Recents in Beach

CƏNUB BÖLGƏSİNİN MƏTİN KOMMUNİSTİ

Leninçi kommunist məfkurəsinin parlaq daşıyıcısı kimi Şirəli Axundov şəxsiyyətinin Azərbaycan sovet dövlətçilik tarixində müstəsna yeri vardır. İnqilabçı Şirəli Axundov dönməz əqidəsi, mübarizəsi sayəsində Azərbaycanın cənub bölgəsində sovet dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, orada sovet dövlətinin qurulmasına və əhalinin sosializm arzusuna çatmasına nail olunmuşdur.
Şirəli Baxşəli oğlu Axundov 1886-cı ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olmuşdur. 1919-cu ilin martından Sov.İKP üzvlüyünə qəbul edilmişdir. 1908-ci ildə Lənkəran kəndlilərinin inqilabi çıxışlarının fəal iştirakçısı olmuşdur. 1918-ci ildə Lənkəranda Sovet hakimiyyəti qurulmasında iştirak etmişdir. Qəzada sovet hakimiyyəti müvəqqəti devrildikdən sonra gizli fəaliyyətə keçmişdir. RK(b)P Lənkəran Komitəsinin üzvü olmuş, 1919-cu ilin aprelində əksinqilabi Muğan Müvəqqəti Hərbi Diktaturasının devrilməsində və Lənkəranda Sovet hakimiyyətinin bərpasında fəal rol oynamışdır.
1919-cu ilin martında Muğanda Azərbaycan kommunistləri yadelli işğalçılara qarşı silahlı üsyan etmək qərarı qəbul etdilər. Üsyana rəhbərlik edəcək Komitə təsis olundu və həmin Komitəyə Şirəli Axundov başçılıq edirdi. Üsyanın güc mərkəzi - Lənkəran qırmızı qvardiyaçıları, Zuvandlı Balaməmmədin süvari partizan dəstələri, Digəli Ələkbər Məmmədovun partizan dəstəsi, Qəhrəmanovun rəhbəri olduğu və tam kommunistlərdən ibarət 40 nəfərlik pulemyotçu dəstəsi, Boçarnikovun rəhbərlik etdiyi Privolnı kənd partizanları və Sarı adasında yerləşən kiçik hidrolokasiya dəstəsi məhz Şirəli Axundovun təşkilatçılığı ilə fəaliyyət göstərirdi.
Şirəli Axundovun rəhbərliyi ilə 1919-cu il aprelin 25-də Lənkəranda işğalçı diktaturaya qarşı kommunistlər silahlı üsyan qaldırdılar. Şirəli Axundovun təşkilatçılığı ilə cəllad İlyaşeviç başda olmaqla ağqvardiyaçı Muğan diktaturasının bütün üzvləri həbs edildi. Məhz Şirəli Axundovun komandanlığı ilə ağqvardiyaçıların qərargahı kimi istifadə olunan Mirəhməd xanın sarayı, dəniz limanı, mayakı, radiostnsiya və digər strateji məntəqələr ələ keçirildi, siyasi dustaqlar azadlığa buraxıldı.
Şirəli Axundov Astaranın əksinqilabçı quldur dəstələrindən azad edilməsi üçün çox gərgin və qanlı döyüşlərdə iştirak etmişdir. Astarada uşaq və qocaları doğradıb qadınları zorlamaqla ad çıxarmış cəllad Hüseyn Ramazanovun əksinqilabi quldur dəstəsini, həmçinin Lerik rayonunda oğurluq, soyğunçuluq edən Şahverənin bandit qrupunu məhv etmək Şirəli Axundovun kommunist yoldaşlarının qanı-canı bahasına başa gəldi.
Şirəli Axundovun Muğan Sovet Respublikası (15 may 1919 — 24 iyul 1919) sədrinin müavini kimi çox səmərəli fəaliyyət göstərmişdir. O, 1920 - 30-cu illərdə Lənkəran Qəza İcraiyyə Komitəsinin sədri olmuşdur. Yeri gəlmişkən, 1978-ci ildə çəkilmiş Əhmədağa Muğanlının ssenari müəlifi olduğu və 1919-cu ildə Azərbaycanın cənub rayonlarında - Muğan və Lənkəranda baş verən dramatik hadisələrdən bəhs edən “Od içində” filmində nədənsə Şirəli Axundovun xidmətləri unudulmuşdur.
Şirəli Axundovun Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra  “Azərittifaq”ın sədri, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədrinin müavini, “Azərticarət”in direktoru və s. məsul vəzifələrdə işləmişdir. Ona yüksək etimad göstərilərək, Azərbaycan və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitələrinə üzv, Azərbaycan K(b)P MK üzvlüyünə namizəd seçilmişdir. 
Lənkəranın Havzova kəndindəki sovxoz Şirəli Axundovun adını daşımışdır. Lənkəranda Şirəli Axundov adına küçə var.

 

 


Отправить комментарий

1 Комментарии