Recents in Beach

Venesuela Bolivar Respublikasının xarici işlər nazirinin müavini Ruben Molina Dario Azərbaycan kommunistlərin öncülləri ilə görüşmüşdür

Venesuela Bolivar Respublikasının xarici işlər nazirinin Asiya, Yaxın Şərq və Okeaniya dövlətləri üzrə  müavini Ruben Molina Dario Azərbaycan kommunistlər Birliyinin sədri Ədalət Abdinov və Azərbaycan KP MK-nın sədri Gülnisə Mənsimova ilə görüşmüşdür.
Azərbaycan kommunistləri ilə görüşdən məmun olduğunu bildirən Ruben Molina Dario ölkəsindəki ictimai-siyasi vəziyyət barədə ətraflı məlumat vermişdir. Nazir müavini qeyd etmişdir ki, beynəlxalq imperializmin, ABŞ-ın ölkəmizə antidemokratik müdaxiləsi nəticəsində xalqımız çətin duruma düşmüşdür. ABŞ iqtisadi sanksiyalarla vəziyyəti gərginləşdirməkdə davam edir. Respublikamızın xarici banklardakı pulları dondurulmuşdur. Pulumuz olsa belə, qoyulmuş sanksiyalara görə xarici şirkətlər bizə dərman satmaq istəmirlər.
Biz heç vaxt geri çəkilməyəcəyik  - Ruben Molina Dario  – Güclü ordumuz var, çətinliklərə baxmayaraq, xalqımızın da əhval-ruhiyyəsi çox yüksədir. Bu gün sizin və digər beynəlxalq kommunist təşkilatların bizimlə həmrəy olması inamımızı daha da artırır.
Biz başda ABŞ olmaqla beynəlxalq imperializmin Venesuela Bolivar Respublikasının daxili işlərinə qarışmasını pisləyirik - Azərbaycan kommunistlər Birliyinin sədri Ədalət Abdinov dedi – Bu cür antidemokratik, müdaxilənin, ölkənin iqtisadi inkişafına təsir edən qanunsuz sanksiyalar tətbiq edilməsinin qarşısı alınmalıdır. Hadisələrin ilk günlərində olduğu kimi bu gün də bir daha Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə həmrəyliyimizi bildiririk.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Gülnisə Mənsimova bildirdi ki, biz Venesuelada antidemokratik ABŞ imperializminin səyi ilə müşaiyət olunan dövlət çevrilişi cəhdlərini rədd edir, Venesuela hökuməti və xalqı ilə  öz fəal həmrəyliyimizi ifadə edirik. Biz bilirik ki, Venesuela çevrilişi planı ABŞ-ın dəstəyi ilə davam edir. Venesuelanın qanuni yolla seçilmiş prezidenti Nikolas Maduroya törədilən təxribatdan başqa dövlətlərin heç biri sığortalana bilməz. Dünyanın mütərəqqi qüvvələri vaxtında bu kimi halların qarşısını almasalar, gələcəkdə bu kütləvi hala çevrilə bilər.
Görüşdə Venesuela Bolivar Respublikasının ölkəmizdəki  fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martines iştirak etmişdir. 

                                   Azərbaycan Kommunistlər Birliyinin mətbuat xidməti





 

Отправить комментарий

2 Комментарии

  1. Этот комментарий был удален автором.

    ОтветитьУдалить
  2. allah bizi Ədalət Abdinov kimi yalançı və təhrifçı dostlardan qorusun! dümənlə özümüz bacararık.

    ОтветитьУдалить