29 iyun 1972-ci il


Yoldaşlar!
Bu
gün biz qardaş Sovet Sosialist Respublikaları İttifaqının yaradılmasına
partiyanın iradəsi ilə çoxlu əmək və inqilabi qüvvə sərf etmiş olan bir
insanın, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin il sədrlərindən birinin, V.İ.Leninin
şagirdi və silahdaşı Nəriman Nərimanovun anadan olmasının 100 illiyini təntənəli
surətdə qeyd etməyə toplaşmışıq. Görkəmli partiya və dövlət xadimi Nəriman Nəcəf
oğlu Nərimanovun adı Azərbaycanda inqilabi mübarizə salnaməsinə həmişəlik daxil
olmuşdur. N.Nərimanov öz əmək həyatına keçən əsrin 90-cı illərində Qori
seminariyasını qurtardıqdan sonra Tiflis quberniyasının Azərbaycan kəndlərindən
birində müəllim kimi başlamışdır. Gənc müəllim İctimai ədalətsizliklə ilk dəfə
olaraq yaxından üz-üzə gəlmiş, kəndlilərin tam hüquqsuzluğu və dəhşətli
yoxsulluğu onu sarsıtmışdı. N.Nərimanovun gördükləri və duyub hiss etdikləri
onun şüurunda dərin iz buraxmış, qəlbində mövcud quruluşa qarşı etiraz hisslərini
alovlandırmış, siyasi dünyagörüşünün təşəkkülünə güclü təsir göstərmiş, kəskin
ictimai problemlərə toxunan ədəbi əsərlərin yaranması üçün əsas olmuşdur.
N.Nərimanovun
ictimai mədəni-maarifçilik, sonralar isə inqilabi fəaliyyəti Bakıda genişlənmişdi.
Burada Qafqazın ən böyük sənaye və proletar mərkəzində, sinfi mübarizə alovunun
getdikcə daha da gücləndiyi şəhərdə, N.Nərimanov marksizm ədəbiyyatı ilə tanış
olub inqilab hərəkatına qoşuldu. N.Nərimanovun əməkçi kütlələr maarifləndirmək əzmi,
insanlara xidmət etmək kimi nəcib bir arzusu, hadisələri dərindən başa düşməsi,
istedad və bacarığı onu Azərbaycan demokratik və ictimai-siyasi fikir nümayəndələrinin
ön cərgəsinə çıxartdı. O illərdə N.Nərimanovun məşhur "Nadanlıq",
"Bahadır və Sona", "Nadir şah" və digər bədii əsərlərini
yazmış, Azərbaycan və rus dillərini öyrənmək üçün dərsliklər və dərs vəsaitləri
yaratmışdı, pedaqoji işlə fəal bir surətdə məşğul olur, Azərbaycan dilində qəzet
və jurnallar buraxmaq, teatrı inkişaf etdirmək yolunda addımlar atırdı. O,
Qoqolun ölməz "Müfəttiş" komediyasını Azərbaycan dilinə tərcümə
etmişdi.
N.Nərimanov ədəbi yaradıcılığa zəhmətkeşlərin
azadlıq və səadəti uğrunda mübarizə vasitəsi kimi, onları şər qüvvələrə, mülkədar
və kapitalist zülmünə, nadanlığa, dini fanatizmə və cəhalətpərəstliyə fəal
müqavimət ruhunda tərbiyə etmək vasitəsi kimi baxırdı. N.Nərimanov bu meyarları
əsas tutaraq, özünün yazdığı kimi, xalq kütlələrini oyadıb inqilaba hazırlamağı
öz ədəbi və ictimai fəaliyyətinin qayəsi hesab edirdi. Çarizm və burjuaziya
milli ədavəti qızışdırdığı, fəhlə sinfini, xalq kütlələrini milli əlamətə görə
parçalamağa çalışdığı şəraitdə N.Nərimanov vəhşi millətçilik və şovinizmə qarşı
cəsarətlə çıxış edirdi. "Bahadır və Sona" povestində o, burjua millətçiliyi
və dini əlahiddəlik ideologiyasına, köhnəlmiş adət və ənənələrə qarşı böyük bir
ideya, xalqlar dostluğu ideyasını irəli sürdü. Vətəndaşlıq cəsarətinin timsalı
olan bu əsər Azərbaycan ədəbiyyatında böyük hadisə idi. Azərbaycan
hüdudlarından uzaqlarda da demokratik ictimaiyyət onu rəğbətlə qarşıladı.
Nəriman Nərimanovun biliyə olan həvəsi
1902-ci ildə onu Odessa Universitetinin Tibb fakültəsinə gətirdi. N.Nərimanov
Odessada tələbə hərəkatında fəal iştirak edir, liman fəhlələri arasında
inqilabi iş aparır, xalqın azadlığı uğrunda mübarizədə qətiyyətli olmaq lazım gəldiyini
getdikcə daha dərindən başa düşürdü. Birinci rus inqilabı N.Nərimanovun
ictimai-siyasi baxışlarını möhkəmləndirdi. 1905-ci ildə N.Nərimanov Bakı
bolşevik təşkilatının tərkib hissəsi olan və Bakı Partiya Komitəsinin rəhbərliyi
altında işləyən "Hümmət" sosial-demokrat qrupuna daxil oldu. 1906-cı
ildə N.Nərimanov RSDFP II qurultayında qəbul edilmiş partiya proqramını Azərbaycan
dilinə tərcümə etdi.
Birinci rus inqilabı dövründə yazdığı
publisistik məqalələrində N.Nərimanov çarizm, kadetlərin və digər burjua
partiyalarının əksinqilabi siyasətini, liberal burjuaziyanın canfəşanlıqla
yaydığı konstitusiya xülyalarını amansızcasına ifşa etdi. Nərimanov əmin idi
ki, yalnız mövcud quruluşun devrilməsi nəticəsində zəhmətkeşlər əsl mənada
azadlığa çıxa bilərlər. N.Nərimanov xalqı tarixi inkişafın hərəkətverici qüvvəsi
hesab edir və göstərirdi ki, xalq kütlələrinin inqilabi hərəkatları qarşısında
heç bir şey davam gətirib dayana bilməz. N.Nərimanov yazırdı: "Güc birlikdədir...
Sel güclü olub içinə atılan ağır daşları çox asanlıqla diyirləyir, özünə yol
açır; tarix öz bildiyini edir".
N.Nərimanov ġərqdə milli azadlıq hərəkatının
inkişafına birinci rus inqilabının təsirini xüsusilə qeyd edirdi. O göstərirdi
ki, rus inqilabı Asiyanın bütün xalqlarını hərəkətə gətirmiş, onların feodalizmə
və imperializmə qarşı mübarizəsinə güclü təkan vermişdir, rus proletariatının
azadlıq ideyaları ġərq xalqlarının mübarizə yolunu parlaq bir məşəl kimi işıqlandırır,
onların siyasi və milli mənlik şüurunun inkişafına inqilabiləşdirici təsir göstərir.
O illərdə N.Nərimanovun çar istibdadma qarşı, özbaşınalığına qarşı, zəhmətkeşlər
arasında beynəlmiləl həmrəylik uğrunda mübarizəyə çağıran səsi təkcə qəzet səhifələrindən
deyil, fəhlələrin, inqilabçı tələbələrin, tərəqqipərvər. ziyalıların yığıncaqlarından,
toplantılarından, mitinqlərindən də eşidilirdi.
N.Nərimanov Odessada təhsilini başa
vurduqdan sonra həkim diplomu ilə Bakıya gəlib öz inqilabi və ədəbi-maarifçilik
fəaliyyətini davam etdirdi. Çar orqanlarının təqibləri üzündən N.Nərimanov
1909-cu ildə Tiflisə köçdü, lakin çox keçmədən tutulub Metex qalasına salındı.
Altı ay həbsdə qaldıqdan sonra "dövlət üçün zərərli hərəkətlərinə görə"
məhkum olunub Həştərxana sürgün edildi... 1913-cü ilin yanvarında N.Nərimanov Həştərxan
şəhər dumasına qlasnı seçildi və duma tribunasından çar orqanlarının mürtəce hərəkətlərini
ifşa etməyə, əməkçi xalqın mənafeyini qorumağa başladı.
N.Nərimanov 1913-cü ildə Bakıya qayıdıb
ictimai-siyasi və ədəbi-publisistik fəaliyyəti daha böyük bir qüvvə ilə davam etdirdi,
eyni zamanda Qaraşəhər xəstəxanasında həkimlik etməyə başladı. Nəriman Nərimanovun
özü birinci dünya müharibəsinə qədərki ictimai-siyasi fəaliyyətini xalqın
ictimai və milli qurtuluşu uğrunda mübarizə üçün düzgün yollar axtarmaq dövrü
adlandırmışdır. Sosial-demokrat partiyalarının dərin böhran keçirdiyi, fəhlə hərəkatı
liderlərinin dönük çıxdığı və xəyanət etdiyi şəraitdə N.Nərimanov ziddiyyətlər
dolanbacından çıxış yolunu, özünün sonralar qeyd etdiyi kimi, ancaq kommunizmdə
tapmışdı. Birinci dünya müharibəsi illərində Azərbaycan bolşevikləri kütlələr
içərisində inqilabi iş aparmaq üçün müxtəlif leqal imkanlardan bacarıqla istifadə
edirdilər. N.Nərimanovun idarə heyəti sədri olduğu "Qənaət"
kooperativi də həmin məqsədə xidmət edirdi. Kooperativ vasitəsi ilə Azərbaycan,
rus və başqa dillərdə təşkil olunan mühazirələrdə və məruzələrdə inqilabi
şüarlar təbliğ edilir, fəhlə hərəkatının aktual problemləri haqqında izahat
verilirdi.
N.Nərimanov, M.B.Basin, A.N.Stopini və digər
bolşeviklər xalq evinin idarə heyətinə seçildikdə xalq evi vasitəsilə də fəhlələr
arasında fəal inqilabi iş aparmağa başladılar. ... Bu coşğun aylarda N.Nərimanov
daim inqilabçı kütlələr içərisində və hadisələrin mərkəzində idi: O, "Hümmət"
qəzetində və digər nəşrlərdə dərc etdirdiyi məqalələrdə siniflər və sinfi
mübarizə haqqında, xalq kütlələrinin tarixdə rolu haqqında, imperializmə qarşı
mübarizədə zəhmətkeşlərin beynəlxalq həmrəyliyinin əhəmiyyəti haqqında marksizm
ideyalarını təbliğ edirdi. Millətçilik və şovinizmin tüğyan etdiyi şəraitdə N.Nərimanov
xalqın müqəddəratı ilə həyasızcasına oynayan və bunu "millətin",
"dinin" müdafiəsi haqqında gurultulu ibarələrlə pərdələyən istismarçı
təbəqənin xain siyasətini mərdliklə ifşa edirdi. O, burjua millətçilərinin fitnələrini
çox kəskin surətdə və heç bir güzəştə getmədən aşkara çıxarır və pisləyirdi.
N.Nərimanov dəfələrlə qeyd edirdi ki,
Zaqafqaziya xalqlarının azadlığının rəhni onların rus xalqı ilə və digər
xalqlarla birliyindən və qardaşlıq İttifaqından ibarətdir. Azərbaycan xalqının
azadlıq mübarizəsi rus proletariatının Sovet hakimiyyəti uğrunda mübarizəsi ilə
bağlıdır. N.Nərimanov Azərbaycan zəhmətkeşlərinə müraciət edərək demişdi ki, əgər
səadətiniz sizin üçün əzizdirsə, əgər azad yaşamaq istəyirsinizsə, digər millətlərin
zəhmətkeşləri ilə birləşin. Yalnız onlarla birləşdikdə siz öz əzab-əziyyətlərinizin
səbəblərini aradan qaldıra bilərsiniz. 1917-ci ilin iyun ayında "Hümmət"
bolşevik təşkilatının yığıncağı N.Nərimanov başda olmaqla komitə seçdi.
N.Nərimanov həm də Azərbaycanda marksizm
ideyalarını yaymaqda, zəhmətkeşləri sosialist inqilabının qələbəsi uğrunda
mübarizəyə hazırlaşdırmaqda mühüm rol oynayan "Hümmət" qəzetinin
redaktoru idi. N.Nərimanov RSDF(b)P Bakı Kömitəsinin üzvü seçildi. Çoxmillətli Bakı
proletariatı sosialist inqilabının beşiyi olan Petroqrad şəhərində silahlı
üsyanın qələbəsindən ruhlanaraq bu böyük hadisədən bir neçə gün sonra bolşeviklər
başda olmaqla Bakıda Sovet hakimiyyəti elan etdi. N.Nərimanov Böyük Oktyabr
sosialist inqilabının əhəmiyyətini qeyd edərək yazırdı: "... Bu gün Rusiya
inqilabı bütün cahan tarixinin təzə mühüm və gözəl bir səhifəsinin açılmasına səbəb
olur. Biz hamımız şəhadət verə bilərik ki, bu səhifə bizim hüzurumuzda
açıldı... Bu gün... sərmayələr və mülkədarların ümid ocağı dağılır, fəhlə və zəhmətkeş
tarixində təzə bir səhifə açılır".
N.Nərimanov 1918-ci il yanvarın 1-də
"Hümmət" qəzetində zəhmətkeş xalqa müraciət edərək yazmışdır:
"Sizin hər cəhətdən nicat yolunuz Leninin məramnaməsindədir... Hər yerdə
çalışmalısınız ki, hökumət fəhlə zəhmətkeş kəndçilər şuralarının ixtiyarına
keçsin. Bu şuralar, ancaq bu təşkilatlar Leninin məramnaməsini qüvvətləndirəcəkdir
və ancaq bunlar inqilabı dərinləşdirib möhkəmləndirəcəkdir".
Gərgin iş N.Nərimanovun səhhətinə öz təsirini
göstərdi və Bakı Partiya Komitəsinin təkidi ilə o, 1918-ci il iyunun axırlarında
Həştərxana getdi. Xəstəliyinə baxmayaraq, N.Nərimanov fəal siyasi işi dayandırmırdı.
RK(b)P Həştərxan Quberniya Komitəsinin tapşırığı ilə o, zəhmətkeşlər arasında təbliğat
və təşviqat aparır, Quberniya İcraiyyə Komitəsində hərbi-siyasi işlər
komissarlığında çalışırdı. Zaqafqaziya müsəlmanları işləri komissarlığının sədri
idi. RK(b)P "Hümmət" təşkilatının Həştərxan bürosuna başçılıq edirdi.
Həştərxanda ikən N.Nərimanov terror və təqib şəraitində gizli fəaliyyət göstərən
Azərbaycan bolşevikləri ilə yaxından əlaqə saxlayırdı. O öz məqalələrində və məktublarında
Zaqafqaziyada xarici müdaxiləçilərin hökmranlığına qarşı mübarizəyə çağırırdı.
N.Nərimanov tərəfindən yazılıb böyük tirajla
nəşr edilmiş "Biz Qafqaza nə şüar ilə gedirik" müraciətnaməsi 1919-cu
ildə gizli olaraq Həştərxandan Azərbaycana göndərildi, fəhlə və kəndlilər
arasında geniş yayıldı. Bu müraciətnamədə N.Nərimanov Sovet hakimiyyətinin əhəmiyyətini
açıb göstərir, xalqları qardaşlıq və dostluğa səsləyir, Sovet Rusiyası ilə
birliyə çağırırdı.
1919-cu il iyulun axırlarında N.Nərimanov
işləmək üçün Moskvaya çağırıldı. RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın
və Orta ġərq ölkələri şöbəsinin müdiri, sonra isə RSFSR xalq millətlər
komissarının müavini vəzifələrində ikən Leninin xarici siyasətinin həyata
keçirilməsində onun xidməti az olmadı. N.Nərimanov İran, Türkiyə, Əfqanıstan və
digər ölkələrdə danışıqlar aparılmasında və sazişlər bağlanmasında iştirak
edirdi.
N.Nərimanov RK(b)P MK ġərq xalqları
kommunist təşkilatları Mərkəzi Bürosunun tərkibinə daxil idi. Müstəmləkələrdə və
asılı ölkələrdə milli azadlıq hərəkatının inkişafında Böyük Oktyabr sosialist
inqilabının təsiri məsələləri N.Nərimanovun məqalələrində və çıxışlarında xüsusi
yer tuturdu. N.Nərimanov deyirdi ki, ġərq zəhmətkeşlərini böyük Lenin ideyaları
ilə tanış etməyə çalışmaq Leninin şagirdlərinin borcudur. N.Nərimanov İran,
Türkiyə, Əfqanıstan fəhlələrinə və kəndliləri-nə müraciətnamələrin yazılmasında
bilavasitə iştirak edirdi, bunlar xarici ġərq dövlətləri ilə Sovet Rusiyası
arasında dostluq münasibətlərinin möhkəmlənməsinə səbəb olurdu.
A.V.Lunaçarski N.Nərimanovu leninçi beynəlmiləlçi
kimi, ġərqdə Sovet hakimiyyəti ideyalarının təbliğatçısı kimi səciyyələndirərək
yazırdı ki, onun fəaliyyəti bir daha təsdiq edir ki, "bir tərəfdən
kommunizm, marksizm, leninizm ideyası ilə, digər tərəfdən isə ġərq kütlələri ilə
möhkəm bağlı olan inqilabçılar nə qədər qiymətlidir".
N.Nərimanov qiyabi olaraq Azərbaycan İnqilab
Komitəsinin sədri seçildi. Həmin gün Azərbaycan İnqilab Komitəsinin iclasında
N.N.Nərimanov başda olmaqla Azərbaycan Sovet Sosialist Respublikası Xalq Komissarları
Soveti yaradıldı. V.İ.Lenin Azərbaycan SSR-nin yaradılmasına və möhkəmləndirilməsinə
müstəsna əhəmiyyət verir. Sovet Azərbaycanının imperializm zülmü altında olan ġərqin
qapısında nümunəvi sosialist respublikasına çevrilməyin zəruri olduğunu göstərdi.
N.Nərimanov yazırdı: "V.İ.Lenin muxtar və müstəqil respublikalar arasında
Türküstana və Azərbaycana xüsusi diqqət yetirirdi. O deyirdi ki, bu
respublikalar ġərqin qapısıdır, bu respublikalarda edilən hər şey qonşu dövlətlərdə
əks-səda oyandıracaqdır, buna görə də bu ölkələrdəki məzlumlar bizim mahiyyətimizi
təşkil edən hər şeyi görəcək və hiss edəcəklər".
N.Nərimanov Xalq Komissarları Sovetinin sədri
vəzifəsində ikən S.M.Kirov, Q.M.Musabəyov, S.M.Əfəndiyev, A.P.Serebrovski,
H.H.Sultanov, M.B.Qasımov, S.A.Ağamalıoğlu, D.X.Bünyadzadə, Ə.H.Qarayev,
M.D.Hüseynov və digər partiya və dövlət xadimləri ilə birlikdə respublikada
sosialist dəyişiklikləri yaratmaq uğrunda fəal mübarizə aparırdı. RSFSR ilə Azərbaycan
arasında hərbi-iqtisadi İttifaq haqqında 1920-ci il sentyabrın 30-da Moskvada bağlanmış
müqavilə Azərbaycanda Sovet hakimiyyətinin iqtisadi və siyasi cəhətdən möhkəmlənməsində
həlledici rol oynadı.
N.Nərimanovun V.İ.Leninə bir çox məktub və teleqramları
qalmaqdadır. Onları oxuduqda gözümüzün qarşısında yeni həyat uğrunda, Azərbaycanın
xoşbəxt gələcəyi uğrunda kəskin və gərgin mübarizə mənzərəsi canlanır. N.Nərimanov
fəhlə və kəndlilərin coşğunluğu haqqında, yeni neft fontanları haqqında,
istismarçı siniflərin müqaviməti haqqında, qarşıya çıxan çətinliklər haqqında,
Azərbaycanda sosializm quruculuğunun hər bir müvəffəqiyyəti haqqında Vladimir
İliçə məlumat verildi. Azərbaycan Sovet hökuməti V.İ.Leninin göstərişlərini rəhbər
tutaraq neft sənayesini, Xəzər Ticarət Donanmasını, mədənləri, zavodları, balıq
sənayesini, torpaqları və meşələri milliləşdirdi. Ölkənin əsas yanacaq mənbəyi
olan neft sənayesini bərpa etmək və yenidən qurmaq üçün çox iş görülürdü. O
günlərdə N.Nərimanov deyirdi: "Biz var qüvvəmizlə çalışmalıyıq ki, həyatımızda
fəsilələr olmasın, bununla Sovet Rusiyasının vəziyyətini heç olmazsa, bir qədər
yüngülləşdirək. Sovet Rusiyası olmasa, günü sabah biz məhv olarıq, buna görə də
bütün səyimizi ona verməliyik ki, Sovet Rusiyası müntəzəm surətdə neft
alsın..." Dağıntıya və aclığa baxmayaraq, Bakı neftçiləri neft hasilatını
artırır və Sovet Rusiyasına getdikcə daha çox neft göndərirdilər.
Ümumrusiya VIII Sovetlər qurultayı dünyada
ilk dəfə olaraq iqtisadiyyatın inkişafına dair vahid ümumdövlət planını - Rusiyanın
elektrikləşdirilməsinə dair Dövlət planını (QOELRO) təsdiq etdi. V.İ.Lenin bu planı
partiyanın ikinci proqramı adlandırmışdı. Sovet Azərbaycanı nümayəndə heyətinin
üzvü kimi N.Nərimanov qurultayın işində iştirak etdi və Ümumrusiya Mərkəzi
İcraiyyə Komitəsinin üzvü seçildi. 1920-ci il sentyabr-oktyabr aylarında AK(b)P
Mərkəzi Komitə-sinin tapşırığı ilə N.Nərimanov başda olmaqla respublika rəhbər
işçilərinin və Bakı fəhlələrinin bir qrupu Azərbaycan qəzalarını gəzdi. N.Nərimanov
və nümayəndə heyətinin başqa üzvləri öz görüşləri və çıxışları zamanı Sovet
hakimiyyətinin məqsədlərini və vəzifələrini Kommunist Partiyasının və sovet
dövlətinin aqrar siyasətinin mahiyyətini zəhmətkeşlərə izah edir, fəhlələrlə kəndlilər
İttifaqını hər vasitə ilə möhkəmlətməyin yeni həyat qurmaq üçün on-ların səylərini
birləşdirməyin əhəmiyyətini qeyd edirdilər. N.Nərimanov deyirdi: "Gərək Azərbaycan
fəhlələri və kəndliləri öz yaradıcılığına, öz qüvvələrinə inansınlar, gərək
onlar bilsinlər ki, bir-birinin əmək məhsuldarlığına qarşılıqlı surətdə
ehtiyacları vardır".
Azərbaycan partiya təşkilatı maarif, mətbuat,
elm, ədəbiyyat və incəsənətin inkişafı uğrunda qətiyyətlə mübarizə aparırdı. Respublikanın
digər rəhbərləri kimi, N.Nərimanov da köhnə Azərbaycan ziyalılarını Sovet hakimiyyəti
tərəfinə çəkmək üçün çox iş görmüş, yeni Azərbaycan ziyalılarının təşəkkül və tərbiyəsinə
ilk ali məktəblərin, texnikumların, kitabxanaların, muzeylərin və digər mədəni-maarif
ocaqlarının yaradılmasına çox əmək sərf etmişdir.
N.Nərimanov V.İ.Leninin "ġərqdə böyük inqilab"
adlandırdığı yeni əlifbaya keçməyin təşəbbüsçülərindən biri idi. Respublikanın bolşevikləri
partiyanın siyasətini həyata keçirmək sahəsində özlərinin bütün fəaliyyətində partiyanın
qərarlarına Azərbaycan partiya təşkilatının beynəlmiləlçilik ənənələrinə daim
sadiq qalırdılar. Onlar V.İ.Leninin göstərişlərini rəhbər tutaraq
respublikamızın konkret şəraitində sosializm qurulucuğunda ümumi
qanunauyğunluqları və milli cəhəti düzgün nəzərə almağa çalışırdılar. O illərin
mürəkkəb və gərgin şəraitdə, vaxtı çatmış problemlərin düzgün həlli üçün yollar
axtarışı zamanı bəzən Azərbaycan partiya və sovet işçiləri arasında fikir
ayrılığı əmələ gəlir, ayrı-ayrı səhvlərə, o cümlədən N.Nərimanov tərəfindən də
səhvlərə yol verilir və bunlar partiyanın Mərkəzi Komitəsinin köməyi ilə
vaxtında aradan qaldırılırdı. Lakin həmin səhvlər N.Nərimanovun partiya və dövlət
fəaliyyətinin prinsiplərinə əsla təsir göstərməmiş və N.Nərimanov ömrünün
sonunadək mətin mübariz və əsl beynəlmiləlçi olaraq qalmışdı.
N.Nərimanov geniş zəhmətkeş kütlələri ilə
yaxından əlaqə saxlayır, onlara müstəsna bir həssaslıq və diqqətlə yanaşırdı.
O, adamlarla ünsiyyətdən ən böyük zövq alan rəhbərlərdən idi. N.Nərimanov fəhlələr,
kəndlilər, ziyalılar, qadınlar və gənclər qarşısında tez-tez çıxış edir, müntəzəm
olaraq müəssisələrə və idarələrə baş çəkirdi.
Kommunist İnternasionalı İcraiyyə Komitəsinin
qərarı ilə 1920-ci ilin sentyabrında Bakıda ġərq xalqlarının birinci qurultayı çağırılmışdı.
N.Nərimanov qurultayın hazırlanmasında və keçirilməsində fəal iştirak etdi. O, qurultayı
açarkən ġərq xalqlarının azadlıq mübarizəsi üçün həmin qurultayın tarixi əhəmiyyətindən,
kapitala qarşı mübarizədə inqilabçı qüvvələri birləşdirmək zərurətindən
danışdı. V.İ.Lenin bu qurultayı "Bakı qurultayı" adlandırır və ona
böyük əhəmiyyət verirdi. Vladimir İliç qeyd edirdi ki, "Moskvada
kommunistlər qurultayının (Kominternin
ikinci konqresi nəzərdə tutulur - H.Ə.)
və Bakıda ġərq xalqlarının kommunist nümayəndələri qurultayının nə iş gördüyünü
birdən-birə ölçmək olmaz, bunu bilavasitə hesaba almaq mümkün deyildir, lakin
bu başqa hərbi qələbələrdən daha böyük əhəmiyyəti olan bir nailiyyətdir, zira
bu bizə göstərir ki, bolşeviklərin təcrübəsi, onların fəaliyyəti, onların
proqramı, onların kapitalistlərə və imperialistlərə qarşı inqilabi mübarizəyə
qarşı çağırışı bütün dünyada rəğbət qazanmışdır və iyulda Moskvada, sentyabrda
isə Bakıda görülən işi dünyanın bütün ölkələrində fəhlələr və kəndlilər hələ
uzun aylar boyu mənimsəyəcək və dərk edəcəklər".
...Azərbaycan qadınlarının 1921-ci il fevral
ayında toplaşan birinci qurultayı göstərdi ki, azərbaycanlı qadınları yeni həyat
quruculuğuna fəal surətdə cəlb etmək sahəsində partiya təşkilatının gördüyü işlər
səmərəli nəticələr verir. N.Nərimanov qurultayda ġərq kommunistlərinin vəzifələri
haqqında məruzə etdi. O, nümayəndələrə müraciətlə dedi: "Sizin gözünüz
qarşısında İndi keçirilən yığıncaq, yəni bu qurultay misilsiz yığıncaqdır,
eşidilməmiş zülm altında olmuş və İndi azadlığa çıxmış Azərbaycan qadınları bu
gün burada ilk dəfə izdihamlı qurultaya toplaşmışlar, öz fikirlərini söyləyəcəklər,
ərlərinin görmüş və görməkdə olduqları işlərə qoşulacaqlar".
Azərbaycan partiya təşkilatı özünün bütün fəaliyyətində
daim Leninin göstərişlərini rəhbər tuturdu. Kommunistlər və bütün zəhmətkeşlər
Azərbaycan, Gürcüstan, Ermənistan, Dağıstan və dağlılar respublikasındakı kommunist
yoldaşlara V.İ.Leninin 1921-ci il 14 aprel tarixli məktubunda irəli sürülmüş vəzifələri
özlərinin doğma işi kimi qarşıladılar. ...N.Nərimariov bununla əlaqədar olaraq
AK(b)P MK plenumunda söylədiyi nitqində qeyd etdi ki, Azərbaycanda Lenin
yoldaşın məktubunda müəyyən edilmiş xətti yeritmək lazımdır.
Kommunist Partiyasının rəhbərliyi altında
Zaqafqaziya sovet respublikalarının zəhmətkeşləri sosializm qurmağa başladılar.
Dünya müharibəsi müdaxiləçilərin və daxili əksinqilabın ağalığı nəticəsində
Zaqafqaziya iqtisadiyyatına vurulmuş yaraları sağaltmaq, xalq təsərrüfatını bərpa
edib yeni ictimai təməl üzərində inkişaf etdirmək lazım idi. ...1922-ci ilin fevralında
Zaqafqaziya kommunist təşkilatlarının birinci qurultayında N.Nərimanov RK(b)P
Zaqafqaziya Ölkə Komitəsinin tərkibinə, iyun ayında isə Zaqafqaziya Ölkə
Partiya Komitəsi Rəyasət Heyətinə üzvlüyünə seçildi. Zaqafqaziya Ölkə Partiya
Komitəsi Rəyasət Heyəti partiya, sovet və təsərrüfat quruculuğunun bütün sahələrində
partiyanın Mərkəzi Komitəsinin Zaqafqaziya kommunistləri qarşısında qoyduğu vəzifələri
həyata keçirmək üçün çox iş görürdü. S.M.Kirov, Q.K.Orconikidze və başqaları ilə
birlikdə N.Nərimanov ZSFSR-in yaradılmasına rəhbərlik edirdi. N.Nərimanov
1922-ci il martın 12-də seçilmiş Zaqafqaziya Federasiyası İttifaq hökumətinin tərkibinə
daxil idi. İttifaq Sovetinin sədrlərindən biri idi. 1922- ci ildə N.Nərimanov
Genuya konfransında sovet nümayəndə heyətinin üzvü kimi iştirak etdi. Konfransda
nümayəndə heyətimiz sosialist ölkəsinin mənafeyini burjua diplomatiyasının təcavüzkar
hücumlarından qətiyyətlə qoruyur, sülh uğrunda mübarizə üçün konfransın tribunasından
istifadə edirdi. Genuyadan qayıtdıqdan sonra N.Nərimanov konfransın yekunları haqqında,
Sovet hökumətinin Leninin xarici siyasəti haqqında nitqlər söyləmiş və məqalələr
yazmışdı. Bakı Sovetinin iclasında onun məruzəsi əsasında qəbul edilmiş qətnamədə
Bakı proletariatı və bütün zəhmətkeş kütlələri adından qeyd edilmişdi ki,
"... sovet nümayəndə heyəti Genuya konfransında fəhlə-kəndli kütlələrinin
mənafeyini və böyük inqilabın bütün nailiyyətlərini şərəflə qorumuşdur. Rusiya
Federasiyasının bütün nümayəndə heyəti ilə birlikdə N.Nərimanov yoldaş Bakı
Sovetinin ona verdiyi tapşırığı çox gözəl yerinə yetirmişdir..."
1922-ci ilin dekabrında Bakının İndi
toplaşdığımız bu salonunda birinci Zaqafqaziya Sovetlər qurultayı oldu.
Qurultay Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasmın yaradılması və
onun SSR İttifaqma daxil olması haqqında qərar qəbul etdi. N.Nərimanov
qurultayı açarkən həmin günü tarixi gün adlandırmış və demişdi ki, "bu gün
biz məhəbbətə, azadlığa, qardaşlığa və əməyin təntənəsinə yol açacağıq, ən
asan, ən düzgün yol açacağıq".
1922-ci il dekabrın 30-da Moskvada Sovet
Sosialist Respublikaları İttifaqının I Sovetlər qurultayı toplaşdı. Qurultay
SSRİ-nin təşkili haqqında bəyannamə və İttifaq müqaviləsi qəbul etdi,. ali
qanunvericilik orqanını – SSRİ Mərkəzi İcraiyyə Komitəsini seçdi. M.İ.Kalinin,
Q.İ.Petrovski, N.Nərimanov və A.T.ÇervyakovSSRİ MİK sədrləri seçildilər. SSR
İttifaqı Mərkəzi İcraiyyə Komitəsinin sədri kimi mühüm bir vəzifədə N.Nərimanov
var qüvvəsini, biliyini, zəngin təcrübəsini çoxmillətli Sovet dövlətini və böyük
Vətənimizin xalqları arasında dostluğu möhkəmlətməyə sərf edirdi. N.Nərimanov o
dövrdə xalq təsərrüfatının bərpa və inkişafına rəhbərlik sahəsində dövlət
orqanlarının və idarələrinin fəaliyyətinin bir çox cəhətlərini müəyyən edən ən
mühüm dekretlərin, qərarların, müraciətnamələrin işlənib hazırlanmasında
iştirak edir və yorulmadan çalışırdı ki, partiyanın və hökumətin dekretləri həyata
keçirilsin.
N.Nərimanov RK(b)P MK-nın bir sıra xarici
siyasət tədbirlərinin həyata keçirilməsi sahəsində fəal iştirak edirdi. O, gənc
Sovet dövlətinin xarici ölkələrlə demokratik və iqtisadi əlaqələrini möhkəmləndirmiş
olan bir sıra ticarət sazişlərinin və digər sazişlərin bağlanmasında bilavasitə
iştirak etmişdir. N.Nərimanov 1923-cü ilin iyul ayında SSRİ MİK ikinci
sessiyasının keçirilməsində fəal rol oynamışdı. Həmin sessiya ilk İttifaq hökumətini
- V.İ.Lenin başda olmaqla Sovet Sosialist Respublikaları İttifaqı Xalq
Komissarları Sovetini yaratmışdı. N.Nərimanov sessiyanı bağlayarkən demişdi:
"İnqilabi həyatımızın ilk üç ilini biz başlıca olaraq xarici və daxili
düşmənlərlə mübarizəyə sərf etdik. O zaman hələ rəsmi İttifaq yox idi, lakin hər
bir respublika ayrılıqda hiss edirdi ki, yalnız digər respublikalarla birləşdikdən
sonra düşmənə üstün gələ bilər. Doğrudan da, bu birlik gözəl nəticələr verdi.
Bizim yeni birliyimiz - İttifaq birliyimiz də, ġübhəsiz, bu cür parlaq nəticələr
verəcəkdir. Maddi sərvətlərin səmərəli şəkildə bir-birinə yaxınlaşdırılması,
canlı qüvvələrin səmərəli bölgüsü, vaxtın az sərf edilməsi və işin daha çox səmərə
verməsi - bunlar gələcək qüdrətin rəhni olan həmin birliyin əsasını təşkil
edir".
...N.Nərimanov "Pravda",
"İzvestiya" qəzetlərində və digər qəzetlərlə fəal əməkdaşlıq edir, sovet milli və
dövlət quruculuğu məsələləri haqqında, ġərq problemləri haqqında orada tez-tez
məqalələr dərc etdirirdi. Moskvada işlədiyi dövrdə o, SSRİ MİK-in yanında ġərqşünaslıq
İnstitutunda, ġərq zəhmətkeşlərinin kommunizm universitetində mühazirələr
oxuyur, universitet üçün dərs planı və dərs proqramları hazırlamaq işində
iştirak edirdi. N.Nərimanovun "Lenin və ġərq", "Bir il
Leninsiz", "Lenin və müsəlman ġərqi", "Elmi kommunizmi başa
düşmək yolları", "Milli məsələ" və digər diqqətəlayiq əsərləri
marksizm-leninizm təliminə həsr edilmişdir. Təqribən yarım əsr bundan əvvəl N.Nərimanov
yazmışdı: "... Vladimir İliç Lenini səciyyələndirən iş mürəkkəb və çoxcəhətlidir.
Bir nitqdə, bir məqalədə hər şeyi əhatə etmək mümkün deyildir, bunun üçün
cildcild kitablar yazmaq lazımdır, bütöv bir məktəb lazımdır ki, xüsusi
metodlarla əsrimizin bu böyük insanın fikrini bütün dərinliyi ilə müntəzəm surətdə
öyrənsin". N.Nərimanov 1924-cü il yanvarın 26-da SSRİ ikinci Sovetlər qurultayının
matəm iclasında çıxış edərkən demişdi: "Lenin yoldaşın böyüklüyü, qüdrəti
ondadır ki, o, dünyanın bütün məzlumlarını öz ətrafına toplamışdır. Leninin
qüdrətli sözləri, onun göstərişləri ġərqin məzlumlarının qəlbində xüsusilə dərin
kök salmışdır. Şərqin məzlumları Lenin yoldaşın göstərişlərindən əvvəl belə
güman edirdilər ki, onlar üçün heç bir çarə yoxdur, onların taleyi onları
Avropa kapitalının zülmünə məhkum etmişdir. Lakin Lenin yoldaş öz qüdrətli sözünü
dedi və nümunə ilə göstərdi ki, məzlumlar burjuaziyanın qəyyumluğundan xilas
ola bilərlər və ġərqin məzlumları başa düşdülər ki, özlərinin azad olunmaqları
haqqında düşünmək vaxtı çatmışdır... ġərqin bütün məzlumları öz arzu və məqsədlərinə
nail olmaq üçün daha artıq birləşəcəklər".
1925-ci il martın 19-da N.Nərimanov qəflətən
vəfat etdi. Onu Qızıl Meydanda, qədim Kreml divarı yanında dəfn etdilər.
M.İ.Kalinin matəm nitqində çıxış edərkən dedi: "Nəriman Nərimanov
Kommunist Partiyasının üzvü idi, elə bir partiyanın ki, o, bütün qüvvələrdən,
bütün yaxşı səylərdən bəşəriyyətin səadəti naminə istifadə etməyə imkan
verir... N.Nərimanov yoldaşın şəxsində biz öz doğma partiyamızın sıralarındakı
bir yoldaşımızı və dostumuzu dəfn edirik. Onun şəxsində Qızıl Meydan ġərq
xalqlarından birinci qurbanı öz ağuşuna alır... Nəriman Nərimanov yoldaş sədaqətli
kommunist kimi öz borcunu sonadək yerinə yetirdi; o, son nəfəsinədək öz qüvvəsini
əsirgəmədən işlədi". Bu sözlərlə Azərbaycan xalqının şanlı oğlu, böyük, məzmunlu
və dərin mənalı həyat yolu keçmiş Nəriman Nərimanovun xidmətlərinə yüksək qiymət
verilmişdir.
"Ədəbiyyat və incəsənət" qəzeti, 1 iyul 1972-ci il

0 Комментарии