Recents in Beach

Burjua dövlətinin sosial siyasəti nədir?


Burjuaziya ilə proletariat arasındakı mübarizənin mahiyyəti istismar və zülmə endirilmir, proletariatın burjuaziyaya qarşı mübarizəsinin mahiyyəti isə təkcə istismar və zülmə müqavimət göstərməkdən ibarət deyil. Burjuaziyanın sinfi mübarizəsi - dövlət tərəfindən təşkil olunmuş burjuaziyanın (müasir mərhələdə onun inhisarçı təbəqəsi - oliqarxiyanın) kapitalist istehsal münasibətlərinin fəaliyyətini təmin edən, yəni elə həmin zülm və istismarı qoruyan iqtisadi və siyasi qaydanı saxlamaq uğrunda apardığı mübarizədir.

Burjuaziyanın proletariatı əzməsi və istismar etməsi həmişə ayrı-ayrı hərəkətlərin və ya ayrıca dövlət siyasətinin daimi prinsipi deyil, kapitalizmin bütöv mexanizminin işləməsinin YEKUN NƏTİCƏSİ kimi meydana çıxır.

Öz növbəsində, proletariatın burjuaziyaya qarşı müqaviməti kapitalizmin fəaliyyət modeli çərçivəsinə tam UYĞUN GƏLİR və siyasi cəhətdən hökmran sinif olan burjuaziya tərəfindən NƏZƏRƏ ALINIR. Proletariatın müqaviməti - kortəbii prosesdir və ciddi elmi mənada sinfi mübarizə hesab edilmir. Proletariatın sinfi mübarizəsi - təşkilatlanmış, işlək (yəni həqiqi işçi) sinif halına gəlmiş proletarların SİYASİ HAKİMİYYƏT UĞRUNDA apardıqları mübarizədir.

Buna görə də sosial təminat (pensiyalar, müavinətlər, büdcə hesabına iş yerlərinin yaradılması və s.) məsələsində burjuaziya dövləti vəziyyətə ustalıqla uyğunlaşır. Burada ilk növbədə proletar kütlələrinin normal təkrar istehsalını təmin etmək üçün “İŞÇİ QÜVVƏSİ” adlı əmtəənin dəyərinin müəyyən MÜƏYYƏN KOMPENSASİYASINDAN söhbət gedir. İnkişaf etmiş inhisarçılıq sahibkarların zülmünü gücləndirir, əmək haqqının real məzmunu müəyyən mərhələdə artıq proletar ailələrinin yetərli səviyyədə təkrar istehsalına və müvafiq bacarıqların bərpasına xidmət etmir. Bu isə təkcə narazılıq partlayışları ilə deyil, həm də xalqın adi fiziki tənəzzülü ilə hədələyir. Buna görə də burjuaziya hakimiyyət aparatı, hökmran sinfin qərargahı kimi, vəziyyəti “sosial dövlət” adlanan institutlar - müavinətlər, pensiyalar və s. ödənişlər, habelə güzəştlər vasitəsilə düzəltməyə çalışır.

Bundan əlavə, sosial siyasət PROLETARİATI SAKİTLƏŞDİRİR, narazılıq və qaynama səviyyəsini azaldır. Ümumilikdə, burjua dövlətinin yoxsul proletariatı müdafiə etdiyi ideyası kapitalizmin iqtisadi və siyasi nizamını qorumaq üçün ən təsirli vasitələrdən biridir.

Lakin bu o demək deyil ki, burjua dövlətinin sosial siyasətinin genişlənməsi və dərinləşməsi kütlələrin gözünə toz səpdiyinə görə bu tamamilə pisdir. Sadəcə, kapital diktaturasının bu cür modeli marksistlər qarşısında daha yüksək tələblər qoyur - daha dərin nəzəri təbliğat aparmaq lazımdır. Qabaqcıl proletarların şüuru ilə işləməyi bacarmaq gərəkdir, geridə qalanların boş mədəsinə ümid bağlamaq yox. Böhranlar, partlayışlar, fəlakətlər, müharibələr - dövlətin əhaliyə maddi dəstəyindən asılı olmayaraq kapitalizmin ayrılmaz yoldaşlarıdır. Bizim vəzifəmiz - tarixin kəskin dönüşlərinə yaxşı hazırlaşmaq, səriştəli marksistlərdən ibarət intizamlı bir partiya formalaşdırmaqdır.

Ədalət Abdinov


Отправить комментарий

0 Комментарии