Azərbaycanda sovet hakimiyyəti uğrunda fəal
mübariz, kəndli hərəkatı rəhbəri, xalq qəhrəmanı Qatır Məmməd – Məmmədov Məmməd Əli oğlu 1887-ci
ildə Gəncə (Yelizavetpol) quberniyasının Goranboy-Əhmədli kəndində anadan
olmuşdur.
Qatır Məmməd Gəncədə sənət məktəbinə daxil
olmuş, inqilabi hərəkatda iştirakına görə 1905-ci ildə məktəbdən çıxarılmışdır.
O, 1907-ci ildə Goranboy-Əhmədlidə kəndli çıxışı zamanı mülkədarlardan birini
öldürmüş və qaçaq düşmüşdü.
1909-cu ildə bəylərə və çar hakimiyyətinə
qarşı silahlı mübarizə apardığı üçün həbs olunub. İrkutsk quberniyasına sürgün
edilir. Lakin yolda ikən qaçır. Azərbaycana qayıdan Qatır Məmməd mübarizəsini
davam etdirir.
1914-cü ildə Qatır Məmməd yenidən həbs edilərək
10 il müddətinə İrkutsk quberniyasına sürgün olunur. O, sürgündə bolşeviklərə
yaxınlaşır. Sürgün illəri Qatır Məmmədin dünyagörüşünü inkişaf etdirir, onu
inqilabçı kimi mətinləşdirir.
Fevral burjua – demokratik inqilabından
(1917) sonra Azərbaycana qayıdan Qatır Məmməd yenidən kəndli hərəkatına
başçılıq edir. O, Bakı bolşevikləri ilə əlaqə saxlamış, dəfələrlə M.Əzizbəyov və
Bakı kommunnasının digər rəhbərləri ilə görüşmüş, onlardan təlimat almışdı.
Müsavatçıların və xarici müdaxiləçilərin
hökmranlığı dövründə Qatır Məmmədin başçılıq etdiyi kəndli dəstələrinin mübarizəsi
daha geniş hal almış, Qatır Məmmədlə bolşevik təşkilatları arasında sıx əlaqə
yaranmışdı. RK(b)P Gəncə Komitəsi ilə Qatır Məmmədin dəstəsi arasında xüsusi
rabitəçi fəaliyyət göstərirdi. 1919-cu ilin yayında Qatır Məmmədin dəstəsinin
ehtiyacları üçün pul vəsaiti göndərilmişdi.
Musavat hökumətinin hərbi naziri Fətəli xan
Xoyskinin başçılığı ilə Bakıdan Gəncəbasara göndərilən 300 seçmə qoşun dəstəsinə
Qatır Məmməd ağır zərbə endirmişdi.
1919-cu ildə Qatır Məmmədin silahlı dəstəsi
Gəncə qəzasında xalqa zülm edən Məmmədxanbəyov, Zülqədərov, Adıgözəlov və başqa iri torpaq sahiblərinin mülklərini dağıtmış,
dəmir yolunda hərəkəti pozmuşdu. Kürün sağ sahilində Qaraqovaq kəndində onun dəstəsi müsavatçılar tərəfindən mühasirəyə alınmışdı.
18 sentyabr 1919-cu uldə Qatır Məmməd xaincəsinə öldürülmüşdür. Görkəmli şair, dramaturq, Azərbaycanın əməkdar incəsənət xadimi Zeynal Xəlil “Qatır Məmməd” pyesini yazmışdır.
1974-cü ildə “Azərbaycanfilm” kinostudiyası “Qatır Məmməd” bədii filmini çəkmişdir.
Azərbaycan Sovet Sosialist Respublikasının
Qasım İsmayılov rayonunda (indiki
Goranboy), Kirovabadda (indiki Gəncə) Qatır Məmmədə heykəl qoyulmuşdur.
* * *
Bir vaxtlar qatır məmmədlərin döyüşdüyü
qurluş eybəcərliyi, naqisliyi ilə yenidən peyda olub. Bu qurluşun məddahları – xanların,
mülkədarların nəvə-nəticələri, ağalar, oliqarxlar haqqa meydan oxuyurlar. Güclü
gücsüzü tapdalayır. Qanun pula baş əyir. Kapital hömranlıq edir.
Xalqın sərvətini talayan müxənnəslər, vəzifə
səlahiyyətlərindən rüşvətxorluq, korrupsiya üçün arxayın istifadə edən üzü qara
cənablar, yadda çıxarmyın ki, qatır məmmədlər
ölməyiblər. Sizlərdən haqq-hesab sorulacaq gün uzaqda deyil!..
Ədalət Abdinov
Ədalət Abdinov


0 Комментарии