Recents in Beach

Ukraynanın denasifikasiyası və kommunist mövqeyi

                                                                   Ədalət Abdinov, 
             Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi           

30 il əvvəl, SSRİ-nin dağılması, ölkənin döyüşsüz təslim olması yeni dəhşətli nəticələr verməkdə davam edir. Keçmiş SSRİ ərazisindədə — Tacikistanda, Dnestryanı bölgədə, Dağlıq Qarabağda, Abxaziyada və Cənubi Osetiyada baş verən bütün digər silahlı münaqişələr kimi Ukraynadakı hazırkı münaqişə də kapitalist əksinqilabının və Sovet İttifaqının dağılmasının birbaşa nəticəsidir. Sosializm şəraitində biz onilliklər ərzində sülh və dostluq şəraitində yaşamışıq. Ukraynda “müstəqillik” pərdəsi altında  2014-cü ilin fevralında ABŞ və Avropa İttifaqınin dəstəyi ilə baş vermiş sağçı dövlət çevrilişi bu ölkənin iqtisadi, siyasi və sosial deqradasiyanın məntiqi və kədərli nəticəsini ortaya qoyub.

Hazırkı Ukrayna rejimi nasist dəstələrinə arxalanaraq Donbassda və ölkə daxilində öz xalqına qarşı müharibəyə başlayıb, kommunistləri, solçuları və əmək fəallarını təqib edir, həmvətənlərinin və gələcək nəsillərin şüurunu mağara təvəkkürlü  nifrət ideyaları ilə zəhərləyir. NATO və Avropa İttifaqı imperialistləri tərəfindən kənardan dəstəklənən milli üstünlük heç bir şəkildə demokratiya deyil və zəhmətkeşlərin mənafeyinə uyğun gəlmir. Ukraynanın denazifikasiyası (keçmiş faşist ölkələrində faşizm və nasizm qalıqlarının ləğv edilməsi) şübhəsiz ki, zərurətdir. Donetsk, Luqansk və Odessada öz vətəndaşları olan kommunistləri və antifaşistləri öldürən nasist cinayətkarları Ukrayna xalqı qarşısında cavab verməlidirlər.

Eyni zamanda, müasir burjua Rusiya hökumətinin mürtəce mahiyyətini aydın şəkildə dərk etmək və bu barədə heç bir illüziyaya qapılmamaq lazımdır. Müasir Rusiya dünya xalqlarına azadlıq, bərabərlik və tərəqqi gətirən SSRİ deyil. Putin oliqarx kapitalının himayədarıdır və açıq-aşkar antikommunistdir, antixalq siyasəti yürüdür və heç bir halda əsl xalq, işçi, antifaşist və kommunist hərəkatının yaranmasında və güclənməsində maraqlı deyil. Buna baxmayaraq, amerikapərəst Ukrayna rejiminin məhv edilməsi, əgər Rusiya hakimiyyətinin hərəkətləri həqiqətən də buna gətirib çıxararsa, Donbass və Ukrayna xalqlarının Bandera nasizminə, o cümlədən kommunist və antifaşist qüvvələrə qarşı mübarizəsində obyektiv kömək edə bilər. Ukraynada antikommunist qanunvericiliyin tamamilə ləğvi və Kommunist Partiyasının leqallaşdırılması məsələsi kommunistlər üçün əsas məsələdir. Bu tələb yerinə yetirilmədən Ukraynanın heç bir həqiqi denazifikasiyası mümkün deyil.

Rusiya rəhbərliyinin öz fəaliyyətlərinin ideoloji əsası kimi istifadə etdiyi Leninə, bolşeviklərə və SSRİ-yə qarşı antikommunist ritorikası qətiyyən yolverilməzdir, fəlsəfi baxımdan acınacaqlıdır və denazifikasiya aləti kimi tamamilə qeyri adekvatdır. Ukrayna nasizmi Dontsov və Bandera və Soljenitsın kimi eyni primitiv rus millətçiliyi və şovinizmi ilə əvəz edilməməlidir. “Lenin hədiyyələri” və “əsl dekommunizasiya” haqqında psevdotarixi uydurmalar, eləcə də yerli “təbliğatçıların” və “geopolitiklərin” Ukraynanın parçalanması, təsir zonalarının bölüşdürülməsi və s. variantları ilə bağlı fantaziyaları sadə insanları “böyük dövlətlər” arasında imperialistlərarası qarşıdurmada alverçi və lal tamaşaçı roluna çevirməməlidir. Yalnız Ukrayna xalqının öz gələcəyini müəyyən etmək və öz azad, çoxmillətli, dinc ölkəsini qurmaq hüququ var.

Kommunistlər istər Rusiyada, istərsə də Ukraynada və Donbassda müstəqil beynəlmiləlçi və antifaşist qüvvə kimi çıxış etməli, sinfi mübarizəni gücləndirmək və kapitalizmi devirmək üçün mübarizə aparan zəhmətkeş xalqın dəstəyini almalıdırlar. Quldur burjua qüvvələrinə müqavimət göstərməyi bacarmalıdırlar. Mütərəqqi dəyişikliklərə ancaq zəhmətkeş xalqın birliyi və mübarizəsi ilə nail olmaq olar, nəinki yuxarıdan gələn “hədiyyələrə” ümid bəsləməklə. Yalnız sosializm nəhayət, faşizmin residivlərinə son qoyacaq, xalqlar arasında dostluğu və sülhü bərpa edəcək.

Yaşasın antifaşist Ukrayna!

Отправить комментарий

1 Комментарии

  1. FORUM - площадь место широкое: ☝️
    что же ты Зеленский до войны не хотел диалога с Путином? Ты думал что будешь издеваться над своим народом держа их в подвалах 8 лет обстреливал и убивал и детей и стариков и женщин.14 тысяч людей погибли и всё из-за того,что ты решил что на тебя нет управы.Так это у тебя руки в крови.Правильный президент не будет создавать нацизм в своей стране,не позволил бы сзывать с Россией бойцов НАТО. Это ты хочешь разделить наши славянские народы на 2 части,-на русских и на украинцев, хотя мы считаемся одним народом.А тебе как еврею на это наплевать Твой Хазарский каганат натравливает наши народы друг на друга чтобы как можно больше завладеть Украиной и высасывать из неё всё что только можно,а кто протвится этому того ты убиваешь! https://www.youtube.com/watch?v=KEHytARz8Rw https://www.youtube.com/watch?v=-yV8IK8CCV4 https://www.youtube.com/watch?v=5rwNodpNDi8

    ОтветитьУдалить