Ölkədə baş verənlər və pandemiyanın yaratdığı gərginlik,
habelə, karantin rejimi dövründə kimin özünü necə aparması yeni “qurban”lar
yetişdirir.
Koronavirus pandemiyasının bir siyasi sınaq
olduğunu nəzərə alsaq, bir neçə iri fiqurun, vəzifəli şəxsin yaxın gələcəkdə
başının gedəcəyi istisna deyil.
Reportyor.info-ya sızan xəbərə görə, hazırda
çamadan ovqatında olan və vəziyyəti tükdən asılı qalan məmurlardan biri də
Ağcabədi rayon icra başçısı Rafil Hüseynovdur.
Onun Masallıda İH başçısı olarkən korrupsiya əməlləri,
bələdiyyələrin üzə çıxan mənimsəmələri barəsində təftiş aparılmasına səbəb
olub.
Eyni zamanda Ağcabədiyə gəldiyi vaxtdan etimadı
doğrultmaması, əhalini razı salan, alqışına səbəb olan bir addım atmaması
R.Hüseynovun postundan gedişini şərtləndirib.
Əldə etdiyimiz xəbərlərə görə, bunun üzərinə
Yasamal hadisəsində adının keçməsi və oğlu Şəhriyar Hüseynovla bağlı tirajlanan
informasiyalar icra başçısının vəzifəsindən azad olunması riskini artırıb.
İddialar səslənir ki, dövlət rəhbərliyi Ağcabədi
İH başçısına qəzəblidir və müxtəlif hadisələrdə adının çəkilməsi Rafil Hüseynovun vəziyyətini
qəlizləşdirib.
Xüsusən “Yasamal işi”ndə icra başçısının adının
keçməsi onun üçün ən “zəif bənd” kimi qiymətləndirilir. Rafil Hüseynovun
reputasiyası ciddi şəkildə zədələnib və onun vəzifəsində uzun müddət qalacağı
gözlənmir.
Həmçinin, icra başçısının Masallıda işlədiyi
dövrdə ayağında külli miqdarda yeyinti qaldığı iddia edilir. Hətta xəbərlər gəzir
ki, Masallıda bələdiyyə sədrlərindən biri saxlanıb və araşdırmalar zamanı böyük
korrupsiya şəbəkəsi üzə çıxıb.
Gələn informasiyada deyilir ki, bu proseslərin
başında R.Hüseynovun dayandığı aydınlaşıb. Ardınca, prezidentə onun yaxşı kadr
kimi təqdimatının verilməsi və Ağcabədiyə təyinat alması özünü doğrultmadı.
Göründü ki, ölkə başçısına öz maraqlarını güdən kuratorlar yanlış təqdimatlar
veriblər.
Bunun nəticəsidir ki, Rafil Hüseynov Ağcabədidə
camaatın ürəyincə olan bir addım atmayıb, sakinlərin dərdinə şərik çıxmayıb,
hansısa sosial problemin həllinə kömək etməyib.
Qeyd edək ki, bir müddət əvvəl Rafil Hüseynovun və
oğlunun Novxanıdakı villalarının fotoları yayımlanmışdı. İddia edilirdi ki,
Masallının icra başçısı bu tikiliyə 5 milyon manat xərc çəkib.
Bundan başqa, Masallı sakini Nəzərova Zəminə
Ağabala qızı ölkə başçısına yazmışdı ki,
sahibkarlıq fəaliyyətlərini inkişaf etdirmək istəyibr. Ancaq Rafil
Hüseynov onlara əngəl yaradıb.
Baş memarı Abbas Mikayılov onunla görüşərək 10
000 manat pul tələb edib. Bu pulun isə Rafil Hüseynova çatacağını bildirib. Z.Nəzərova
bu məbləği verməkdən imtina etdiyi üçün icra başçısının göstərişi ilə təzyiqə məruz
qaldığını iddia edib.
O bildirirdi ki, bundan sonra icra başçısı
obyekti tikməyə icazə verməyib və əraziyə polis dəstəsi göndərib.
Nəzərova icra başçısı tərəfindən verilən göstəriş
əsasında döyüldüyünü söyləmişdi. Rayonun Xalıcallı kəndində sahibkarlıq fəaliyyəti
ilə məşğul olan Quliyev Vidadi Mahmud oğlu da narazılıq edirdi. Rafi Hüseynov
başda olmaqla, qurumda çalışan ayrı-ayrı vəzifə sahibləri yerli sahibkara qarşı
qənim kəsilmiş, onu gözümçıxdıya salmışdılar.
Bir qədər əvvəl Hesablama Palatasının rayonda
apardığı yoxlamalar nəticəsində 50 milyon manatın təyinatına uyğun olaraq xərclənmədiyi
məlum olub. Daha doğrusu 15 milyon manat hansısa yollarla silinsə də, 35 milyon
manat pulun hara xərcləndiyi məlum olmayıb.
Mətbuatda dərc olunan məlumatlarda bildirilir
ki, son zamanlar Rafil Hüseynov yeni bizneslə də məşğul olmağa başlayıb.
Belə ki, Masallı rayon Viləş çayının Digah kəndindən
qum daşıma biznesi yaradılıb və buradan əldə olunan gəlir bir başa icra
başçısına çatdırılır.
Beləliklə gördüyünüz kimi adi bir rayonun icra
başçısının nələrə qadir olduğu aydınlaşır. reportyor.info; teref.az

0 Комментарии