Recents in Beach

Trampın yeni şirkəti - Sülh Şurası


ABŞ Prezidenti Donald Trumpın 15 yanvar 2026-cı ildə açıqladığı Sülh Şurasının əsas məqsədi münaqişələrdən çıxmış və ya münaqişə riskində olan bölgələrdə sülhü təmin etmək, idarəetmə və yenidənqurma proseslərini koordinasiya etməkdir. Bu təşəbbüs ilk növbədə guya ki, Qəzza zolağında sülhün təmin edilməsi və idarə olunması üçün nəzərdə tutulub, lakin planlaşdırılan çərçivə daha geniş sülh sıravi mexanizmlərini də əhatə edə bilər.

Donald Trump bu beynəlxalq təşəbbüsü İsrail-Hamas münaqişəsinin dayandırılması və Qəzza zolağının bərpası planının bir hissəsi kimi təqdim edib. Bəzi xəbərlərdə Sülh Şurasının Ukrayna müharibəsinin sülh planının icrasına nəzarət üçün də nəzərdə tutulduğu bildirilir.
Bəzi şərhçilər bu təşəbbüsün gələcəkdə Birləşmiş Millətlər Təşkilatının (BMT) müəyyən funksiyalarını paralel şəkildə yerinə yetirə biləcəyini iddia edirlər. Bu baxımdan məsələ həm qlobal idarəetmə, həm də beynəlxalq təhlükəsizlik sistemi prizmasından təhlili əsaslı olaraq narahatlıq doğurur.
Şuranın sədri şəxsən Donald Tramp olacaq. Planlara görə, bu qurum dövlətlərdən yeni sülh razılaşmalarının tətbiqinə, münaqişədən çıxmış ölkələrdə idarəetmənin təşkili və yenidənqurmaya nəzarət edəcək.
Tramp administrasiyası bəzi ölkələrdən bu şuraya daimi üzvlük üçün 1 milyard dollar kimi maliyyə ödənişi tələb etməyi təklif edib. Bu ödəniş edənlər daha uzun müddətli üzvlük əldə edə bilər, digərləri isə üç illik müddətə daxil ola bilərlər.
Bir sıra ölkələrə (təxminən 60-a yaxın) qoşulmaq dəvəti göndərilib, ancaq çoxu ehtiyatlı yanaşır. Məsələn, Norveç bu təşəbbüsdə iştirak etməyəcəyini bildirib və bir çox Avropa ölkəsi də onu BMT-nin rolunu zəiflədə biləcəyi üçün tənqid edir.
Azərbaycan Sülh Şurasına təsisçi üzv dövlət olmaq dəvətini qəbul edib. Beynəlxalq hüququn işləmədiyi mövcud qlobal geosiyasi şəraitdə Azərbaycanın yırtıcı qüvvənin təklifini qəbul etməkdən savayı əlacı yoxdur.
Bəzi ekspertlər haqlı olaraq Sülh Şurasının nizamnaməsini beynəlxalq təşkilat sənədlərindən daha çox şəxsi şirkətin nizamnaməsinə bənzədirlər. Burada bütün əsas səlahiyyətlər onu təsis edən şəxsin - Donald Trampın əlində cəmlənir. Bu qurum daha çox mərkəzləşdirilmiş və şəxsyönümlü, şirkət idarəetmə modelinə əsaslanır.
ABŞ-ın digər dövlətlərə "parçala, hökm sür" münasibətinin mahiyyətinə əsaslansaq, Sülh Şurası daha çox müəyyən güclərin maraqlarını əks etdirən siyasi alətə çevrilə biləcəyi indidən əminlik yaradır.

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии