ƏDALƏT ABDİNOV
Rəzillik həqiqətə qənim kəsilən yerdə biqeyrətlik normalaşır. Vicdan səddinin asanca keçən, ləyaqət hissini tapdalan Telman hiyləgərcəsinə bunları uydurur: “…dövlətçiliyin əksinə olan bəyanatları nəzərə alınaraq, Ədalət Abdinov AKP MK rəhbərliyindən və partiya üzvlüyündən də azad edilmişdir”. Bu tülüngüdən soruşuram: belə bəyanat harada və nə vaxt verilib? Yoxdur belə bir bəyanat! Bilinən odur ki, Telman kimi namərdlər üçün mənəvi hakim yoxdur! Bu cür fəndgirliyin özü isə nakişilikdir, əclaflıqdır! Hiyləgərlikdə də bir alçaqlıq var.
Böhtançının mənəviyyatı həmişə ləkəli olar. Telmanın etdiyi saxtakarlıqlardan biri də odur ki, guya məni Azərbaycan KP MK-nın 30 iyul 2017-ci il tarixli plenumunda partiya sıralarından azad edib. Halbuki mən partiya dövlət qeydiyyatından keçmədiyi və qeyri-qanuni fəaliyyət göstərdiyi üçün, bu barədə Telmanın yalanları, fırıldağı məlum olandan sonra uçotda durduğum Xətai rayon partiya təşkilatının 07 may 2017-ci il tarixli qərarı ilə ərizəm əsasında çıxmışam.
Bu fakt Telmanın bəyanatının iftira, böhtan, şər olduğunu bir daha təsdiq edir.
Partiyasında olmayan adamı partiyadan çıxarmaq fırıldağı, badalağı ilə məşğul olan kəsdən hər cür şər-böhtan, saxtakarlıq gözləmək mümkündür. Ən əsası odur ki, plenumun kommunisti partiyadan azad etmək səlahiyyəti yoxdur, bu məsələ ilk təşkilatda həll olunur. Gördüyünüz kimi Telman öz kooperativ partiyasında kələkbazlıqla, bicliklə, aldatma ilə məşğuldur. Bu onu göstərir ki, Telman və onun rəhbərlik etdiyi kooperativ partiyasının MK və MK bürosunun üzvləri partiya Nizamnaməsinin tələblərini bilmir və ya bildikləri halda qəsdən pozmuşlar. Hər iki hal onlara başucalığı gətirmir. İkincisi, əgər məni partiyalarının üzvü hesab edirdilərsə, mənim məsləm həll edildiyi halda, məni niyə plenuma dəvət etməmişlər. Dəvət etmiş olsaydılar, mənim onların partiyasında olmadığımı bilərdilər. Belə fəaliyyət göstərən partiyanın bəyanatı da onun kimi saxtadır, uydurmadır, qəlpdir, yalandır. Hələ bəyanat qəbul etmiş MK bürosunun çağırılıb-çağırılmaması da şübhəlidir. Aldığım məlumata görə, Telman növbəti yalanını uydurur, belə bir büro keçirilməmişdir.
Bəyanat da bir həqiqətlə razıyam ki, mənim Telmanın manqa partiyası ilə heç bir əlaqəm yoxdur!
Namərdlər həmişə mərdə qibtə ediblər, gücləri catmadığı üçün yanıblar, qovrulublar və bacardıqları hiyləyə, fırıldağa, fəndə, məkrə əl atıblar. Kommunistlər arasında urvatı, hörməti, izzəti, nüfuzu, etibarı olmayan Telmanın növbəti kələyi olan bu qondarma, uydurma, saxta, süni, yalançı bəyanat heç zibil yeşiyinə də layiq deyil.



1 Комментарии
bir-birinizin ətini yeməyin ay kommunistlər... onsuzda sizi dilə-dişə salanlar en qədərdir.. heç olmasa uqrunda çalişdiqiniz ideallarin xatirinə birləşin
ОтветитьУдалить