Ədalət Abdinov, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
Kapitalizm dünyanı xaosa sürükləyir, Böyük Oktyabr inqilabının ideyaları olmadan bu çıxılmaz vəziyyətdən xilas yolu yoxdur. Bəşəriyyət böyük kommunist liderlərdən biri Roza Lüksemburq tərəfindən formalaşdırılan alternativlə üz-üzədir: sosializm və ya barbarlıq. Ona görə də inqilab ideyaları bu gün xüsusilə aktualdır. Qonşumuz Rusiya fevralın 24-də real dünya inqilabına - beynəlxalq münasibətlərdə inqilaba start verdi, bunun nəticəsi daha ədalətli dünya nizamı olmalıdır.Bu gün dünyada kapitalizmin fəsadları fəlakətli halda dərinləşməkdədir.
BMT-nin məlumatına görə, hazırda Afrika, Asiya, Latın Amerikasında bir milyarda
yaxın insan aclıq çəkir və bu il onlardan milyonlarla insan aclıqdan öləcək.
Lakin bəşəriyyət bir neçə onilliklər ərzində bütün acları qidalandırmaq üçün
kifayət qədər qida istehsal edir. Bu faciənin səbəbi yalnız qlobal kapitalist
sistemi daxilində resursların son dərəcə ədalətsiz bölgüsüdür.
Hazırki kapitalizmin ağır xəstəliyinin başqa bir əlaməti
faşizmin yayılmasıdır. Avropanın mərkəzində, həmçinin Ukraynada açıq şəkildə nasist rejimi qurulub və bu rejim
indi böyük miqdarda Qərb silahları ilə təmin olunub. Narahatlıq döğuran odur
ki, kapitalizmin dəhşətli
övladı olan faşizm bir çox başqa ölkələrdə də başını qaldırır. XX əsrdə planeti
qəhvəyi vəbadan xilas edən sovet əsgərlərinin abidələri sökülür. Baltikyanı
rejimlər çoxdan antisovetizmi
ideologiyasının özəyinə çevirən vəziyyətdən istifadə etməkdən xüsusilə məmnundurlar.
Və bu yaxınlarda dünyanın hər yerindən toplaşan minlərlə faşist Mussolininin
Romaya qarşı yürüşünün yüzilliyini İtaliyada açıq şəkildə qeyd etdi.
Qərb kapitalizmi artıq bəşəriyyəti nüvə fəlakətinin
uçurumuna atmağa hazırdır. Qərb siyasətçiləri və mediası bir neçə aydır nüvə
müharibəsinin müxtəlif ssenarilərini müzakirə edir, sanki bu, adi və kifayət qədər
məqbul bir şeydir.
Beynəlxalq kommunist və fəhlə hərəkatı bu gün ədalətli dünya nizamı uğrunda mübarizə
aparır. Və bu mübarizə ilk növbədə bütün sol qüvvələr tərəfindən dəstəklənir. Məlumdur
ki, 2017-ci ildə Moskvada Gənclər və Tələbələrin
Ümumdünya Festivalı keçirildi. Burada
150-dən çox ölkədən solçu gənclər təşkilatlarının nümayəndələri iştirak edirdi.
Kommunistlər onlarla əlaqə saxlamaqda davam edir və görürlər ki, bu gün solun əksəriyyəti
Qərb imperializminə qarşı mübarizədə
sosializm ideyalarını dəstəkləyir.
Solçular
faşizmə qarşı qətiyyətli mübarizə aparırlar. 2014-cü ildən Ukrayna faşizminə
qarşı mübarizə aparan kolumbiyalı beynəlmiləlçi Aleksis Kastillo Donbasda neofaşistlər
tərəfindən qətlə yetirilib. Onun vətəndə dəfn mərasimində Kolumbiyanın yeni seçilmiş
solçu prezidenti Qustavo Petro iştirak edib. Bu mərasimdə Kolumbiya dövlət
başçısı Qərb imperializmini ifşa edən nitq söyləyib.
Bildiyiniz kimi Belarus Rusiya Federasiyası ilə
birlikdə İttifaq Dövlətini təşkil edir. Belarus Prezidenti Aleksandr
Qriqoryeviç Lukaşenkonun noyabrın 7-də Böyük
Oktyabr İnqilabının ildönümü münasibətilə parlaq təbrikini xüsusilə qeyd etmək
istəyirəm. Bu təbrikdə deyilir ki, 1917-ci ilin oktyabrı bütün dünyada
milyonlarla zəhmətkeşin ədalətli cəmiyyət qurmaq arzularını təcəssüm etdirdi,
oktyabr ideyaları müasir kapitalizmə alternativ olaraq qalır və sovet layihəsi
bu gün sülh və dostluq içində yaşamağa çalışan bütün ölkələr üçün bir mayakdır.
11 noyabr 2022-ci il


0 Комментарии