Sosializm elm olandan bəri tələb
edir ki, onunla elm kimi davransınlar yəni, onu öyrənsinlər.
F.Engels
Yoldaşlar, elmi kommunizm marksizm-leninizmin ayrılmaz tərkib hissəsidir. Bu hissələr üzvi surətdə bir-birilə bağlı olan ardıcıl, fəlsəfi, iqtisadi və ictimai-siyasi baxışlar sistemidir. Yalnız bu hissələrin məcmui cəmiyyətin inqilabi surətdə yenidən qurulması problemlərini həll etməyin nəzəri əsasını verir. Ciddi elmi inqilabi nəzriyyə ilə inqilabi praktikanın vəhdəti-kommunizmin hərəkətverici qüvvəsidir. İnqilabi praktika olmadan, marksizm-leninizm ideyaları həyata keçirilmədən nəzəriyyə köhnəlmiş ehkamlar yığınına, reformizmin və opportunizm örtüyünə çevrilir. Digər tərəfdəndə elm olmadan ictimai inkişaf prosesləri elmi surətdə başa düşülmədən inqilabçılıq dönüb, avanturizm olur. Anarxizmə doğru aparır. Hal-hazırda bir neçə yerə parçalanmış Azərbaycan Kommunist Partiyası kimi.
Yoldaşlar, milyonlarla insan qanının bahasına qurulmuş zəhmətkeş
sinifin dövləti olan, min illərlə insanların arzusunda olduğu insanın insan tərəfindən
istismarını qəti surətdə ləğv edən dininə, dilinə, irqinə görə ayrı seçkilik
qoymayan qardaşlıq, bərabərlik ədalət zəmnində qurulan Sovet höküməti müəyyən səbəblərdən dağılandan sonra nəinki
Azərbaycanda, bütün sovet respublikalarında tərəqqisevər qüvvələr kapitalizmin
və onun sələfləri olan ümumdünya burjuaziyasının gətirdiyi iyrənc ziddiyətləri
görərək itirdikləri azadlığın qiymətini dərk edərək onu necə, nə cür, hansı
yollarla qurulmasını arzulayaraq kommunist partiyasını bərpa etdilər. Ancaq çox
təəssüflər olsun ki, Azərbaycanda bu partiyanı bərpa etmiş mərhum Ramiz Əhmədovun
vəfatından sonra siyasi savadsızlıq ucbatından partiya opportunizmin və
anarxizm xəstəliyinə tutularaq bir neçə yerə parçalandı. Bunun da ucbatından əqidəcə
əsl kommunist olan yəni mövcud qruluşun istismarına qarşı (kapitalizmin)
barışmamazlıq, inqilabilik əhval ruhiyyəsində olan insanlar 3-cü vacib şərtlərdən
biri olan marksizm-leninizm idealogiyasına sahib olmadıqlarına görə ümidsizliyə
qapılaraq öz istəklərini başqa burjua partiyalarının şirin və bəhrəsiz
yalanlarında axtararaq qaranlıqda bir işıq axtaranlara çevrildilər.
Yoldaşlar, bir şeyi nəzərdən
qaçırmayın ki, biz istədiyimiz cəmiyyəti - Kommunizmi qurmaq üçün ümumdünya filosofları Marks və
Leninnin fəlsəfəsini öyrənməliyik. Marksizm-leninizm fəlsəfəsi bütün bəşəri fəlsəfənin
ən yüksək nailiyyətlərini özündə birləşdirərək cəmiyyətin inkişaf və tərəqqisini
çiynində daşıyan zəhmətkeş sinfin mənafeyni müdafiə etmək üçün yaradılmışdır.
Marksa qədər ki, filosoflar bir sıra istisnalar olmaq şərti ilə əsasən
istismarçı sinfin mənafeyi naminə xidmət etmişlər. Özünü müasir kommunist adlandıran əslində burjuaziyanın
nökərləri olan və Azərbaycan Kommunist Partiyasını bir neçə yerə parçalayaraq
özlərini lider adlandıran və marksizmin-leninizmn nəzəriyyəsinə köhnəlmiş bir nəzəriyyə
kimi baxan əslində bu nəzəriyyədən tamamilə xəbərsiz olan, özlərində nəisə
qeyri adi hisslər hiss edən burjuaziyaya məxsus olan ehkamçılıq və qeybətdən başqa
özlərində ayrı hisslərin olmadığını dərk etməyən liderlər təsadüfi nəyi isə
gözləyirlər. Ancaq vacib olan bir şeyi bilmirlər ki, Marks fəlsəfəsi təsadüfdən
deyil, bəşəriyyətin min illərlə arzuladığı zərurətdən doğub. Hələ V.İ.Lenin
marksizmin nəzəriyyəsinə təftişçi “yeniləşdiricilərin” nə kimi yenilik gətirdikləri
sualına belə cavab verərək yazırdı: “əsla heç bir şey”. Marks və Engelsin
inkişaf etdirməyi, bizə tapşırdıqları elmi onlar bir addımda irəlilətməmişlər.
Onlar proletariata heç bir yeni mübarizə üsulu öyrətməmişlər. Onlar geri qalmış
nəzriyyələrin tör-töküntülərini götürərək, proletariata mübarizə nəzəriyyəsini
deyil, güzəştə getmək nəzəriyyəsini proletariatın ən qəddar düşmənlərinə,
sosialistləri təqdim etmək üçün yeni vasitələr axtaran hökumətlərə burjua
partiyalarına güzəştə getmək nəzəriyyəsini təbliğ etməklə yalnız geriyə doğru
addım atmışdır. Lenin göstərmişdir ki, opportinizm burjua ideologiyasının
marksizmə qarşı mübarizə formasıdır. “Marksist həqiqətlərini burjuacasına
axtalamaqdır”, “köhnə” marksizmi bir kənara atmaq və onu “yeni” burjua təlimi
ilə əvəz etmək cəhdidir.
Yoldaşlar, mən bir kommunist kimi
sizə üzümü tutub deyirəm ki:-Kommunist patiyasının rəmzini özündə əks etdirən
sosializmin qurulmasında, qorunmasında, inkişafında milyonlarla kommunistlərin
sevə-sevə qəlbləri başında gəzdirdikləri, yeri gəldikdə uğrunda belə canlarını
verdikləri “partbiletin” önündə bu opportunistlərin, reformislərin deyil Marks,
Lenin şəkli vurulub. Harda olduğunuzdan asılı olmayaraq bu avanturistlərin alətinə
çevrilməmək üçün marksizmin-leninizmn fəlsəfəsini öyrənin. Müasir dünya
burjuaziyasının istismarından qurtarmaq üçün yolumuz bu yoldur. Dünənki
burjuaziya ilə bu günki burjuaziyanın yaxudda ki, sabahki burjuaziyanın
arasında heç bir fərq yoxdur. Xüsusiyyət və xasiyyət üçündə də eynidir. Burda
bir balaca kəmiyyət dəyişikliyi ola bilər (yəni sabah bu günkinə və yaxud da
dünənkinə nisbətdə ya biraz az, ya da bir az çox bizim qanımızı sora bilərlər).
Zəhmətkeş sinfin istək və arzularının açarı marksizmin və leninizmn
ideologiyasıdır. Bu qanunun kəşf edilməsində və kütlələrin kommunistcəsinə
maariflənməsində sasilalizm dövrünün görkəmli şairi V.V.Mayakovski gözəl ifadə
etmişdir.
Bizə elə gəlirdi
kommunizm körfəzinə
Bizi
ancaq
təsadüfi dalğalar,
ora
bura çırparaq
aparıb çıxaracaq.
çıxrMarks tarixin bir vaxt
qanunların
açaraq
dünyanın
sükançısı
eylədi
proletariatı.
Hərflərlə örtülmüş
adi
vərəqlər deyil,
quru
rəqəmlər deyil,
Marksın
kitabları.
Marks ayaq üstünə
qaldırıb fəhlələri
rəqəmdəndə nizamlı
dəstələrlə apardı
irəli.
Marksın bədii ifadəsi ilə desək, maddi və mənəvi
çatışmamazlıqlar, şəxsi mülkiyyətdən və insanın insan tərəfindən istismarından
doğur. Müasir dövr bir-birinə əks olan iki ictimai sistem arasında (sosalizmlə
kapitalizm) arasında mübarizə dövrüdür. Bütün bu proseslərin ictimai iqtisadi
bir sözlə, fəlsəfi açarı marksizmi-leninizm nəzriyyəsidir. Bütün kommunist
düşüncəli insanlara kommunist idealogiyası arzusu ilə deyirəm:
İşıqlı gələcəyimiz kommunizmdir!
Vüsal Həsənoğlu


0 Комментарии