Recents in Beach

26 BAKI KOMİSSARLARIN İNGİLİS MÜDAXİLƏÇİLƏRİ VƏ ESERLƏR TƏRƏFİNDƏN GÜLLƏLƏNMƏSİNİN 100 İLLİYİ


                        TARİXİN ÖLMƏZ QƏHRƏMANLARI
                                        ƏDALƏT ABDİNOV
    
 V.İ.Lenin demişdir: “Fəhlə sinfinin ən yaxşı adamları həlak olurdular, onlar canlarını qurban verirdilər, başa düşürdülər ki,  olacaqlar, lakin nəsilləri xilas edəcəklər, minlərlə fəhlə və kəndlini xilas edəcəklər”. Tarixə əfsanəvi qəhrəmanlar kimi daxil olmuş Bakı komissarları məhz V.İ.Lenin göstərdiyi həmin qəhrəmanlar nəslinə mənsubdurlar.                                                
Bakı kommunnasının ingilis müdaxiləçiləri və eserlər tərəfindən vəhşicəsinə güllələnmiş 26 xadimin sovet Azərbaycanın azadlıq və müstəqillik tarixində böyük xidmətləri var. Böyük Oktyabr sosialist inqilabının qələbəsindən sonra 1917-ci il oktyabrın 31 - də (noyabrın 13-də) Bakı Sovetinin geniş iclası Bakı rayonunda bütün hakimiyyətin Bakı Sovetinə keçməsi haqqında qətnamə qəbul etdi. Noyabrın 2(15)-dəki iclasda isə Bakı Sovetinin İcraiyyə Komitəsi Bakıda ali hakimiyyət orqanı elan edildi. 1918-ci il aprelin 25-də Bakı, Fəhlə, Əsgər və Matros deputatları Sovetinin iclasında Zaqafqaziyada Sovet hakimiyyətinin ilk səlahiyyətli dövlət orqanı – Bakı Xalq Komissarları Soveti yaradıldı. Bakı XKS RK(b)P MK, Sovet hökuməti və şəxsən V.İ.Leninin göstərişlərini rəhbər tutaraq mühüm sosialist tədbirləri həyata keçirdi, Azərbaycanda Sovet hakimiyyətinin zəfər yürüşü xarici hərbi müdaxiləçilərin Qafqaza soxulması nəticəsində dayandı. Müdaxiləçilər daxili əksinqilabçılar – müsavatçı, daşnaq, menşevik və eserlərlə birlikdə inqilaba, Bakı kommunnasına qarşı birgə çıxış edirdilər. Bakı proletariatının qəhrəman mübarizəsinə baxmayaraq, sayca çox olan düşmən qüvvələr 1918-ci il iyulun 31-də Bakıda Sovet hakimiyyətini devirdilər. Xarici müdaxiləçilərlə hər cür sazişi qətiyyətlə rədd edən Bakı kommunnasının sarsılmaz inqilabi mövqeyini yüksək qiymətləndirən V.İ.Lenin yazmışdır: “İngilas-fransız imperialistləri ilə hər cür sazişdən qəti imtina etmək – bakılı yoldaşların atdığı yeganə düzgün addımdır...” (Əsərləri, c.28, səh7). Avqustun 4-də ingilis hərbi müdaxiləçiləri Bakıya daxil oldu. Komissarlar həbs edildi. Sentyabrın 14-də Türkiyə qoşunlarının hücumu ilə ingilis müdaxiləçiləri Bakını tərk etdi. Sentyabrın 15-də türk ordusu şəhərə daxil oldu. Həmin gün Bakı komissarları bir qrup bolşevikin köməyi ilə həbsdən azad edilib “Türkmən” gəmisi ilə Sovet həştərxanına yola salındı. Lakin gəmi heyətinin əksinqilabi əhhval – ruhiyyəli hissəsi Bakı komissarlarını ingilis müdaxiləçiləri və eserlərin ağalıq etdiyi Krasnovodska apardı. Sentyabrın 17-də Bakı komissarları Krasnovodski həbsxanasına salındı. Bakı komissarlarının Krasnovdskda həbs edilməsində, axtarış zamanı, Bayıl həbsxanasında olarkən onlara gətirilən azuqəni bölüşdürmək üçün tutulmuş siyahının tapılması rol oynadı. Siyahəda komissarlarla birlikdə 25 nəfərin tam adı var idi.
İngilis müdaxiləçiləri və Zakaspi əksinqilabçıları Bakı komissarlarını məhv etmək qərarına gəldilər. Orta Asiyada ingilis qoşunlarının komandanı general U.Malleson öz xatirələrində yazmışdı: “Rusiyanın bir dəstə ən görkəmli təşviqatçısı heç gözlənilmədən bizim sahilə yan aldı. Tərəddüd   edən və siyasi cəhətdən səbatsız əhalinin mövcud olduğu bir şəraitdə çox ola bilərdi ki, onlar ölkıni yenidən bolşevikləşdirsinlər və onda bizim planlarımız nə hala düşərdi...    Doğrudur, komissarlar silahsız idilər, o mənada ki, onların odlu silahlarıəlindən alınmışdı. Lakin onların əllərində odlu silahdan da müdhiş bir silah var idi ki, o da təcrübəli təşviqatçı silahı idi, camaatı ələ alan və yeni bolşevik üsyanları doğuran silah idi”.
İngilis komandanlığının göstərişi ilə onun nümayəndəsi kapitan Tiq Cons və Zakaspi eserlərinin başçıları S.Drujkin, V.Kun və F.Funtikov komissarların xaincəsinə qətlini  hazırladılar. İngilis-eser cəlladları əllərində olan siyahını rəhbər tutaraq və A.M.Amiryanın qardaşı, dəstə komandiri T.M.Amirovu da oraya əlavə edərək sentyabrın 19-da gecə 26 Bakı komissarını həbsxanadan çıxarıb, Krasnovodskun 207 verstliyində, Ağcaqum və Pereval dəmir yolu stansiyaları arasındakı yerdə onları vəhşicəsinə güllələdilər. 26 fədakar mübariz: M.Əzizbəyov, M.Vəzirov P.Çaparidze, İ.Fioletov və başqaları doğma Azərbaycandan uzaqlarda, Zakaspi qumluqlarında öz canlarını zəhmətkeş xalqın azadlığı yolunda belə qurban verdilər. Qatillərin üzünə onların ucadan söylədikləri sözlər bu oldu: “Biz kommunizm yolunda ölürük, yaşasın kommunizm!”.
26 Bakı komissarların siyahısıı:

1. Məşədi Əzizbəyov — Bakı quberniyasının komissarı.
2. Baqdasar Avakyan — Bakı şəhərinin komendantı.
3. Tatevos Amirov — kovaler dəstəsinin komandiri.
4. Arsen Əmiryan — "Bakı fəhləsi" qəzetinin redaktoru.
5. Meer Basin — hərbi-inqilab komitəsinin üzvü.
6. Eyjen Berq — matros.
7. Anatoli Boqdanov — xidmətçi.
8. Solomon Boqdanov — hərbi-inqilab komitəsinin üzvü.
9. Armenak Boryan — jurnalist.
10. Mir Həsən Vəzirov — torpaqbölmə üzrə xalq komissarı.
11.İvan Qabışev — briqada komissarı.
12.Prokofiy Caparidze — Bakı fəhlə, kəndli, əsgər və matroslar şurasının sədri,
13.Yakov Zevin — əmək üzrə xalq komissarı.
14.Mark Korqanov — hərbi-inqilab komitəsinin üzvü.
15.Qriqori Korqanov — Bakı xalq komitəsinin hərbi-dəniz işləri üzrə komissarı.
16.Aram Kostandyan — ərzaq üzrə xalq komissarının müavini.
17.İvan Malıqin — Kavkaz ordusunun hərbi-inqilab komitəsinin sədri.
18.İrakliy Metaksa — Şaumyanın şəxsi cangüdəni.
19.İsay Mişne — hərbi-inqilab komitəsinin işçisi.
20.İvan Nokolayşvili — Caparidzenin şəxsi cangüdəni.
21.Suren Osepyan — "Bakı şurasın xəbərləri" qəzetinin redaktoru.
22.Qriqori Petrov — Bakı şəhər mərkəzi hərbi hakimiyyətinin sədri, qırmızı dəstənin komandiri.
23.Vladimir Poluxin — hərbi-dəniz işləri üzrə komissar.
24.Fyodr Soltsev — hərbi işçi.
25.İvan Fioletov — xalq təsərrüfatı şurasının sədri.
26.Stepan Şaumyan — Qafqaz üzrə fövqəladə komissar, Bakı xalq komissarları şurasının sədri.
1920-ci ilin sentyabrında Bakı komissarların canəzələri Bakıya gətirilib, vaxtilə onların dəfələrlə çıxış etdikləri meydanda (indiki Sahil bağında) dəfn edildi. 1958-ci ildə həmin meydanda “26 Bakı komissarların güllələnməsi” qorelyefi qoyulmuş, 1968-ci ildə isə Bakı komissarı xatirə ansambılı yaradılmışdır. 24-26 yanvar 2009-cu ildə Azərbaycanın burjua hakimiyyətinin göstərişi ilə  komissarların cəsədlərinin qalıqları Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən  qəbiristanlığa köçürülmüşdür. Keçmiş SSRİ-də 26 adına bir çox rayon, müəssisə, məktəb, küçə və s. var idi.
P.S. 26 Bakı komissarlarının başçısı  erməni Stepan Şaumyanın güllələnməməsi, Hindistana qaçması və ömrünün sonuna qədər orada yaşaması faktı mübahisəli olsa da inkar etmək də mümkün deyil. Əvvəla 1918-ci il sentyabrın 15-də, yəni türk qoşunları şəhərin bir qismini tutmuş olduqları zaman Sentrokaspi Diktaturasının zindana saldığı Bakı bolşeviklərini qatı millətçi A.İ.Mikoyanın dəstəsi azad etmişdir. Komissarlar, onların ailələri və bir sıra sovet işçiləri “Türkmən” gəmisinə minib şəhəri tərk ediblər. S.Şaumyanın qaçmaq planı A.Mikoyanla, yəni iki qatı millətçinin birlikdə hazırlanması istisna olunmur, çünki silahdaşlarını qoyub qaçmaq xəyanəti millətçi erməni xislətinə uyğundur. Yeri gəlmişkən, A.Mikoyanın Bakıdakı fəaliyyəti ilə bağlı sənədlər Bakı arxivlərindən yoxa çıxıb.
Dehlidə beynəlxalq ticarət mərkəzindən bir az aralı Videlqarden parkındakı yerləşən 20 adsız qəbirstanlıqda Stepan Şaumyan dəfn edilməsi iddiası onunlaq əsaslandırələır ki, Ermənistan SSR-dən gələn turistlər ilk öncə bu adsız qəbrləri ziyarət ediblər. S.Şaumyanın və  A.Mikoyanın oğulları həmişə bu adsız qəbrlərin önündə diz çöküblər.
Kapitalist ölkəsi olan Hindistanın Dehli Dövlət Muzeyində S. Şaumyanın son illərin nəşri olan iri həcmli kitablarının saxlanılması da iddiaların həqiqiliyinə rəvac verir.
 1934-cü ildə Ermənistan hökuməti Krasnovodskda 26 Bakı komissarlarına  abidə qoyulması üçün 150 min manat vəsait ayırıb. Mən heç şübhə etmirəm ki, M.Bağırov kimi qüdrətli rəhbəri olmuş Azərbaycan qala-qala Ermənistanın bu cür təşəbbüs irəli sürməsi Stepan Şaumyanın izini itirməki məqsədi daşıyıb.
26 Bakı komissarları haqqında məsələlərin tədqiqatçısı V.Çaykin, 1919-cu ildə general Tomsona komissarların güllələnməsinə dair şahidlərin olduğunu bildirsə də, 1922-ci ildə nəşr etdiyi “Rusiya inqilabının tarixinə dair” kitabında Stepan Şumyanın Hindistana aparılması faktına maraq göstərmir. Millətçi erməni hiyləgərliyi burada da öz rolunu məharətlə oynayır.
Sentrokaspi Diktaturası aparatının işçilərindən biri fransız Fransua Mirreyin xatirələrində yazır: “Onlardan üçünü güllələmədilər, apardılar. Apardıqları yeri bilmirəm, çünki sirrdi”.
Hindistanın “The Bombay Herald” qəzetində Bombey şəhəri yaxınlığında 1953-cü ilin aprelin 4-də Stepi Şaumi adlı bir şəxsin ürəktutmadan ölməsi barədə xəbər-başsağlığı dərc edilmişdir. Dəfn mərasiminin “Maharaştra” səmtindəki xristian kilsəsində olacağı, S.Şauminin də elə oradakı “Veyc” (indiki Videlqarden park) qəbristanlığında basdırılacağı bildirir.
Görkəmli yazıçı-jurnalist, Rəşid Behbudovun yaxın dostu Fazil Rəhmanzadə “Rəşid var ola yerdə...”  kitabında yazır ki, Rəşid Behbudov Hindistanda olarkən ona bir nəfər Şaumyanın dəfn mərasimi ilə bağlı kaset verib. Qarabağ hadisələri başlayanda Rəşid Behbudov Qarbaçovla mübahisə edib, həmin kaseti  ona təqdim edib. Rəşid Behbudov Kreml xəstəxanasında müalicə olunarkən  həyat yoldaşı Ceyran xanıma deyib ki, onu xəstəxanada öldürəcəklər, öldürüblər də.
S.Şaumyanın və digərlərinin Hindistana gedişi barədə akademik Ziya Bünyadov daha bir ciddi  sənəd təqdim edir: 1919-cu il fevralın 26-da Gürcüstanın diplomatik nümayəndəsi Tiflisdən Azərbaycan Respublikasının xarici işlər nazirinə belə bir teleqram göndərib: “Tiflis radiostansiyası Astraxandan Sokolovun (güman ki, senatorun) adına göndərilən, hərbi əsirlərin – Şaumyan və başqalarının müttəfiq missiyanın həbs edilmiş üzvləri ilə dəyişdirilməsinə aid radioteleqram tutub. Özü də teleqram aşağıdakı sözlərlə bitir: “Tezliklə Bakıda görüşənədək”.
Tarix elmləri doktoru, Bakı Dövlət Universiteti Slavyan ölkələri tarixi kafedrasının professoru E.R.İsmayılov Bakı kommunarların başçısı S.Şaumyanın həyat və fəaliyyətinin araşdırılmasına həsr etdiyi monoqrafiya burjua ideologiyasına xidmət ruhunda yazılsa da müəllif S.Şaumyanın Hindistana qaçması faktını son dərəcə məntiqli mülahizələrlə əsaslandırmışdır.
Lakin bütün bu faktlar Bakı komissarların misilsiz qəhrəmanlığına kölkə  sala bilməz. Düzdür, dahi İ.Stalin də onların Bakını tərk etməsini qəbul etməmişdir. Buna baxmayaraq, Bakı kommunnasının xadimləri sosializm naminə, xalqımızın səadəti, fəhlə-kəndlilərin xoş güzəranı naminə canlarını qurban veriblər. Bakı komissarların mərdliyi, qəhrəmanlığı kapitalizm zülmündən, istismarından, burjuaziyanın həyasəz davranışından azad olmaq uğrunda zəhmətkeşlərin mübarizəsinə yeni güc verəcəkdir.
26 Bakı komissarların vəhşicəsinə öldürülməsindən 100 il keçir. Bu tarixi gün bizdən nə qədər uzaqlaşırsa, onların qəhrəmanlığı tarixə daha möhkəm həkk olunur, onların ölməz surərləri nəsillərin qəlbində daim yaşayır.









Отправить комментарий

1 Комментарии

  1. İki tərəf var, xeyir - şər,zalım- məzlum,gecə -gündüz,acı - şirin və.s. İnsanların xidmətlərinin dəyər ölçüsü nəticədə verdiyi fayda,yaxud ziyanla ölçülür. İnsanları istismatçılıqdan,zülmdən xilas olmaları üçün zalımlarla vuruşanların dəyər qiymətlərini yalnız istismarşılardan xilas olunanlar biliərlər. Zaman çərçivəsində yeni hiylələrlə idarəediciliyə ələ keçirmiş istismarçılar onları devirənlərin özərinə çirkab atmaqla məzlumları aldadıb yenidən tora salırlar və məzlumlar zalımlara qoşulub xilaskarlarının ünvanına atılan iftiralara kor-koranə inandıqlarına və söylədikləri əsassız fikirlərin ədalətsizliyin peşimançılığını çəkirlər və yenidən mübarizəyə qalxıb istismarçıların hakimiyyətini devirirlər və umumxalq mülkiyyəti bərpa olunur və xalq azad olur.

    ОтветитьУдалить