Ədalət Abdinov
İstiqamət düzdür - Azərbaycan-Rusiya münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlir. Bu münasibətlərin bütün spektri üzrə xarakterik olan yüksək səviyyəli qarşılıqlı siyasi anlaşma və strateji əməkdaşlıq hər iki xalqa fayda verir.
Nəriman Nərimanov: - Azərbaycanın xoşbəxtliyi Rusiya ilə bağlıdır.
İstiqamət düzdür - Azərbaycan-Rusiya münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlir. Bu münasibətlərin bütün spektri üzrə xarakterik olan yüksək səviyyəli qarşılıqlı siyasi anlaşma və strateji əməkdaşlıq hər iki xalqa fayda verir.
Ötən il olkələrimiz arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib.
Respublikamızda təxminən 700 Rusiya - Azərbaycan birgə müəssisəsi fəaliyyət göstərir. Dövlət Neft Fondu Rusiya bazarında sərmayə qoyuluşları həyata keçirir.
Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır. Rusiya ölkəmizin qeyri-neft ixracında əsas tərəfdaşdır. Respublikamızın 1,5 milyard dollardan çox qeyri-neft ixracının 34 faizi Rusiyanın payına düşür, yəni Rusiya ilə Azərbaycan arasında qeyri-neft ixracı təxminən yarım milyard dollardır.
Respublikamızda ixrac olunan kənd təsərrüfatı məhsulların 90 faizdən çoxu Rusiya bazarına göndərilir.
Azərbaycanda fəaliyyət göstərən Rusiyanın bir çox enerji şirkətləri ölkəmizə xeyir verir.
Hər iki ölkənin hərbi-texniki əməkdaşlığı uğurla davam edir. Azərbaycanın Rusiyadan aldığı hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları ötüb.
Ümumi uzunluğu 7 min kilometrdən artıq olan beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması haqqında ortaq fikirlər və fəaliyyətlər Rusiya ilə Azərbaycan arasında inam və etimadın nəticəsidir. Yeri gəlmişkən, Azərbaycanla Rusiya arasındakı qlobal əhəmiyyətli bu layihə Qərbi Avropa bazarlarını Asiya istehsalçıları ilə birləşdirəcək, Cənubi Asiya və Yaxın Şərqdən gələn yüklərin Avropaya daşınmasını xeyli sürətləndirəcəkdir. Bu həm də Azərbaycanın tranzit imkanlarını artırır, yeni iş yerlərinin yaradılmasına şərait yaradır.
Bunda əlavə, Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya- Şərq iqtisadi münasibətlərində Azərbaycanın yaratdığı infrastruktur imkanları qonşu ölkə üçün çox əlverişlidir.
Məlum proseslər bir daha təsdiq edir ki, Rusiya ilə həm dövlətlərarası, həm də şirkətlərarası münasibətlər bundan sonra da daha güclü inkişaf edəcəkdir. Çünki gömrük və digər sektorlardakı əməkdaşlıq da iki ölkənin gələcəkdə strateji müttəfiqliyinin genişləndirilməsinə xidmət edir.
Azərbaycan və Rusiya uzun illər boyu vahid sosial-iqtisadi, siyasi, hərbi, ideoloji sistemdə bir dövlətin – SSRİ-nin tərkibində ittifaq respublikaları olublar.


0 Комментарии