Tədbiri Azərbaycan KP Lənkəran Rayon
Komitəsinin birinci katibi Əlirza Cəfərov açaraq, rayon təşkilatında aparılan
təşkilati və siyasi işlər barədə geniş məlumat vermişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Telman
Nurullayev zəhmətkeşlərlə söhbətində bildirmişdir ki, kommunist partiyası
yarandığı gündən cəmiyyətin mübariz, sınanmış avanqardı olub. Bu gün, sosializm
uğrunda mübarizənin həlledici mərhələsində hər bir zəhmətkeş partiyanın
strategiya və taktikasını mükəmməl bilsə, çox faydalı olar. Mövcud çətinliklərə
baxmayaraq Azərbaycan Kommunist Partiyası sosial-iqtisadi problemlərin
məngənəsində sıxılan kütlənin başlıca mənafeyinin ifadəçisinə, onun qabaqcıl
siyasi dəstəsinə çevrilməyə çalışır.
Bizim partiya kapitalizmin təzyiqinə tuş gələn insanların mənafeyini həqiqi
ifadə etmək iddiasında olan klassik siyasi təşkilatdır – Telman Nurullayev dedi
– Digər siyasi təşkilatlardan fərqli olaraq sınaqdan çıxmış aydın mübarizə proqramımız var. Çox
təəssüf edirəm ki, Azərbaycan Kommunist Partiyasının adına süni şərik çıxan
qruplar var ki, bunlar liberal islahatçıların təsiri altındadır, burjuaziya ilə
sazişçilik yolu tutmuş, vəzifələrini kapitalizm qurluşu çərçivəsində xırda
islahatlar əldə etməkdə görürlər. Bu üzdəniraq qruplar hətta bir az irəli
gedərək “qurultay” keçirirlər və dediklərimi orada açıq-aydın bəyan edirlər.
Telman Nurullayev vurğulamışdır ki, biz öz fəaliyyətimizdə zəhmətkeşlərin
azadlığı uğrunda mübarizəyə dair marksizm-leninizmin elmi proqramını rəhbər
tuturuq.
Görüş səmərəli və faydalı fikir mübadiləsi şəraitində keçmişdir.
Ədalət Abdinov
0 Комментарии