Leninin mübarizəsi nəticəsində yeni tip sovet dövlət modeli yarandı, sosial bərabərlik ideyaları qlobal səviyyədə yayıldı və XX əsr siyasi tarixinin istiqaməti dəyişdi.
Dahi Lenin marksizm ideyalarını praktik siyasətə tətbiq edərək, sinfi bərabərsizliklərə qarşı mübarizəni ön plana çıxardı. O, fəhlə və kəndli təbəqələrinin siyasi proseslərdə iştirakını artırmağa çalışdı. Bu, bir çox ölkələrdə işçi hüquqları və sosial müdafiə sistemlərinin inkişafına təsir göstərdi. Sosial ədalət ideyasını gücləndirilmyə nail oldu.
Lenin köhnə feodal və yarı-kapitalist strukturları dağıdaraq, torpağın kəndlilər arasında bölüşdürülməsini təşviq etdi. Bu, qısa müddətdə sosial gərginliyi azaltdı və geniş xalq kütlələrinin dəstəyini qazandı.
Onun yaratdığı sistemdə fəhlə və kəndli sovetləri hakimiyyət orqanlarına çevrildi. Bu model aşağı təbəqələrin dövlət idarəçiliyində iştirakını təmin etdi.
Leninin rəhbərliyi dövründə Sovet İttifaqı ərazisində geniş savadlandırma kampaniyaları aparıldı, savadsızlığın aradan qaldırılması prioritet oldu. Kütləvi təhsilin təşviqi nəticəsində savadsızlıq səviyyəsi ciddi şəkildə azaldı. Bu, uzunmüddətli perspektivdə elmi və texniki inkişaf üçün baza yaratdı, kütləvi savadlanma artdı, texniki və elmi kadrlar yetişdi və sənayeləşmə üçün zəmin yarandı.
Leninin hakimiyyəti dövründə qadınların hüquqları genişləndirildi: seçki hüququ, əmək bazarında iştirak və hüquqi bərabərlik kimi məsələlərdə mühüm dəyişikliklər edildi. Bu siyasətlər bir çox digər ölkələrdə də qadın hüquqları hərəkatına təsir göstərdi.
Onun dövründə dövlət tərəfindən təmin olunan səhiyyə, təhsil və sosial yardım sistemlərinin əsasları qoyuldu. Bu model sonradan bir çox ölkələrdə sosial dövlət anlayışının formalaşmasına təsir etdi.
Lenin imperiya daxilində yaşayan müxtəlif xalqların öz müqəddəratını təyin etmə hüququnu nəzəri və siyasi səviyyədə müdafiə edirdi. Bu yanaşma müxtəlif millətlərin hüquqlarının tanınmasına səbəb oldu və kolonializmə qarşı ideoloji təsir göstərdi.
Lenin çox düzgün edərək, cəmiyyətdə hərc-mərcliyin stimulu olan çoxpartiyalı sistemi ləğv etdi. Xalq hakimiyyətinin ideoloji bazası olan Kommunist Partiyasına meydan verdi və möhkəm, etibarlı təkpartiyalı idarəetmə qurdu.
Lenin dünyada yeganə siyasətçidir ki, nəzəriyyəsi ilə praktika özünü doğruldur!
Lenin siyasi zəvzəklərin kökünü kəsməyi bacarırdı!
Leninin ideyaları yalnız bir ölkə ilə məhdudlaşmadı, qlobal təsir dairəsi ilə də fərqləndi. Onun rəhbərliyi ilə yaradılan Komintern vasitəsilə işçi hərəkatları gücləndi, kolonializmə qarşı mübarizə ideoloji dəstək aldı və sosial dövlət modellərinin yayılmasına təsir göstərildi.
Ədalət Abdinov


0 Комментарии