Recents in Beach

Sosializmin əleyhinə yönələn iki amil

                                                                     Ədalət Abdinov,                                                                                                                   Azərbaycan Kommunistlər Birliyinin sədri

                     

Sosialist inqilabının  və sosializm quruculuğunun tarixinə azca bələd olan hər kəs bilir ki, dünyada bərqərar olmuş birinci fəhlə-kəndli dövləti olan Sovet İttifaqını məhv etməyə imperialistlər dəfələrlə cəhd etmişlər. Lakin bundan bir şey çıxmamışdır. Ancaq sosializm əleyhinə hərbi və siyasi vasitələrlə hücumlar kəsilməmişdir. Ötən əsrin 1985-ci ilindən başlayaraq çox-çox əvvəllər imperialistlərə satılmış şərəfsiz, vətən xaini M.Qorbaçov düşmənlərin çirkin planının həyata keçirmiş, sovet xalqına xəyanət etmişdir.
Buna baxmayaraq, marksisi-leninçi kommunistlərlə burjuaziya arasında ideyalar döyüşü davam etməkdədir. İmperializm irticası marksizm doktrinasına qarşı, elmi kommunizm nəzəriyyəsinə qarşı mübarizədə xüsusi mülkiyyətçilik, şəxsi mənafenin ictimai mənafeyə qarşı qoyulması, burjua-feodal əxlaqı və dini əxlaqın mürtəce təsirindən istifadə edirlər. Təbii ki, kapitalizmə xidmət edən bu qalıqlar sosialist həyat tərzi ilə bir araya sığmır.
Burjua ideoloqları yaxşı bilirlər ki, insanlarda adi və elmi şüur var. Adi şüur geniş yayılmış sıravi, sadəcə həyati şüurdur. Onun səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, o, cəmiyyətdə baş verən  hadisə və proseslərin təhlili və sistemləşdirilməsi ilə əlaqədar deyildir. Buna görə də adi şüur həmin hadisə və proseslərin mahiyyətinin dərinliyi haqqında insana bilik verə bilməz. Və imperialist dairələri də daxili satqınlarla birləşərək sosializmin çökdürülməsində bu amillərdən istifadə etdilər.
Elmi şüur isə ictimai həyata uydurma baxışla, xurafat və mövhumatla, idealizm və dinlə bir araya sığmır.  Elmi şüur, dialektik – materializm şüuru dünya inkişafının obyektiv qanunlarının dərk edilməsini və əməli fəaliyyətdə bu qanunların tələblərini nəzərə almağı tələb edir. Belə bir şüur insanın cəmiyyətdə ağıllı, məqsədəuyğun rəftarının qəti şərtidir. İrticacı imperializm  sosializmin çökdürülməsində istifadə etdiyi digər  amillərdən biri satqın Qorbaçovun və onun ideologiya ilə məşğul olan komandasının əli ilə  sovet adamlarının elmi materializm şüuruna vurduğu zərbə olmuşdur.
Hazırki şəraitdə insanların eimi-materializm dünyagörüşünə yiyələnməsi xüsusilə vacibdir. Komsomolun III qurultayında Leninin dediyi sözləri xatırlatmaq istəyirəm: “Yalnız bəşəriyyətin hazırlamış olduğu bütün sərvətləri bilməklə öz zehnini  zənginləşdirdiyin zaman kommunist olmaq olar”.
Hər bir kommunistin öz siyasi və ümumi mədəni biliyinin müntəzəm surətdə artırılması zərurəti onun böyük Lenin partiyasına – yenilikçilər, yeni sosializm dünyası qurucuları partiyasına mənsub olmasından irəli gəlir. Lakin burjuaziya burada da öz zərərli əməllərini həyata keçirməyə nail olmuşdur.
Keçmiş İttifaq respublikaların hamısında əqidəsiz kommunistlərin əli ilə Kommunist Partiyalarını parçalayıb təsirsiz vəziyyətə salıblar. Eyni vəziyyət Azərbaycanda da mövcuddur. Burjuaziyanın şəxsi mənafe üstünlüyünə can atan məsləkində durmayanlar, səbatsızlar Azərbaycan Kommunist Partiyasını dörd yerə parçalamış, siyasi proseslərdə əhəmiyyətsiz yedəyə çevirmişlər. İş o yerə çatıb ki, bu qrupların “liderləri” bir-biri ilə qədim peşə sahibləri kimi didişirlər. Bunların arasında elə simasızı var ki, hətta hakim burjuaziyaya nökərçilik etməyini belə gizlətmir.
Belə bir gərgin vaxtda Azərbaycan Kommunistlər Birliyi fəaliyyət göstərir, marksizm-leninizmi rəhbər tutmaqla cəmiyyətin istiqamətverici qüvvəsi olmasına çalır, öz sıralarında ideologiyamıza sadiq insanları birləşdirir.
Azərbaycan Kommunistlər Birliyi öz üzvlərinin tərbiyə və təhsili sahəsində geniş miqyasda iş apararkən təlim və kommunist tərbiyəsi haqqında Lenin prinsiplərini rəhbər tutur, bu prinsipləri yaradıcılıqla inkişaf etdirir və zənginləşdirir.
Bu gün siyasi mübarizəmizin əsas prinsipləri onun yüksək kommunist ideyalılığından, ardıcıl və ciddi surətdə və doğru olmasından, həyatla dərin və üzvi surətdə bağlılığından, marksizm-leninizmə düşmən nəzəriyyə və baxışlara qarşı barışmaz olmasından ibarət olmalıdır.








Отправить комментарий

0 Комментарии