Recents in Beach

35 il əvvəl keçirilən referendum


35 il əvvəl, 17 mart 1991-ci ildə SSRİ-də ümumittifaq referendumu keçirildi. Referendumun mahiyyəti SSRİ-nin dağılmasının qarşısını almaq məqsədi daşıyırdı.

Ümumxalq səsverməsinin əsas sualı belə idi: “Siz Sovet Sosialist Respublikaları İttifaqının bərabərhüquqlu suveren respublikaların yenilənmiş federasiyası kimi saxlanmasının tərəfdarısınızmı?”
Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında Azərbaycan Respublikası Ali Soveti 7 mart 1991-ci il tarixli qərar qəbul etdi.
Rəsmi nəticələrə görə Azərbaycan SSR-də keçirilən referendumda 5 milyon seçici iştirak etmişdi. Seçicilərin 93, 3 faizi SSRİ-nin saxlanılmasına "Bəli" cavabı vermişdi.
Bir sözlə, həmin referendumun nəticələrinə inansaq, Azərbaycan əhalisinin böyük əksəriyyəti SSRİ-nin saxlanmasını dəstəkləmişdir.

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии