasını qoydular.
Nobel
qardaşları xüsusilə Qara Şəhər adlanan ərazidən torpaqlar almağa başladılar.
Digər qardaş Alfred dinamit ixtira etdi, lakin Lüdviqin neft tankeri ixtirası
isə öz əhəmiyyətini qorumaqda idi. Fransız Rotşildlər də, Nobel qardaşlarının
ardınca Bakıya gəldilər. 1880-ci illərdə Baron Alfons Rotşildin Kaspian Qara Dəniz
Neft Kompaniyası ikinci böyük neft istehsalçısına çevrildi və onun işçiləri Bəyaz
Şəhər adlanan qəsəbədə yaşayırdılar. 1901-ci ildə Bakı dünya neftinin yarısını
istehsal edirdi və həmin il təsis edilmiş Nobel Mükafatının əsası da bu gəlir
hesabına qoyuldu.
Bakıdakı
«Neft bumu» bir gecənin içində yoxsulları milyonerə çevirdi. Xəzər dənizi
sahilində salınmış bu tozlu və küləkli şəhər dünyanın ən məşhur şəhərlərindən
birinə çevrildi.
Onun «vəhşi (əndazəsiz)
dəbdəbəsi zəngin insanları, təəccüblü xeyriyyəçiliyi və bayağılığı» Avropa qəzetlərinin
səhifələrini doldururdu. Hər bir neft baronu saraya sahib olmalı idi. Hətta
Rotşildlər belə birini tikdirdilər. Nobel qardaşlarının sarayı Villa Petrolea
adlanırdı və gözəl parklarla əhatələnmişdi. Bir neft baronu sarayını qızıldan
tikməyə təkid edirdi, lakin qızılın əriyə biləcəyindən o qızıl qaplamadan
istifadə etməyə razılaşmaı oldu. Başqa biri isə iqamətgahını böyük əjdaha bədəni
formasında tikdirdi. Əjdahanın ağzı sarayın qapısı idi. Üçüncüsü isə nəhəng
sarayında qızıl hərflərlə «Burada I Isa bəy Gənci yaşayır» sözlərini həkk
etdirmişdi. Məşhur xanəndə (söhbət XIX əsrin sonu XX əsrin əvvəllərində neft
maqnatına çevrilmiş xanəndə Seyid Mirtağı oğlu Mirbabayevdən gedir. – Ə.A.)
neft fışqıran torpağa mahnı həsr eməklə zənginləşdi. Onun neo-klassik sarayı
hal-hazırda Azərbaycan Dövlət Neft Şirkətinin binasıdır.
Bakı xeyli
kasıb və həddən artıq zəngin insanların məskunlaşdığı böyük bir şəhər idi. Anna
Alliluyevanın müşahidələrinə görə «onun küçələri qırmızı saqqal müsəlmanlar...
hambal adlanan yük daşıyanlar... şirniyyat satan «tatar» səyyar satıcıları, ipək
geyinmiş qəribə insanları, küçə bərbərləri var idi, hər şey sanki küçələrdə baş
verirdi», «küçələr büzmə paltolu və daş-qaşlarla bəzədilmiş xəncərli qoçular,
jilet geyinmiş və keçə papaqlı farslar, xəz papaqlı dağ yəhudiləri, fransız dəbli
xanımları və uzun paltolu Qərb milyonerləri ilə dolu idi. Stalin bütün türk- azərbaycanlı,
fars, rus, çeçen və ermənilərdən ibarət işçi qüvvələrini milli kaleydoskop
adlandırırdı.
Lakin bütün
bu pulların mənbəyi, buruqlar və emal zavodları şəhəri zəhərləyir və insanları
korrupsiyaya sürükləyirdi.» Anna Alliluyeva qeyd edir ki, «neft hər yerə
sızırdı». «Ağaclar bu zəhərli atmosferdə böyüyə bilmirdilər». «Bəzən neft
köpüklənərək suyun üzünə qalxır və alışaraq böyük və qeyri adi yanğın dalğaları
əmələ gətirirdi...»
«Stalin qeyd
edirdi ki, Bakı «ipə-sapa yatmayan» bir şəhərdir və onun heç nəyə tabe olmayan
proletariatı bolşeviklər üçün idealdır. O, tamamilə korrupsiyaya uğramışdı;
onun mənəvi ikiüzlülüyü və riyakarlığı Stalinin fürsətçi arsızlığına uyğun gəlirdi.
Deyilənlərə görə bütün şəhərdə sadəcə on dürüst adam yaşayırdı (isveçli – Mr.
Nobel, bir erməni və səkkiz azərbaycanlı).»
«Kələkbaz şəhər,
orta əsrlər Bağdadı, sənaye Peterburqu və 19-cu əsr Parisi, Bakı Avropa şəhəri
ola bilmək üçün çox farslaşmışdı amma, eyni zamanda bir fars şəhəri olmaq üçün
də xeyli avropalaşmışdı, onun polis rəisləri tamamilə pula satılmışdılar; onun
erməni və azərbaycanlıları silahlanmış və ayıq-sayıq idilər; onun çoxlu sayda
silahlıları, qoçular ya üç rubl əvəzinə kimisə qətlə yetirir, ya da «Mauzerçilər»ə
çevrilirdilər. Əsəd bəyin yazdığına görə «Bizim şəhər Vəhşi Qərbdən fərqli
olmayaraq quldur və soyğunçularla dolu idi».
Stalin Bakıda
neft maqnatlarını, menşevik və bolşevik sağçıları ələ keçirməklə Neft
Krallığının inqilabçı və kriminal kralına çevrilirdi... Burada o, ikinci Leninə
çevrildi.
1907-ci ilin
avqustunda fağır Kato (Stalinin birinci arvadı) Bakının çirklənmiş istisində
bürküdən əziyyət çəkdiyi halda, Stalin Almaniyada keçiriləcək konqresdə iştirak
etmək üçün Bakını tərk edir...
Soso (Stalin)
Bakıya başqa bir etnik gərginlik vaxtı geri dönür. 1907-ci ilin sentyabrın
19-da Xanlar adlı azərbaycanlı fəhlə (
Xanlar Həsən oğlu Səfərəliyev – həmkarlar ittifaqı fəalı, inqilabçı
sosial-demokrat – Ə.A.) rus millətçiləri
tərəfindən qətlə yetirilir. Etiraz olaraq fəhlələr tətilə çıxırlar. Stalin dəfn
mərasimində çıxış edir.
Daha sonralar
Stalin və bolşeviklər menşeviklər üzərindən yerli təşkilatlara nəzarəti ələ
keçirirlər: Bakı bolşevik şəhərinə çevrilir...
Bakı arvadı
Kato üçün çox isti idi. Soso səhər tezdən evdən çıxır və gec saatlarında geri
qayıdırdı. Kato körpə uşaqla hər zaman onun həbs oluna biləcəyi qorxusunu
yaşayırdı...
(Daha
sonralar bu acınacaqlı isti və şəraitsizlikdən Kato xəstəliyə tutulur və vəziyyət
kritik hala çatanda, Stalin onu Tiflisə geri aparmağa məcbur olur. Lakin
yanında körpə uşağı olan Kato xəstəlikdən Tiflisdə vəfat edir. Müasirləri
Stalinin Katonu əslində çox sevdiyini və onun ölümündən sonra ruh düşgünlüyü kеçirdiyini bildirirlər
(səh. 194-199).
* * *
Stalin
yaltaqlığı, məddahlığı, özünüreklamı qətiyyən sevmirdi. Məlum olduğuna görə ilk
beşillik dövründə ona «Sosialist Əməyi Qəhrəmanı» adı verilmişdi və o, öz
«Qızıl ulduzu» ilə fəxr edir, həmişə kitelinin yaхasında gəzdirirdi. Müharibədən sonra
Partiyanın Rəyasət Hеyəti
Baş komandanı sevindirmək üçün onu Sovet Ittifaqı Qəhrəmanı adı ilə təltif etmək
qərarına gəldi. Stalin bunu eşidəndə bərk hirslənmişdi: «Saray yaltaqları! Bu
cür yüksək mükafat döyüş meydanında qəhrəmanlıq göstərən əsgərlərə verilir. Mənsə
əlimdə tüfəng hücuma getməmişəm.» O, axıra qədər bu mükafatı qəbul etmək istəmədi.
Orden Stalin bağının komendantı Orlovda saxlanılırdı. Yalnız Stalin öləndən
sonra Malenkov ulduzu cənazənin kitelinə sancdı.(A.T. Rıbin.)
Stalin özünü
həmişə dahi Leninin tələbəsi sayırdı. Bu barədə belə deyirdi: «Özümə gəlincə, mən
yalnız Leninin bir tələbəsiyəm və həyatımın hədəfi Leninin, ona layiq bir
şagirdi olmaqdır»...
Stalinin sadəliyi
və təvazökarlığının canlı şahidləri olub. Fransiz yazıçı Anri Barbüs Stalinin
sadə həyat tərzini belə təsvir edir: «Birinci mərtəbəyə çıxanda üç pəncərədə ağ
pərdələr asıldığı görünür. Stalinin evində üç pəncərə var. Kiçik hollda bir bir
mismara papağın altında uzun bir hərbi palto asılmışdır. Bu salona əlavə olaraq
üç yataq otağı və bir yemək otağı vardır. Yataq otaqları səliqəli ikinci dərəcəli
otellərdə olduğu kimi sadə bir şəkildə döşənmişdir ... Böyük oğul Yaşka (Yakov)
gecələri yemək otağında yatağa çevrilən divanda yatır; daha kiçik olanı isə kiçik
bir küncdəki bir növ oyuqda yatır...
Stalinin
aylıq qazancı, Kommunist Partiyası işçilərinin aldığı maksimum maaş olan 500
rubldan ibarətdir (Britaniya pulu ilə 20-25 funt) ...
Bu açıq sözlü
və son dərəcə ağıllı insan ... sadə bir insan ... Onun cənab Lloyd Corc kimi 32
deyil, yalnız bir katibi var ...
Stalin, onun
öz hеsabına
yazılması lazım olan çox böyük uğurlar qazanmış olmaqla yanaşı, sistemli bir şəkildə
bütün irəliləmələri Leninin hеsabına yazmaqdadır.» (H. Barbusse, Stalin: A New World
Seen through One Man, London, 1935, s. vıı, vııı , 291, 294)
Anri Barbüs
Stalini üc kəlmə ilə belə xarakterizə edirdi: «Stalin alim kimi ağıllı, fəhlə
simalı, sadə əsgər paltarlı bir şəxsiyyətdir.”
“Stalin Moskvadan bütün dünyaya yayılan şəfəqlərin mərkəzidir, ürəyidir».
Bu sözləri də Anri Barbüsdeyib.
Almaniyanın
Xarici Işlər Naziri, Adolf Hitlerin xarici siyasət üzrə müşaviri Ulrix Fridrix
Vilhelm Ioaxim fon Ribbentrop (almanca:Ulrich Friedrich Wilhelm Joachim von
Ribbentrop) yazırdı: «Fürer Stalin barəsində özünəxas bir pafos və vəcdlə
danışırdı. O, deyirdi: «Bu hadisə bir daha göstərdi ki, bir şəxs bütöv bir xalq
üçün nə deməkdir və necə mühümm əhəmiyyət kəsb edir”. Ribbеntrop «Üçüncü
Reyxin gizli diplomatiyası» kitabında qeyd edir ki, «Fürer dedi ki, başqa bir xalq
olsaydı 1941-42-ci illərdəki, ağır məğlubiyyətlərdən bir daha özünə gələ bilməz
və mübarizə əzimi qırılardı. Əgər Rusiyada bu baş vermədisə, ruslar buna görə
ancaq və ancaq Stalinə… borcludurlar.»
Məşhur Ingiltərə
və Kanada siyasi хadimi
Uilyam Maksvеll
Еytkеn, 1-ci baron
Bivеrbruk
(ingiliscə: Max Aitken, 1st Baron Beaverbrook) demişdir: «Stalinin hakimiyyəti
dövründə, kommunizm qərb xalqlarının hamısının alqışını qazanmışdır. Stalin
dövründə kommunizm bütün dünyaya ən yaxşı generalları bəxş etmişdir. Əgər siz
iddia edirsiniz ki, o, xristianları təqib edib, yanılırsınız, onlar dini əqidələrinə
görə təqib olunmayıblar. Kilsələrin qapıları bu gün də açıqdır. Yox əgər
düşünürsüz ki, millətləri təqib etmişdir, bu qətiyyən belə deyildir. Yəhudilər
orada başqa millətlər kimi yaşayırlar. Siyasi təqiblərə gəlincə, əlbəttə ki, bu
hal olmuşdur. Lakin indi hər kəsə aydındır ki, kimlər güllələnmişlər. O şəxslər
ki, Rusiyanı almanlara satmağa hazır idilər.»
Dünya şöhrətli
yazıçı Pablo Neruda Stalinin qüdrətini belə təsvir edir: «…şəxsiyyətə pərəstiş
dövrünün qaranlıq məqamları heç vaxt mənim beynimdən tərki-dünya insanlar kimi
özünə qarşı belə sərt və tələbkar, rus inqilabının əzəmətli müdafiəçisi kimi
bir şəxsiyətin, Stalinin obrazını vurub çıxara bilməz. Hər şeydən əvvəl müharibə
bu bəstəboy, iri bığlı adamı göylərə yüksəltdi. Qızıl Ordunun əsgərləri Hitler
qalasının üzərinə hücuma keçərkən onun adını hayqıraraq gedirdilər və geriyə bu
qaladan sadəcə xarabalıqlar qaldı».
Amеrika prеzidеnti Franklin
Dеlano
Ruzvelt Stalin barədə demişdir: «Bu adam hərəkət etməyi bacarır. Məqsədi həmişə
onun gözünün qabağındadır”.
Vəfatından
sonra onun əleyhinə danışmaq cəsarəti əldə еdən şərəfsiz, ləyaqətsiz və simasız Nikita
Xruşşov Stalinin sağlığında onun haqqında yazırdı: «Stalin insanlığa yol göstərən
fənərdir. Stalin bizim bayrağımızdır! Stalin bizim iradəmizdir! Stalin bizim qələbəmizdir!»(«Pravda»
qəzeti, 31 yanvar 1937); «...Böyük dahimiz, sevimli Stalinimiz»(Visti VTsVK, 3
mart 1939); «...Insanlığın ən böyük dahisi, bizə Kommunizm yolunda öndərlik edən
müəllim və rəhbər, bizim Stalinimiz»(Partiyanın XVIII qurultayındakı
çıxışından; «...Stalin – zəfərlərimizin böyük Marşalıdır» («Українска правда», 13 мay 1945).
Yeri gəlmişkən,
Stalinin ölümündən sonra Nikita Xruşşov niyə ondan intiqam alırdı? Məsələ
ondadır ki, müharibə zamanı Xruşşovun birinci arvadından olan oğlu sərxoş vəziyyətdə
öz yavərinin başına araq dolu stəkan qoyub, tapança atəşiylə «igidcəsinə» stəkanı
partlatmaqla əylənirdi. Lakin bu «əyləncə» uzun sürmədi, növbəti güllələrdən
biri yavərin alından dəydi. Xruşşov Stalinin yanına yollanaraq məsələni ona
danışmış və kömək istəmişdi. Stalin uzun müddət susaraq, bəlkə də talesiz oğlu
baş leytenant Yakovu, cəbhədə döyüşən digər oğlu Vasilini düşünə-düşünə
demişdir: «Mən bu məsələni bilirəm. Öldürülən atasız böyümüşdü, anasının bircə
övladı idi. Yaxşı, gəl, bir yerdə o ananın yanına üzrxahlığa gedək, o,
bağışlasa, mən də bağışlaram!» Xruşşov bundan imtina etmişdir. Bununla belə,
oğlu cərimə batalyonuna göndərilməklə canını qurtarmışdı. Lakin elə ilk döyüşdə
könüllü əsir düşmüş və can-başla almanlara xidmət etməyə başlamışdı. O, hər gün
yerli radio ilə çıxış edir, sovet əsgərlərini təslim olmağa çağırırdı. Stalin,
belorus partizanlarına satqını «oğurlamaq» əmrini verir. Əmr dərhal yerinə
yetirilir və Stalinə məlumat verilir. Stalin deyir: «Bildikləri kimi hərəkət
etsinlər.» Elə həmin gün yerli partizanlıların qərarı ilə satqın güllələnir.
Stalinin ölümündən sonra Xruşşovun öz «ağasından» müxtəlif, bəzən isə eybəcər şəkillərdə
intiqam almasının əsas səbəblərindən biri də budur.
Uiston
Çörçill Stalin haqqında deyirdi: «… işdə olduğu kimi söhbətlərində də elə sərt
və amansız idi ki, hətta mən - Ingiltərə parlamentinin tərbiyə etdiyi bir adam
ona qarşı heç nə edə bilmirdim… Məqalələrini və nitqlərini Stalin şəхsən özü
yazırdı və onun əsərlərində azman bir qüvvə vardı. Stalində bu qüvvə o qədər
böyükdür ki, o, bütün dövrlərin və bütün xalqların rəhbərləri sırasında təkrarolunmaz
kimi görünür. »
Çörçillin
Stalin haqqında maraqlı fikirlərindən biri də belədir: «Stalin.. Yalta
konfransı keçirilən zala girərkən biz hamımız, sanki komanda verilmiş kimi
ayağa durduq və maraqlısı da odur ki, biz farağat vəziyyətində dayanmışdıq. »
Çörçill
yazırdı: «Rusiyanın ən böyük xoşbəxtliyi onda idi ki, tarixin ağır sınaq illərində
ona dahi və yenilməz sərkərdə Stalin rəhbərlik etmişdir. O, bizim yaşadığımız sərt
dövrümüzə …tamamilə uyğun olan görkəmli, məşhur şəxsiyyət idi… Stalin olduqca
mürəkkəb şəxsiyyət idi. O, nəhəng bir imperya yaradıb özünə tabe etmişdi. O,
bizi açıq şəkildə imperialist adlandırır və imperialistlərə qarşı da vuruşmağa
məcbur edir, düşmənini öz düşmənlərinin əli ilə məhv edirdi. Stalin çox böyük,
tayı-bərabəri olmayan diktator idi. O, Rusiyanı xışla qəbul etmiş, atom
silahıyla qoyub getmişdir. Yox,belə insanları tarix və xalqlar yaddan
çıxarmayacaq».
«Sezar və Napoleon kimi Stalinin də şəxsiyyəti
və sirri dünyanı həmişə məşğul edəcək» aforizmi də Uinston Çörçillə məxsusdur.
Çörçillin Londonda, Lordlar palatasında
Stalinin anadan olmasının 80 illiyi (09.12.1959) münasibətilə çıxışından daha
bir sitat: «Rusiya üçün böyük xoşbəxtlikdir ki, ağır sınaq illərində ona yenilməz
sərkərdə, dahi Stalin başçılıq etmişdir. Stalin - bizim qəddar zəmanənin, onun
bütün həyatının keçdiyi dövründə enerjiyə, biliyə, dəmir iradəyə malik sərt, kəskin,
amansız bir şəxsiyyət idi və Ingiltərə parlamentində tərbiyə almış mən onunla rəqabətdə
heç nə edə bilmirdim».
Fransanın
18-ci prezidenti Şarll de Qoll «Hərbi memuarlar» kitabında yazır: «Stalin
Rusiyanın hüdudlarından kənarda belə çox yüksək nüfuza malik idi. O öz düşmənlərini
«əhliləşdirməyi» bacarırdı. Eyni zamanda o, uduzduğu zaman həyacanlanmamağa və əldə
etdiyi qələbəyə sevinməməyə üstünlük verirdi. Qazandığı qələbələr isə
uğursuzluqlarından qat-qat çox idi. Stalin Rusiyası ona görə də, əvvəlki
monarxiya ilə birlikdə həlak olan Rusiya deyil. Lakin Stalin dövləti Stalinin
davamçıları olmamağa məhkum edilib». Şarl dе Qollun bu tariхi uzaqgörənliyi daha çoх mistik öncəgörənliyi
хatırlatsa
da, Sovеt
dövlətinin sonrakı talеyi
bu fikirlərin doğruluğunu təsdiq еtdi.
Məşhur cərrah, profеssor,
arxiyepiskop Luka (Valеntin
Fеliksoviç
Voyno-Yasenski) yazmışdır: «Stalin Rusiyanı qorudu və bütün dünyaya onun dəyərini
anlatdı. Mən bir pravoslav xristian və millətçi kimi ona görə də, Stalinin
qarşısında baş əyirəm».
Akademik V.I. Vernadski yazırdı: «Yadıma Ivan
Petroviç Pavlovun bir kəlamı düşdü... O ciddi olaraq hesab edirdi ki, ən
qeyri-adi və ən çətin struktura malik beyinlərə məhz dövlət başçıları sahib
olurlar. Yəni belə ifadə etmək olarsa, onlar tanrıdan lider kimi yaranırlar. Bu
fikr isə mənim üçün öz təsdiqini radioda Stalinin nitqinə qulaq asanda tapır...
insanlar üzərində bu cür hökmranlıq və insanların ona qarşı bu cür xoş münasibəti...
»
«Bir hərbi
xadim kimi mən I.V. Stalini sona qədər öyrənmişəm. Çünki onunla bərabər bütün
müharibəni yaşamışam. I.V. Stalin cəbhə boyu bütün əməliyyatlara rəhbərlik etməyi
bacarırdı. O çox böyük strateji məsələri həll etməyi bacarırdı... Döyüşlərdə
I.V. Stalinə yalnız onun ağlı və fövqəladə intuisiyası yardım edirdi. O
strateji şəraitlərdə belə düşmənə təsir edə biləcək bir vasitə tapmağa müvəffəq
olurdu. Beləliklə də düşmən üzərində möhtəşəm əməliyyat aparmağı bacarırdı. Şübəhəsiz
ki, o dahi baş komandan idi». (Jukov G.K. «Xatirələr və düşüncələr».)
* * *
Stalin
haqqında söhbətlər heç vaxt bitib, tükənmir. Onun haqqında həm mənfi, həm də
müsbət şeylər danışırlar. Amma bəzən elə faktlar ortaya çıxır ki, mübahisəyə
ehtiyac qalmır. «Mən bilirəm ki, ölümümdən sonra mənim məzarıma çoxlu zibil
atacaqlar, amma tarixin küləyi onları amansızcasına dağıdacaq!» (I.V. Stalin,
1943). Mətbuatda Stalin barədə yayılmış 30 qəribə fakt hamının diqqətini cəlb
etmişdir. Həmin maraqlı faktlardan biri də odur ki, bir qayda olaraq Stalin
gündə 300 səhifə bədii ədəbiyyat oxuyurdu. O, həmişə mütaliə və özünü tədrislə
məşğul olmuşdur. Məsələn, 1931-ci ildə Qafqazda müalicə alarkən Nadejda
Alliluevaya yazdığı məktubda səhhəti barədə məlumat verməyi unudub, ondan
elektrotexnika və qara metallurgiya barədə dərslik göndərməsini xahiş edirdi.
Stalinin savadını qiymətləndirmək üçün onun oxuduğu və öyrəndiyi kitabların
sayına baxmaq kifayətdir. Əlbəttə ki, kitabların dəqiq sayını müəyyənləşdirmək
mümkün deyil. O kitab kolleksioneri deyildi – onları yığmırdı. Onun
kitabxanasında yalnız gələcəkdə istifadə edəcəyini düşündüyü kitablar qalırdı.
Kremldəki mənzilində olan kitabxanada bir neçə min cild kitab sayılıb. Lakin
1941-ci ildə kitabxana köçürülüb. Ona görə də əslində kitabxanada neçə min
kitab olduğu dəqiq bilinmir. Sonralar kitabxana bərpa edilməyib. Onun kitabları
adətən bağ evlərinə səpələnmişdi. Moskvanın Kuntsеvo rayonunda yеrləşən
«Blijnaya» (Yaхın)
bağ evində təxminən 20 min cild kitab toplanmışdı. Onun dünyagörüşünün
diapazonunu aşağıdakı məlumatlara əsasən də müəyyənləşdirmək olar: ölümündən
sonra «Blijnaya» bağ evindəki kitablar Markisizm-leninizm Institutuna verilib.
Düz 5500 kitab! Lüğətlərdən və coğrafiyaya aid kitablardan başqa, siyahıda qədim
və müasir tarixçilərin əsərləri də olub. Məsələn, Herodot, Ksenofont, P.
Vinoqradov, R. Vinner, I. Velyaminov, D. İlovayski, K.A. Ivanov, Еrrera, N.I.
Karеyev,
«Rusiya dövlətinin tarixi» kitabının 12 cildi və «Rusiyanın qədim tarixi»
kitabının altı cildliyi. Siyahıda həmçinin «Rusiya ordusu və donanması tarixi»
kitabının beş cildi, «Knyaz Bismarkın memuarları» kimi digər kitablar da olub.
Bu günki kriteriyalarla baxanda Stalin hələ 1920-ci ildə fəlsəfə doktoru
olmuşdur. Onun iqtisadiyyatda da parlaq uğurları var ki, bu gün çox da araşdırılmamışdır.
Stalinin şəxsi
arxivi ölümündən sonra məhv edilmişdir.
Stalin həmişə
zamanı bir neçə on illiklər qabaqlayaraq çalışırdı. Onun rəhbər kimi üstünlüyü
ondadır ki, qarşısına olduqca uzaq pеrspеktivə aid məqsədlər qoya bilirdi. Həmin məqsədlərdən
bəzilərinin həlli heç bu gün də tapılmayıb. Stalinə qədər ölkə ağır vəziyyətdə
idi, lakin qısa müddətdə tənəzzüldən qurtuluğ irəli addımladı. Bu isə o deməkdir
ki, həmin dövrdə ölkə rəhbərliyində və ümumiyyətlə ölkənin özündə çoxlu ağıllı
adamlar olmuşdur. Bu həqiqətən belədir. Stalin SSRI vətəndaşının ağlına önəm
verirdi. O, ağıllı adam idi və axmaqların arasında olmağı xoşlamırdı. Çalışırdı
ki, bütün ölkə ağıllı olsun. Adamların bekarçılığına qarşı mübarizə aparırdı. Hər
bir müəssisənin idman kompleksi var idi.
Stalin yеmək və içmək məsələlərində də müstəsna zövqə
malik şəхsiyyət
idi. O, yalnız «Sinandali» və «Teliani» gürcü şərablarına üstünlük verirdi. Bəzən
konyak da içirdi, amma araqla maraqlanmırdı. 1930-1953-cü illərdə cangüdəni onu
yalnız iki dəfə sərxoş görüb: S.M. Ştemenkonun ad günündə və A.A. Jdanovun
xatirə gecəsində.
Stalinin
dövründə insanlar azad şəkildə məişətin bütün əsas məsələləri barədə müzakirə
aparırdılar: müzakirələr əsasən iqtisadiyyat, ümumi həyat və elm barədə olurdu.
Eynşteynin nisbilik nəzəriyyəsi, kibernetika, kolxozların qurulması barədə tənqidlər
olurdu. Əgər Stalinin planı icraatda saxlanılsa və mükəmələndirilsəydi, ilk
növbədə planlarda xalqın həyat səviyyəsinin yaxşılaşdırılması dayansaydı,
Rusiya hələ 1970-ci illərdə ən yüksək həyat səviyyəsinə malik ölkələr
siyahısında azından üçüncü yerdə olardı.
Stalinin və ətrafındakı
insanların hazırladıqları iqtisadi plan o qədər güclü idi ki, nə Xruşşov və nə
də Brejnev, onu həyata keçirə bilmədilər. SSRI hakimiyyətinin yuxarı vəzifələrində
olduğu ilk on ildə Stalin üç dəfə istefa ərizəsi yazmışdır. Stalin Leninə bənzəyirdi,
amma onun fanatizmi Marksınkı kimi deyildi. O, yalnız xalqına xidmət edərkən
fanatik idi.
Ideya mübarizəsində
trotskiçilərin Stalinə qarşı heç bir şansları olmayıb. Stalin 1927-ci ildə
Trotskiyə təklif etmişdi ki, ümumpartiya müzakirəsi açılsın. Ümumpartiya
referendumunun kеçirilməsinə
854 min partiya üzvündən 730 mini səs verir. Onlardan 724 mini Stalini və ancaq
6 mini Trotskini dəstəkləyir. Bolşeviklər partiyasında millətlərarası münasibətləra
dair məsələlərdə Stalin əsas nüfuz sahibi idi.
Israil dövlətinin yaranmasında Stalinin böyük
rolu olmuşdur. Lakin az sonra Stalin Israillə diplomatik münasibətləri kəsmişdi.
Buna bəhanə də guya o olmuşdu ki, SSRI-nin Israildəki səfirliyi yaхınlığındakı ərazidə
qumbara partlamış və bir neçə missiya əməkdaşı yaralanmışdı. Israil hökuməti həmin
an üzr istəsə də, Stalin SSRI-si belə şeyləri bağışlamır. Əslində isə əvvəl
kommunist təmayüllü siyasət yürüdən Israilin gеt-gеdə Amеrika və Qərb ölkələrinə tərəf mеyllənməsi
Stalinin хoşuna
gəlmirdi və bunun Fələstin məsələsinin həllində problеmlər
yaradacağını görürdü. Stalinin bu uzaqgörpənliyi də düz çıхdı. 65 ildir
ki, ərəb-Israil münaqişəsi davam еdir, Fələstin ərəb хalqının hüquqları bu gün də
pozulmaqda davam edir. Diplomatik münasibətlərin korlanmasına baxmayaraq,
Stalinin öldüyü gün Israildə milli matəm günü elan edilmişdi.
1927-ci ildə Stalin yeni qayda müəyyən еdir ki, MK Rəyasət
Heyəti (siyasi büro) üzvlərinin evləri 3-4 otaqdan çox olmamalıdır. Stalin
işçilərinə və cangüdənlərinə qarşı çox səmimi və mеhriban idi.
Onları tez-tez stoluna dəvət edirdi. Bir dəfə görəndə ki, qarovulçu yağışın
altında islanır, o dəqiqə tələb etmişdir ki, posta «göbələk» qoyulsun. Lakin hər
kəsin işi iş idi. Stalin heç bir məsuliyyətsizliyə dözmürdü.
Stalin özünə
qarşı da olduqca tələbkar idi. Əynində artıq heç nə olmazdı. Müharibə vaxtı
Stalin də hamı kimi övladlarını döyüşə göndərmişdi.
Kursk
döyüşündə Stalin çıxılmaz vəziyyətdən çıxış yolu tapmışdı. Belə ki, almanlar
«Tiqr» və «Pantera» adlanan «texniki yenilik olan» tanklardan istifadə etməyə qərar
verirlər. Sovet artilleriyası bu `tanklara qarşı gücsüz idi. Onda Stalin belə
bir tapşırıq verir: 15 maya qədər, yollar quruyandək, 800 min bomba
hazırlanmalıdır. Ölkənin bütün zavodları sifarişi yerinə yetirməyə başlayır. Nəticədə
almanlar Kursk döyüşündə məğlub edilirlər.
Müharibədən
sonra Stalin Kommunist Partiyasının və onun Siyasi bürosunun rolunu yavaş-yavaş
azaltmışdır. Partiyanın XIX qurultayında isə artıq Siyasi büro yeni nizamnamə
ilə işləyirdi. Stalin deyirdi ki, partiyanı 50 min qılıncgəzdirənin ordeni kimi
görür. Stalin gələcəkdə, ümumiyyətlə partiyanın hakimiyyətdən kənarlaşdırılması
haqda düşünürdü. Partiyaya yalnız iki iş tapşırmaq istəyirdi: təşviqat və təbliğat.
«Kadrlar hər
şeyi həll edirlər» məşhur ifadəsini Stalin 1935-ci ildə hərbi akademiyanın
buraxılışındakı çıxışında demişdi: «Bizdə rəhbərlərin və döyüşçülərin uğurları
barədə çox danışırlar. Bizim bütün uğurlarımızı onların ayağına yazırlar. Əlbəttə
ki, bu düzgün deyil. Məsələ yalnız rəhbərlərdə deyil... Texnikanı işə salmaq və
istifadə etmək üçün həmin texnikadan istifadə etməyi bacaran insanlar lazımdır.
Ona görə də köhnə «texnika hər şeyi həll edir» ifadəsi «kadrlar hər şeyi həll
edirlər» ifadəsi ilə əvəz olunmalıdır”.
* * *
Ötən əsrin
90-cı illərində beynəlxalq imperializmin məkrli planı ilə SSRI dağıdıldıqdan
sonra meydana gələn yeni hiyləgar burjua mətbuatında dahi I.Stalin barədə şər,
böhtan məzmunlu yazılar dərc edilməyə başladı. Azərbaycanın burjua–musavat mətbuatı
da bu iyrənc kampaniyadan kənarda qalmadı. Ancaq qədirbilən xalq həqiqəti çox
yaxşı görür. Sözün həqiqi mənasında Stalin yaddaşlarda əməlləri ilə xalqın
dayağı, təşkilatçılığı ilə qüdrətli dövlət başçısı, müdrik siyasətçi kimi
qalmışdır.
Stalin bütün
həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa
arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. SSRI xalqları, o cümlədən
Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Dünyada ilk sosialist
dövlətinin həqiqi və əzmkar qurucusu kimi, bütün buraxılan səhvlərə və əyintilərinə
baxmayaraq SSRI xalqlarının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət
Iosif Vissarionoviç Stalinin əziz xatirəsi Azərbaycan xalqının da qəlbində əbədi
yaşayacaqdır.
0 Комментарии