Recents in Beach

Amal yüksək olduqca insan da yüksəlir

Azərbaycan Kommunist Partiyası Nəzarət – Təftiş Komissiyasının sədri, nüfuzlu ziyalı, prinsipial vətəndaş Şıxbaba Rzayevin ad günündə bu mətin kommunist haqqında fərəhli çox sözlər söyləmək olar. Mənəvi zənginliyə malik olan bu nurlu ziyalı ən dəyərli sözlərə, halal tərifə layiq ömür yaşayır.

Hər şeydən öncə kommunist Şıxbaba Rzayev bu dolaşıq zəmanədə təzyiqə məruz qalan marksizm-leninizm ideologiyasına sədaqəti ilə fərqlənir. Yüksək ideyalılıq və sosializmə inam onun mübarizə amalıdır. Sosialist həyat tərzinə zidd olan adətlərlə barışmır.

Burjuaziya hər vəclə insanları sosializm quruculuğunun vacib vəzifələrindən uzaqlaşdırmağa çalışır. Şıxbaba Rzayev kimi kommunistlərin ideoloji fəaliyyəti isə adamlara yaxınlığı, doğruçuluğu, tutarlı dəlillərə əsaslanması, konkretliyi ilə seçilir. Kommunist ideya-nəzəri məzmununun dərinliyi burjuaziya qarşısında maneədir.

Şıxbaba Rzayev burjua cəmiyyətinin həyatında baş verən hadisələri öyrənmək və ümumiləşdirmək, kommunist, fəhlə, milli azadlıq və demokratik hərəkatın təcrübəsini düzgün nəzərə almaq bacarığına malikdir. Onun kommunist mövqeyinin məzmunu ondan ibarətdir ki, insanlar marksizm-leninizm təliminə dərindən yiyələnsinlər, siyasi mədəniyyəti yüksəltsinlər, Azərbaycan Kommunist Partiyasının siyasətinin işlənib hazırlanmasında şüurlu iştirak etsinlər və onu fəal surətdə həyata keçirsinlər.

Haqlı olaraq Şıxbaba Rzayev deyir ki, sosialist mübarizə məqsədlərinə, sosializm ideallarına sədaqətə əsaslanan ən insani, ədalətli, nəcib əxlaqın – kommunist əxlaqının yaradıcılıq potensialı sosializmə doğru tədricən irəliləmək şəraitində getdikcə daha dolğun şəkildə aşkara çıxır. Şıxbaba  müəllimin fikirlərindən biri də odur ki, kommunist əxlaqı həm ümumbəşəri əxlaqi sərvətləri, həm də istismara qarşı azadlıq və sosial bərabərlik, səadət və sülh uğrunda çoxəstlik mübarizədə xalq kütlələri tərəfindən yaradılmış normaları – insanların davranışı və qarşılıqlı münasibətləri normalarını özündə birləşdirmişdir.

Şıxbaba müəllimin istəyi odur ki, kollektivçilik əxlaqı, yəni bir nəfər hamı üçün, hamı bir nəfər üçün prinsipi bərqərar olsun. Çünki kollektivçilik əxlaqı bugünkü cəmiyyətin bəlasına çevrilən xudpəsəndliklə, təkəbbürlə və mənfəətpəsətliklə bir yerə sığmır, ümumxalq mənafeyini, kollektiv və şəxsi mənafeyi ahəngdar şəkildə birləşdirir.

Şıxbaba müəllimin arzularından biri də odur ki, adamlar arasında əsl insani münasibətlər  - yoldaşcasına əməkdaşlıq və qarşılıqlı yardım, xeyirxahlıq, vicdanlılıq, şəxsi və ictimai həyatda sadəlik və təvazökarlıq bərqərar olsun. Bu isə ancaq sosializmdə mümkündür.

Ləyaqətli dost, gözəl insan Şıxbaba Rzayevin təvəllüd bayramı mübarək, ömrü fərəhlə dolu olsun! Həyatın ən əbədi anları, ən təmiz, ən pak, ən şirin duyğuları, ən xoş anları, dünyanın ən ali məqamları, ən uca zirvələri, ən yüksək mərtəbələri Şıxbaba müəllimin olsun. Əqidə yoldaşımızın arzuları çin, xəyalları gerçək, ümidləri göyərən olsun!

Ədalət Abdinov




 





Отправить комментарий

0 Комментарии