18 fevral 2019-cu ildə Kuba Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nives Portundo Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinovu və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Gülnisə Mənsimovanı qəbul etmişdir.
Səfir Alfredo Nives Portundo bildirmişdir ki,
Amerika Birləşmiş Ştatlarının qanunsuz sanksiya siyasətinə, ticarət-iqtisadi və
maliyyə blokadasına baxmayaraq, Kuba çox şeyə nail olmuşdur. Vaşinqton azadlıq
adasını dünya ölkələrindəm təcrid edə bilməmişdir. ABŞ və İsraıldən başqa dünyanın bütün
ölkələri Kubaya iqtisadi təzyiqə etiraz edir və Vaşinqtonun suveren Kubaya
qarşı iqtisadi siyasətini pisləyən BMT Baş Assambleyasının qərarına səs verirlər.
Azadlıq adasının hazırda dünyanın demək olar ki, bütün
dövlətləri ilə mehriban dostluq münasibəti var - Səfir Alfredo Nives Portundo demişdir
– Təkcə ötən il dünyanın 30 ölkəsinin rəhbəri Kubada olmuşdur. Prezident Donald
Trampın rəhbirliyi ilə ABŞ isə Kubanın əlehinə siyasəti kəskinləşdirməkdə davam
edir. Buna baxmayaraq, rəsmi Havana bəyan edir ki, ABŞ hökuməti ilə bərabərlik və
qarşılıqlı hörmət əsasında həmişə dialoqa hazırdır.
Kubanın yeni Konstitusiya lahiyəsinə toxunan səfir
Alfredo Nives Portundo qeyd etmişdir ki, Kuba Xalq Hakimiyyətinin Milli Assambleyası (parlament) ölkənin yeni Konstitusiyasının layihəsini bəyənmiş və 24 fevral
2019-cu ildə ümumxalq refetrendumuna çıxarmışdır.
Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət
Abdinov ölkədə kommunist hərəkatının vəziyyəti
barədə ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, ölkəmizdə Azərbaycan Kommunist Partiyası dörd yerə
parçalanmışdır, bu da marksizm-leninizm ənənələrinə uyğun deyildir.
Azərbaycan Kommunist Partiyasının qruplara bölünməsində
burjuaziyanın xidmətlərini istisna etmirəm – Ədalət Abdinov demişdir - Mövcud çətin vəziyyətə baxmayaraq, sıravi
kommunistlər sosializm uğrunda mübarizəni partiyanın bölünmüş qruplarında davam
etdirirlər.
Ədalət Abdinov bildirmişdir ki, ölkəmizin dövlət
başçısı İlham Əliyev hələ 07 dekabr 2016-cı ildə Kubanın Azərbaycanda yeni təyin
olunmuş səfiri kimi Sizin etimadnamənizi
qəbul edərkən Azərbaycanda Fidel
Kastroya böyük rəğbət bəsləndiyini qeyd etmişdir. Bununla da o, Azərbaycan
xalqı ilə bərabər həm də bu xalqın ön sırasında gedən kommunistlərin marağını ifadə etmişdir.
Azərbaycan kommunistləri ölkələrimiz arasında
siyasi, humanitar, idman sahələrində yaxşı münasibətlərin formatının
qurulduğunu vurğulayan dövlətimizin başçısının
Azərbaycanın Kuba ilə iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin
artırılmasında və eləcə də səhiyyə sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirən fikrini tam
dəstəkləyirlər. Azərbaycan kommunistləri Prezident İlham Əliyevin “ölkələrimiz arasında turizm sahəsində də əməkdaşlıq üçün yaxşı
potensial mövcuddur” fikri ilə də tam razıdırlar. Prezident İlham Əliyev bildirmişdir
ki, Kubada turizm biznesi çox fəal inkişaf edir və artıq bir çox Azərbaycan vətəndaşları
Kubaya səfər edir, istirahətə gedir. Azərbaycan kommunistləri də Prezident
İlham Əliyevivin istəyinə dəstək olaraq arzulayırlar ki, kubalılar da ölkəmizə gəlsin və Azərbaycanla
yaxından tanış olsunlar.
Ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin
inkişaf etdirilməsinin önəminə toxunan Azərbaycan KP MK-nın sədri Gülnisə Mənsimova
bunun üçün yaxşı imkanların olduğunu vurğulamışdır.
Azərbaycan kommunist hərəkatının öncülləri Kuba Respublikasının
ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alfredo Nives Portundoya gələcək fəaliyyətində
uğurlar arzulamışlar.
Kuba Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alfredo Nives Portundo da ölkəsinin Azərbaycan kommunist təşkilatı ilə sıx əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir
Kuba Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alfredo Nives Portundo da ölkəsinin Azərbaycan kommunist təşkilatı ilə sıx əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir
Azərbaycan Kommunistlər Birliyinin mətbuat xidməti
2 Комментарии
bu görüşün təşşəbüskarı mən, təşkil edəni mən, amma maraqlədı budur ki, Ədalət utanmadan özünü reklam edir!
ОтветитьУдалитьbu görüşün təşşəbüskarı mən, təşkil edəni mən, amma maraqlı budur ki, Ədalət utanmadan özünü reklam edir! məqsəd nədir?
ОтветитьУдалить