Recents in Beach

Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatından cavab almışıq

İkinci Dünya müharibəsində lend-liz proqramı çərçivəsində ABŞ və Böyük Britaniyadan təyyarələr SSRİ-yə gəmilər ilə Fars körfəzinə çatdırılmış, sonra isə İraqın Marqil, Şuayba və İranın Abadan aviabazalarında toplanmış və tranzitlə Gəncə aviabazasına gətirilərək cəbhəyə göndərilmişdir. Aviasiya tarixçisi, aviasiya Lend-lizi ilə bağlı bir sıra tədqiqatların müəllifi, ehtiyatda olan polkovnik-leytenant Vyaçeslav Viktroviç Filippovun tədqiqatlarına görə hətta 6 və 71-ci daşıyıcı qırıcı aviasiya alayların baş qərargahı sentyabr 1943-cü ildən noyabr 1944-cü ilə qədər Gəncədə yerləşib. Bu fakt Gəncənin tarixi üçün fəxr ediləsi bir hadisədir.

V.V.Filippovun araşdırmasına və Rusiya hərbi mətbuatın iddialarına əsasən hərbi təyyarələrin Azərbaycana gətirilməsi zamanı aviaqəzada 47 nəfər, Azərbaycandan cəbhəyə hazırlıq uçuşları və göndərilməsi zamanı 15 nəfər pilot həlak olub. Onların hamısı Gəncədəki xristian qəbrstanlığında dəfn olunub.

II Dünya müharibəsində həlak olmuş və Gəncədəki xristian qəbrstanlığında dəfn edilən pilotların məzarüstü xatirə lövhəsinin qoyulması xahişi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramova müraciət etmişdim. Mövzunun vaxtında və obyektiv araşdırılmasına ciddi nəzarət etmiş hörmətli Niyazi müəllimə təşəkkürümü bildirirəm.

Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatından daxil olan məktubu sizə təqdim edirik:



əqdim edirım:

Отправить комментарий

0 Комментарии