Recents in Beach

AZƏRBAYCAN KOMMUNİSTLƏR BİRLİYİNİN NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ TƏBRİKİ


Əziz yoldaşlar!
Fəhlələr, kəndlilər və ziyalılar!
Kommunistlər və bitərəflər!
Baharın gəlişi ilə əlaqədar sevinc üzərində qurulan Novruz bayramının   ən gözəl anlarını sovetlər dönəmində yaşamışıq. İnsanların üzü gülürdü, hamı işləyirdi, firavan həyat sürürdü. Milli adət-ənənəmiz Novruz bayramı cəmiyyətə daha xoş ovqat bağışlayırdı.                             Ötən əsrin 90-cı illərində yırtıcı beynəlxalq imperializmin vəhşi əməlləri sayəsində sovetlər birliyi parçalandı,  insanlar fəlakətlərə düçar oldu.  Fəhlələrin, kəndlilərin, ziyalıların süfrəsindən ruzi-bərəkət çəkildi. İşsizlik, yoxsulluq, kasıbçılıq tüğyan etməyə başladı.  Yaranmış vəziyyətdən sui-istifadə edən bir qrup varlı istisna olmaqla, cəmiyyət kədərli anlarını yaşamağa başladı.
Kommunistlər, marksizm-leninizm təliminin təəssübkeşləri, bu ideologiyanın mövqeyində dayanan insanlar ümidlərini itirməyiblər. 
Əhrimənlə döyüşümüz, nəhəng yağıyla vuruşumuz davam edir, qaranlığı yaracayıq.
Marksizm-leninizm təlimi hünər qaynağımızdır.
Marksizm-leniniz klassiklərin pak fikirlərinə, sözlərinə, əməllərinə yüksələcəyik.
Novruz ənənəmiz işıqlanmağımız, təzələnməyimiz, təmizlənməyimizdir.
İnamımız  eybəcər kapitalizmdən xilasımızdır.
Sadə zəhmətkeşlərin mənafeyini qoruyan sosializmi qurmaq üz ağlığımızdır.
Biz insanilik bayrağı altında insanlığın bayramını keçirəcəyik.
Soydaşlarımızın, əqidədaşlarımızın, xüsusilə cəmiyyətdə çoxluq təşkil edən və sayı gündən günə artan yoxsulların, kasıbların, işsizlərin, evsizlərin Novruz bayramı qutlu olsun!

Ədalət Abdinov,

Azərbaycan Kommunistlər Birliyinin sədri

Bakı şəhəri, 17 mart 2016-cı il.

Отправить комментарий

2 Комментарии

  1. Cаг ол Адалат муаллим. Сизин да байрамыныз мубарэк олсун. Сизэ чэтин ишиниздэ гэлэбэлэр арзулайырам!

    ОтветитьУдалить