Recents in Beach

Türkiyədə kommunistlər kütləvi mitinq keçirtdi


Sentyabrın 12 - bazar günü  Türkiyə Kommunist Partiyası İstanbulun Kartal Meydanında “Gecikməyin, vaxt itirməyin, az şeylə kifayətlənməyin! İndi sosializmin vaxtıdır!" şüarı ilə kütləvi mitinq keçirmişdir.

Mitinq iştirakçıları imperializmin, istismarın, bərabərsizliyin, millətçiliyin əlehinə, müstəqil sovet sosialist fəhlə respublikası naminə çıxışlar etdilər.

Türkiyə Kommunist Partiyasının Baş katibi Kəmal Okuyan mitinq iştirakçılarına müraciət edərək dedi: “Biz sizin gücünüzə və enerjinizə  arxalanaraq, birlikdə Türkiyədə üçüncü cəbhə yaradacağıq. Türkiyədə vətənpərvərlərin, zəhmətkeşlərin, beynəlmiləlçilərin səsi ucadan gəlməlidir. Biz bilirik ki, tək deyilik, yolu tək getməyəcəyik. Əgər siz hələ Türkiyə Kommunist Partiyasının sıralarında deyilsinizsə gəlin, mübarizəmizin əsas qüvvəsi olun. Türkiyənin gələcəyi bizik!”

Mitinqdə Türkiyənin ilk mer – kommunisti, Dərsim şəhərinin meri Fateh Mehmet Maçoğlu, fəhlələr, partiya rəhbərləri, mədəniyyət xadimləri və musiqiçilər çıxış etdilər.

Ədalət Abdinov








 

Отправить комментарий

1 Комментарии