18 noyabr 2019-cu ildə Azərbaycan
Kommunistlər Birliyinin sədri Ədalət Abdinov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Rusiya Kommunistləri Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Rusiya Kommunistləri Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq məsələlər üzrə katibi, deputat İlya Kleymenov ilə görüşmüşdür.
İlya
Kleymenov Rusiya Kommunistləri Kommunist Partiyası ilə
Azərbaycan Kommunistlər Birliyi arasında səmimi dostluq və etibarlı tərəfdaşlıq
əlaqələrinin olduğunu deyib. Ötən 3 ildə iki təşkilat arasında sıx təmaslar
qurulub, qarşılıqlı səfərlər həyata keçirilib, təcrübə mübadiləsi aparılıb.
Rusiya Kommunistləri Kommunist Partiyası Rusiya Federasiyasının ictimai-siyasi prosesində aparıcı əsas qüvvələrdən biridir - İlya Klemenov demişdir - Əlbəttə ki, müasir dövrün solçu
qüvvələrin vahid mübarizə axınında birləşməsində, onların imperializmə qarşı
düzgün mübarizə proqaramının işlənib hazırlanmasında və sosializmə aparan
düzgün yolun müəyyənləşdirilməsində həlledici rol dünya kommunist hərəkatına
məxsusdur və Rusiya kommunistlərin onlarla birgə əməkdaşlığını xüsusilə qeyd
etmək istəyirəm.
İlya
Kleymenov bildirdi ki,
kommunist hərəkatı müasir dövrün heç bir digər siyasi hərəkatının malik
olmadığı zəngin və rəngarəng siyasi təcrübə toplamışdır. Biz
yaxşı bilirik ki, Azərbaycanın kommunistlər Birliyi də bu təcrübəyə malikdir.
Fikrimcə, kommunist hərəkatının böyüdüyü, geniş beynəlxalq vüsət aldığı yeni
şəraitdə təşkilatlarımız arasındakı əlaqələrin təşkilat formaları daha da
gücləndirilməli və genişləndirilməlidir.
Azərbaycan
Kommunistlər Birliyinin sədri Ədalət Abdinov səmimi qəbul üçün rusiyalı həmkarına
təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, Azərbaycan Kommunistlər Birliyi
özünün mütəşəkkilliyi, təşkilat quruculuğunun Lenin
prinsiplərinə sədaqətli olması ilə fərqlənir. Ölkəmizdə kommunist hərəkatını gücü siyasi intriqalardan uzaq sadə kommunistlərin əqidə möhkəmliyində və mərdliyindədir. Onlar zəhmətkeşlərin
işinə bütün enerjilərini verir, fədakarlıq nümunələri göstərirlər. Kommunist
adı Azərbaycanda həmişə qəhrəmanlıq və qorxmazlıq rəmzi olmuşdur.
Ədalət
Abdinov dedi ki, bu gün Azərbaycan Kommunistlər Birliyi imperializmin istehkamlarında
fəaliyyət göstərir, inhisarların hökmranlığına qarşı, sosializmin təntənəsi
uğrunda mübarizə meydanındadır. Ölkəmizin zəhmətkeşləri artıq belə bir nəticəyə
gəlirlər ki, kommunist hərəkatı olmadan Azərbaycanda ictimai tərəqqi mümkün
deyildir. Eyni zamanda biz yaxşı bilirik ki, dünya kommunist hərəkatının ən
güclü dəstəsi Rusiya Kommunistləri Kommunist Partiyası və fəhlə təşkilatlarıdır. Kapitalizmə qarşı
mübarizə aparan əsas kommunist qüvvələri Oktyabr inqilabının beşiyi olan bu
ölkədə cəmləşmişdir.
Hazırda
Azərbaycanda kommunist hərəkatının təsirinin güclənməsi üçün daha münasib
şərait yaranmaqdadır – Ədalət Abdinov vurğuladı – Lakin ölkəmizin kommunist
hərəkatının inkişafı çətinliksiz də deyildir. Bizim qarşımıza çoxlu mürəkkəb
problemlər çıxır ki, bunlar da dərin marksist-leninçi təhlil
və yaradıcılıq axtarışları tələb edir. Ən ciddi problemi isə Azərbaycan
Kommunist Partiyasının müxtəlif qruplara parçalanması və partiyadaxili mənasız
ixtilafların mövcudluğu yaradır. Halbuki inhisarçı kapitalın inkişafındakı
hazırkı mərhələ, burjuaziyanın yeni taktikası Azərbaycan
kommunist təşkilatının qarşısında çox ümdə vəzifələr qoyur. Azərbaycan
burjuaziyası öz hökmranlığını saxlamaq məqsədi ilə Oktyabr iqilabından və
sosializmin digər qələbələrindən müəyyən ibrət dərsi almaqğa çalışır. O, kapitalizm
qurluşunun ziddiyyətlərini və qüsurlarını ört-basdır
etmək üçün yeni vasitələrdən istifadə edir, işçi sinfini və onun təşkilatlarını
aldatmaq və pozmaq, onun imtiyazlı yuxarı təbəqələrini ələ almaq üçün hiyləgər
fəndlər tətbiq edir. Yerli burjuaziya əvvəllərdə olduğundan xeyli geniş
miqyasda “Oğurlanmış şüarlar” taktikasını tətbiq edir. Bu taktikanın məqsədi
kommunistlərin geniş yayılmış ideya və şüarlarını
götürmək, onları təhrif etmək və antisosialist məqsədlərin xidmətinə verməkdir.
Burjuaziyanın bu metodları Azərbaycandakı mütərəqqi solçu qüvvələrin
fəaliyyətini çətinləşdirir, lakin əməklə kapital arasındakı ziddiyyətləri ləğv
edə bilmir. Deməli, onlar kommunist hərəkatının
qarşısını almaq iqtidarında deyillər.
Rusiya Kommunistləri Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq məsələlər üzrə katibi, deputat İlya Kleymenov Rusiya Kommunistləri Kommunist Partiyasının təsis etdiyi müxtəlif döş nişanları, emblemləri və nəşr nümunələrini Azərbaycan kommunistlərinə hədiyyə etdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıldı.
Görüşdə Rusiya Kommunistləri Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aleksandr Vasilyev iştirak etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıldı.
Görüşdə Rusiya Kommunistləri Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aleksandr Vasilyev iştirak etmişdir.
0 Комментарии