Recents in Beach

Kubanın vitse-prezidenti Azərbaycan Kommunist Partiyasının rəhbəri ilə görüşüb

27 fevral 2023-cü ildə ölkəmizdə rəsmi səfərdə olan Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Ədalət Abdinov ilə görüşmüşür.

Qonağı salamlayan Ədalət Abdinov ötən il Havanada “Kuba və bütün mübarizə aparan xalqlarla həmrəylik. Biz faşizm və müharibə təhlükəsi ilə antiimperialist mübarizədə, ictimai və xalq hərəkatları ilə birlikdə kapitalizm və onun siyasəti qarşısında sülhün, ətraf mühitin, işçilərin hüquqlarının, həmrəyliyin və sosializmin müdafiəsində birlikdə güclüyük” adlı Kommunist və fəhlə partiyaların 22-ci Beynəlxalq Müşavirəsinin keçirilməsinə yaratdığı şəraitə görə hakimiyyətdə olan Kuba Kommunist Partiyasına Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinin təşəkkürünü bildirmişdir.

Qeyd edək ki, Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesan səfər çərçivəsində Bakıda keçiriləçək Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə Təmas Qrupunun Zirvə Görüşü iclasında iştirak edəcəkdir.

İnci İkramlı




Отправить комментарий

0 Комментарии