ƏDALƏT ABDİNOV
------------------------------------------------------------------------------------------------------------
26 Bakı komissarların məzarını
ziyarət edənlərinünvanına (http://musavat.com/news/26-lar-in-qebrini-ziyaret-edenler-barede-yeni-faktlar-qalmaqal-boyuyur_470076.htmlnaqqallıq) naqqallıq edənlərə cavab verməzdim, əgər orada blef kommunist olmasaydı.
Məqalədə əxlaq normalarını aşan və təhqiramiz ifadələr işlədən Sabir Rüstəmxanlı öz küçüklüyünü ( türklər kiçiyə küçük deyirlər) göstərir. Və məni məcbur edir ki, onun həmin bədnam yazıda nümayiş etdirdiyi ədəb-ərkanla cavab verim. Riyakarlıq, şərəfsizlik siyasi mövqeyi müxtəlif olan üç prezidentin komandasında onların istəyinə uyğun quyruq bulayan Sabir Rüstəmxanlının alnına yazılıb. 26 Bakı komissarların uğrunda canını quban verdiyi sovet hakimiyyətinin Lenin komsomolu mükafatnı alan, sovet dövlətinin büdcəsi hesabına kitablarını pulsuz nəşr etdirən və müxtəlif imtiyazlardan gen-bol bəhrələnən bu adam sonradan ona buynuz gostərirsə o, yer üzünün ən şərəfsiz, alçaq adamdır. Yediyi qaba tüpürən adamın qəlbində insanlıqdan bir nişanə olmaz, belələri qansız və şərəfsiz adamlardır.
Bu həmin Sabir Rüstəmxanlıdır ki, AXC hakimiyyəti dönəmində Bakı Şəhər İcra Hakimiyyətinin Toponomika Komissiyasında Bakı komissarların ən mətini Nəriman Nərimanovun heykəlinin götürülməməsi üçün yaxasını çırırdı. Axı, onun bu gün yaranmış şəraitdən istifadə edib söydüyü komissarlar da Nəriman Nərimanovun əqidə yoldaşları olublar...
Bu adamın iradlarından biri də odur ki, guya “Rusdillilər öz tarixlərindən xəbərsizdirlər”. Belə çıxır ki, Azərbaycan tanınmış rus dilli ziyalıları öz tarixlərini bilmirlər? Nə qədər nadan olasan ki, bu cür cəfəngiyyat söyləyəsən. Beləsinin iç üzü xalqa, xüsusi ilə hərəkat yoldaşlarına daha yaxşı bəlli olduğundan ona çox vaxt sərf etmək fikrim yoxdur.
* * *
“Demokrat” Sabir Rüsəmxanlıya züy tutan “kommunist” Rauf Qurbanov isə lap maçadır. Əgər özünü kommunist, partiya sədri sayırsa, demək “26 -lar”ın məzarını ziyarət etmək R.Qurbanovun da borcudur. Bu mənada hökumətaltı saytda yanaşı durduğu Sabir kimi qoxumuş siyasətbazların ziyarətçilər barəsində söylədiyi tərbiyəsiz, ədəbsiz, hərzə sözlər, söyüş birbaşa ona da aiddir. Ancaq R.Qurbanov həmin antikommunist tipə cavab vermək əvəzinə, onun tərbiyəsiz, ədəbsiz, hərzə sözlərini, söyüşü rahat qəbul edir və... əqidəli kommunistləri hədəfə alır. Məqsəd aydındır: kommunist ideallarına sadiq olanların cəmiyyətdə artan nüfuzuna zərbə vurmaqla mümkün olmayan özünütəsdiqi gözə soxmaq.
Vaxti ilə bu riyakar tip haqqında yazdıqlarımı təkrar etməyə məcburam. Yalançının istəyi yalana inandırıb aldatmaqdır. Yaltağın istəyi yalanı öyməklə yal qazanmaqdır. Ayıbları çöldə qalan Ruf Qurbanov mənim barədə paxıllıqdan, həsəddən doğan dəbdəbəli yalan uydurmaqla, içində şər dolu şeytan nehrəsi çalxalamışdır. Yazıq zorən söylədiyi cəfəngiyyata yəqin ki, heç özü də inanmır. Necə deyərlər: “Qarğa bülbül, alaq sünbül oldu”, “Palçıq üstə çıxdı, dağ altda qaldı”. Belə yerdə deyiblər ki, adam var, fitnənin əkiz qardaşıdır.
Vaxti ilə bu riyakar tip haqqında yazdıqlarımı təkrar etməyə məcburam. Yalançının istəyi yalana inandırıb aldatmaqdır. Yaltağın istəyi yalanı öyməklə yal qazanmaqdır. Ayıbları çöldə qalan Ruf Qurbanov mənim barədə paxıllıqdan, həsəddən doğan dəbdəbəli yalan uydurmaqla, içində şər dolu şeytan nehrəsi çalxalamışdır. Yazıq zorən söylədiyi cəfəngiyyata yəqin ki, heç özü də inanmır. Necə deyərlər: “Qarğa bülbül, alaq sünbül oldu”, “Palçıq üstə çıxdı, dağ altda qaldı”. Belə yerdə deyiblər ki, adam var, fitnənin əkiz qardaşıdır.
Kommunist Partiyası mənim üçün marksizm-leninizm klassiklərinin ənənələrinə sədaqət ocağıdır. Mətbuatda bir neçə şəxs özünü bu partiyanın rəhbəri kimi təqdim edirdi. Müşahidə və təhlillərimin nəticəsi belə oldu ki, iradəsiz və əməlsiz bu “rəhbərlər” kommunist hərəkatının əzablı yolunda çürük kötükdən savayı bir şey deyillər.
Bunlardan birini - Rauf Qurbanovu söhbətə dəvət etdim. Onun yazdıqlarının əksinə olaraq iki dəfə görüşümüz oldu və hər dəfə də küçələr, parklar bu şəxsin oylağı oldu. Yəni özünü ortaya atmış bu liderciyəzin mənimlə söhbəti küçə səviyyəsindən o yana keçmədi. Mən anladım ki, sosial şəbəkədə özünü lider kimi sırıyan bu kəs şəxsi mənafeyinə xidmət edən cılız hislərlə müqəddəs kommunist ruhunda gizlənib. Ağlı kor, qəlbi kar, ruhu lal bu adamda mənəvi zəlillik gördüm. Onda kommunistə məxsus cəsarətli idrakdan əsər-əlamət yoxdur.
Mənim ünvanıma naqqallıq, boşboğazlıq, hərzəçilik edən bu zatın siz hələ bir düşük arqumentinə baxın: guya məni partiyaya qəbul etməyib. Əvvəla, sən nə karəsən ki, partiyaya adam qəbul edəsən? İkincisi, sənin podratçı manqan nə vaxtdan partiya olub?!
Söylədiyi yalanın əndazəsini itirən bu gopçu deyir ki, guya biz bunun partiyası adında təşkilat yaratmışıq, tədbirlər keçiririk. 26 Bakı komissarların ziyarət etmək əməlimizi kommunist ideyalarına hörmətsizlik sayan bu tipin hansı əqidə sahibi olduğunun isə əlavə izaha ehtiyacı yoxdur. Sıralarında Məşədi Əzizbəyov olan komissarları zyarət etməyi təxribat adlandıran bu blef kommunist riyakar olduğunu bir daha təsdiq edir.
Tam əminəm ki, marksizm-leninizm fikrinin mahiyyətini özündə təcəssüm etdirmək qabiliyyətinə malik olmayan bu qondarma partiya “lideri” nəinki döyüşün ön sırasına çıxar, hətta döyüşün arxasında da fürsət tapan kimi qaçıb gizlənər.
Bu günlərdə olduğu kimi… Kommunistlər 26 Bakı komissarların məzarını ziyarət edib. Bu cür tədbirlərdə iştirak etmək əvəzinə qaçıb gizlənən Rauf Qurbanov antikommunistlərə züy tutur, dolayı yolla onlara dəstək olur. Burda deyiblər:”Utanmasan oynamağa nə var ki..”
Bəli, Rauf Qurbanov kimilərdən bizə heç vaxt yoldaş çıxmayıb və çıxmayacaq da. İşi-gücü yuyulmamış çömçə kimi ortaya atılıb, məlumatı olmayanlara “Mən Azərbaycan Kommunist Partiyasının sədriyəm” yalanı üyütməkdir.
Oxucuların nəzərinə bir daha çatdırıram ki, Rauf Qurbanov Azərbaycan Kommunist Partiyasının qanuni sədri deyil. Onda Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Azərbaycan Kommunist Partiyasının nə Nizamnaməsi nə də Şəhadətnaməsi var. Cibində gəzdirdiyi möhür də saxtadır.
Rauf Qurbanova bir daha xatırladıram ki, saxta təşəxxüs, iddia, heyvərəlik acizlik əlamətidir. Haqq-ədalət, doğruluq insana, fitnə-fəsad, yalan şeytana məxsusdur. Gözügötürməzlik, dargözlük edib antikommunistlərin mənə qarşı hücumundan haram xal qazanmaq üçün çeynənmiş, çürümüş sözlər üyütmək həm siyasi, həm də mənəvi eybəcərlikdir. Bu və ya digər eybəcərliyi başına torba kimi keçirib kommunist hərəkatında əl-ayağa dolaşmasın.
1 Комментарии
Этот комментарий был удален администратором блога.
ОтветитьУдалить