Recents in Beach

Sosializmin süqutu bəşəriyyət üçün fəlakətə çevrildi


SSRİ və Avropada sosializmin süqutu bəşəriyyət üçün fəlakətə çevrildi və vəhşi kapitalizm dünyaya dişini ağartmağa başladı. Ötən müddət ərzində dünya əhalisi heç nə qazanmayıb, amma çox şey itirib. Sovet İttifaqının dağılması ilə dünyaya “heyvan kapitalizmi” qayıtdı.

Bu gün dünyada “aqressiv fərdiyyətçilik” güclənir və sosial həmrəylik ideyası ələ salınır. Məqsəd ümumi mənafe üçün daha yaxşı cəmiyyət qurmaq deyil, maddi zənginləşmədir. Sosial və mədəni qurumlar dağıdılıb, tərk edilib və ya özəlləşdirilib, köhnə mühacir torpaq sahibləri saray və mülklərinin onlara qaytarılmasını tələb edirlər.

Qərb liderləri sosializmin ölümündən öz məqsədləri üçün istifadə edir, insan təbiətinin düzəlməzliyini sübut edirlər. Nəticədə, adi insanların həyatını yaxşılaşdırmağa çalışan hər kəs etirazla, narazılıqla üzləşir: “Bu ki, kommunizmdir! Onu Rusiyada qurmağa çalışdılar, ancaq fəlakətlə üzəşdilər!" Dövriyyəyə buraxılan bu cəfəngiyyat burjua ideologiyası daşıyıcıların uydurmasıdır.
.
Bütün bu bəlalara, çətinliklərə, zülm və insanların əməyinin nəticələrinin bir hissəsinin əvəzi ödənilmədən mənimsənilməsinə görə kapitalist istismarçılarını deyil, fəhlə sinfi günahlandırmağa çalışırlar. Hətta yeni peyda olan oliqarxlar iddia edirlər ki, sosializm dövründə fəhlələr kifayət qədər istismar edilməyib və indiki kapitalizmdə bu fürsəti daha onlara vermək lazım deyil.
Əvvəllər SSRİ, Çexoslovakiya və Almaniya Demokratik Respublikasının maliyyə dəstəyi ilə inkişaf etmiş Afrika, Asiya və Latın Amerikası ölkələrində bu gün fəlakətli vəziyyət yaranıb. SSRİ-nin maliyyə dəstəyini itirən kasıb ölkələr varlı kapitalist dövlətlərinə və korporasiyalarına dilənçilik etməyə məcbur oldular. Qənaət əhalini işdən, təhsildən və səhiyyədən məhrum etdi və insanlar müqavimət göstərməyə başlasa, NATO və “humanitar müdaxilə” hiyləgərcəsinə dərhal peyda olur.
Ancaq tarixin sonu hələ gəlməyib və bütün dünyada marksist ideyalar milyonları mübarizəyə ruhlandırır. 1917-ci il 7 noyabr inqilabı həmrəylik və tərəqqiyə əsaslanan bəşəru ümidini təcəssüm etdirdi və eyni ümid bu gün milyonlarla insanı ruhlandırır. Bu da qələbə gətirəcək!

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии