Recents in Beach

Lənkəran kommunistlərin liderinin ad günüdür

Bu gün Azərbaycan Kommunist Partiyası Lənkəran Rayon Komitəsinin birinci katibi Əlirza Cəfərovun təvəllüdüdür.

Lənkəran kommunistlərin liderinə doğum günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı bildirirməklə yüksək ehtiramımı çatdırıram. Ona Azərbaycan кommunist hərəkatının bu çətin, ziddiyyətli və dolaşıq günlərində partiya – təşkilat  quruculuğu işində tükənməyən  güc, qüvvə ilə uğurlar arzulayıram.

Yoldaş Əlirza Cəfərovun rəhbərliyi ilə Lənkəranın ictimai-siyasi mühitində cəmiyyətin etimadına əsaslanan və zəhmətkeşlərin maraqlarına uyğun surətdə fəaliyyət göstərən sol hərəkatı fərqlənir,  nüfuz və təsir dairəsini durmadan möhkəmləndirir.

Bu xoş fürsətdən istifadə edərək, yoldaş Əlirza Cəfərova səmimi qəlbdən möhkəm cansağlığı, şəxsi xoşbəxtlik və firavanlıq, Müstəqil Sosialist Azərbaycan Respublikası və onun  xalqının rifahı naminə kommunist olaraq, bütün təşəbbüslərində və səylərində yeni uğurlar, müvəffəqiyyətlər  diləyirəm.

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии