Recents in Beach

İCRA BAŞÇILARI, NAXÇIVANDAN NÜMUNƏ GÖTÜRÜN!

Bu günlərdə yolum Masallı rayonuna düşmüşdü. Gördüklərim heç də ürəkaçan deyildi. Masallıda hər tərəfdə, xüsusilə Bədəlan kəndində yol kənarı primitiv, zövqsüz xırda ticarət dükanları idi. Hamısı da bir-birini təkrar edirdi. Aşıq-aşkar görünür ki, Bədəlanda islahat əvəzinə imitasiya höküm sürüb. İşsizlik də bu kəndin ən böyük bəlasıdır.  Hətta mənə dedilər ki, bəzi üzdəniraq məmurlar kənddəki texniki peşə məktəbin dövlətə məxsus torpağını da ələ keçirmək üçün yollar axtarırlar. Əgər belə hal olarsa, bu  cür davranış normal hal sayıla bilməz.  
Rayon icra hakimiyyətinin başçıları kərəksiz kitabların təqdimatı, əhəmiyyətsiz tədbirlər keçirməkdənsə, əkin-biçin işlərinin təşkilinə üstünlük  versələr faydalı olar. Torpağı öz qazancları naminə perspektivsiz dükan, kafe, çayxana üçün ayırmaq əvəzinə,  ondan  məhsul istehsalı və satışı üçün şərait yaratmağa nail olmalıdırlar. Bu onların ən faydalı işi olardı, elə əhalinin istəyi və tələbi də budur.
Torpaqlardan səmərəli istifafədə, aqrar sektorun inkişafı, xüsusilə "Kənd təsərrüfatı kooperasiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn vəzifələr  Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir və çox müsbət nəticələr var. İcra başçıları Naxçıvanın  təcrübəsindən öyrənməli və nümunə götürməlidirlər.
                                                                                                                 Ədalət Abdinov 
"Nuhçıxan" İnformasiya Agentliyi xəbər verir ki, ötən il Naxçıvan şəhəri üzrə 5, Şərur rayonu üzrə 12, Babək rayonu üzrə 16, Ordubad rayonu üzrə 5, Culfa rayonu üzrə 5, Şahbuz və Sədərək rayonlarının hər biri üzrə 2 hektar daşlı və çınqıllı ərazi abadlaşdırılaraq su xətti ilə təmin edilib, həmin ərazilərdə yeni meyvə və üzüm bağları salınıb.
 2017-ci illə müqayisədə Naxçıvan Muxtar Respublikasında çoxillik əkinlərin sahəsi 47 hektar artırılaraq 1673 hektara çatdırılıb, bunun da 1424 hektarı meyvə bağları, 249 hektarı isə üzümlüklərdir. Müqayisə olunan dövrdə meyvə bağlarının sahəsi 37 hektar, üzümlüklərin sahəsi isə 10 hektar artıb.
Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişafı təmin olunub, əkin sahələri genişləndirilib, müvafiq sahələr üzrə məhsuldarlıq yüksəlib.
Ötən il torpaq mülkiyyətçiləri arasında maarifləndirici tədbirlərin keçirilməsi də diqqətdə saxlanılıb, Şərur rayonunun 8, Babək rayonunun 5, Şahbuz rayonunun 5, Culfa rayonunun 4, Ordubad rayonunun 3, Kəngərli rayonunun 3 bələdiyyəsinin torpaqlarının qida maddələri ilə təmin olunmasına dair yeni kartoqramları hazırlanaraq müvafiq bələdiyyələrə təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib, yerli şəraitə uyğun məhsuldar sortların əkilməsi, mövcud torpaq sahələrindən daha səmərəli istifadə olunması, bu sahəyə dövlət dəstəyinin, daxili və xarici investisiyaların cəlb edilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi əsas vəzifələr kimi müəyyənləşdirilib.

Отправить комментарий

0 Комментарии