Yoldaşlar!
Əziz əsgərlər, zabitlər, generallar!
SSRI-nin silahlı qüvvələrində xidmət etmiş vətəndaşlarımız!
Sizin hamınızı Sovet Ordusu
və Hərbi – Dəniz Donanması Günü — SSRİ-də silahlı qüvvələrin yaranmasının 101-ci
ildönümü münasibətilə Azərbaycan Kommunistlər Birliyi adından ürəkdən təbrik edirəm!
Sovetlər İttifaqının bütün vətəndaşları, o cümlədən azərbaycanlılar Vətən qarşısında borcunu
yerinə yetirmək üçün sovet silahlı qüvvələrinə səfərbər edilmiş, orduda sədaqətlə xidmət etmişlər. Gənclərimizin bir hissəsi isə özlərini bu peşəyə həsr etmiş, sovet hərbi ali məktəblərində oxumuş, müxtəlif hərbi hissələrdə xidmət etmiş, yüksək rütbələrə çatmışlar. Ən əsası odur ki, Böyük Vətən
müharibəsində alman faşizminə qarşı döyüşlərdə Azərbaycan oğulları,
xalqımızın övladları, azərbaycanlılar bütün sovet xalqı ilə çiyin-çiyinə, mərdliklə döyüşmüş,
vuruşmuş, alman faşizmi üzərində qələbəyə öz payını vermişlər. Böyük Vətən müharibəsində milli diviziyalar, o cümlədən Azərbaycan milli
diviziyaları fəaliyyət göstərmişdir. Bu
milli diviziyaların əksəriyyətini azərbaycanlılar təşkil edirdi.
Onların əksəriyyəti Azərbaycanda
formalaşmışdı, buradan cəbhəyə getmişdi. Həmin milli diviziyalarda
azərbaycanlılar qısa bir müddətdə hərbi peşə sahəsində nəyə qabil və qadir
olduqlarını göstərmişlər.
Sovet dövründə azərbaycanlı zabitlər müxtəlif ordu hissələrində xidmət etmiş, İkinci Dünya müharibəsində Azərbaycan övladlarının böyük bir hissəsi misilsiz qəhrəmanlıqlar göstərmiş və ən yüksək mükafatlara layiq görülmüş, Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ad almışlar. Həmin illər azərbaycanlı
zabitlər öz
şücaətlərinə, qəhrəmanlıqlarına
görə rütbəcə də ucalmışlar,
yüksək
zabit rütbələri almışlar,
general rütbəsinə
çatmışlar. General Həzi
Aslanov, general Mahmud Əbilov,
general Akim Abbasov və
başqaları xalqımızın sovet dövrünün qəhrəmalıq tarixidirlər. Onlar Azərbaycan oğlunun hünərini və nəyə qadir olduğunu göstərmişlər. Bu gün müstəqil Azərbaycanın
milli ordusunun,
silahlı qüvvələrinin zabit
heyətinin əksəriyyəti sovet
dövründə müxtəlif hərbi hissələrdə xidmət etmiş, ali hərbi məktəblərdə təhsil almış, təcrübə toplamış
zabitlərdir,
generallardır.
Bu bayram günündə uzun illər Azərbaycan kommunist Partiyasına rəhbərlik etmiş
Heydər Əliyevin
misilsiz xidmətlərini
xatırlatmaq istəyirəm. Bu dahi şəxsiyyət 70-ci illərdə Cəmşid
Naxçıvanski adına hərbi məktəb yaratmışdır.
Məhz
Heydər Əliyevin
qayğısı sayəsində həmin illərdə Sovetlər İttifaqının ali
hərbi məktəblərinə güzəştli şərtlərlə 700-800 gənc göndərilirdi. Çünki bəziləri rus dilini
o qədər yaxşı bilmədiklərinə görə onların
müsabiqədən keçib qəbul olunması çətin idi. Heydər Əliyev
bir tərəfdən Cəmşid
Naxçıvanski adına məktəb vasitəsilə, ikinci tərəfdən isə gənclərimizi
hazırlamaq yolu ilə bu məsələni həll edirdi.
Sovet Azərbaycanında Ümumqoşun Ali Hərbi Məktəbi və Ali Hərbi Dənizçilik Məktəbi fəaliyyət göstərirdi. Heydər Əliyev Azərbaycan KP
MK-nın birinci katibi seçilənə qədər bu məktəblərin hər birinə ildə 350 nəfər qəbul edilirdi. Ümumqoşun Ali Hərbi Məktəbinə 25 nəfər, Ali Hərbi Dənizçilik Məktəbinə isə bir nəfər azərbaycanlı qəbul
edilmişdir. Heydər Əliyev bu vəziyyəti də dəyişdirdi.
Ümumqoşun Ali Hərbi Məktəbinə qəbulu o yerə gətirib çıxardı
ki, hətta Moskvada narahat olmağa
başladılar. Çünki elə vəziyyət yaratdı ki,
oraya bir neçə il təxminən 50 faizdən çox azərbaycanlı qəbul edilirdi.
Sovet Silahlı qüvvələri bizim şərəfli tariximizdir. Bu tarixi yaşayan,öyrənən və dəyərləndirən hər kəsi bu bayram
münasibətilə bir
daha təbrik
edir, onlara cansağlığı, səadət arzulayıram. Azərbaycan Silahlı Qüvvələrinə, ordusuna isə yeni-yeni
uğurlar arzulayıram.
Ədalət Abdinov,
Azərbaycan Kommunistlər Birliyinin sədri
Bakı, 23 fevral 2019-cu il


0 Комментарии