Bir neçə gündən sonra Azərbaycan hakimiyyəti tərəfindən quru sərhədlərin bağlanması ilə ölkənin bu istiqamətdə blokadaya salınmasının 6 ili tamam olur.
2020-ci il fevralın 28-dən bu günə qədər quru sərhədlərini bağlı saxlamasının (rəsmi səbəb – pandemiya, sonralar isə təhlükəsizlik bəhanəsi ilə) vətəndaşlara, cəmiyyətə və iqtisadiyyata vurduğu əsas ziyan və zərərlər cavabdehlik baxımından aktual olaraq qalır.
İqtisadi ziyanlardan danışsaq, ticarət və əmək fəaliyyəti təhlil olunmalıdır. Quru sərhədlərin bağlı qalması beynəlxalq sərhəd ticarətini və tranziti məhdudlaşdırıb. Bu, qonşu ölkələrlə yerli biznes, sərhəd ticarəti və daşınma fəaliyyətləri üçün ciddi çətinliklər yaradıb. Sərhədyanı rayonlarda yaşayan insanlar keçmişdə sərhəd ticarəti ilə məşğul idilər; indi isə bu imkanlar tamamilə kəsilib və işsizlik artıb.
Logistika və nəqliyyat xərclərini nəzərə alsaq, sərhədlər bağlı olduğundan yüklərin daşınması və beynəlxalq tranzit daha uzun və baha marşrutlarla həyata keçirilir, bu da idxal-ixrac xərclərini artırır.
Alternativ olaraq yalnız hava nəqliyyatı imkanları qaldığından bilet qiymətləri yüksək olub və sərnişinlərin xərclərini artırıb.
Turizm sektoruna ciddi zərər dəyib. Quru sərhədlər bağlı olduğundan xarici və daxil olan turist axını kəskin azalıb. 2019-cu illə müqayisədə əhəmiyyətli azalma müşahidə olunub, xüsusilə qonşu ölkələrdən gələn turistlərdə. Bu, turizm gəlirlərinin azalmasına səbəb olub.
Cəmiyyətə və vətəndaşlara təsirləri olub. Sərbəst hərəkət məhdudlaşdırılıb. Vətəndaşlar qonşu ölkələrə quru yolu ilə sərbəst çıxıb-girmək imkanını itiriblər. Bu, ailə əlaqələrinə, tələbələrin təhsili, xəstə müalicəsi və s. baxımdan problemlər yaradıb. İnsanlar daha ucuz quru nəqliyyat yerinə yalnız baha qiymətə təyyarələrdən istifadə etməyə məcbur olur, bu da əlavə xərclər deməkdir.
Regional əlaqələrin zəifləməsi baş verib. Uzun müddət sərhədlər bağlı qaldığından şəxsi və ictimai əlaqələr zəifləyib, insanlar dost və qohumlarla görüşməkdə çətinlik çəkirlər. Bir çox vətəndaş xaricdə çalışır və ya oxuyur; sərhədlər bağlı olduğu üçün bu kateqoriyadakı insanlar daha baha və çətin marşrutlarla hərəkət etməli olurlar.
Regional və qarşılıqlı təsirlər də var. Qonşu ölkələrə də iqtisadi ziyan dəyib. Məsələn, Gürcüstan Azərbaycandan gələn turistləri itirib və iqtisadi baxımdan ziyan görüb; bu, bilavasitə sərhədlərin bağlı qalması ilə əlaqələndirilir.
Daxili regional ticarət və inteqrasiyanın ləngiməsi müşahidə olunur.
Milli dəhlizlər (Şərq-Qərb, Şimal-Cənub) üzrə ticarət və nəqliyyat əlaqələrinin tam reallaşması çətinləşib.
Sosial və iqtisadi vəziyyətin ümumi təsviri belədir ki, quru sərhədlərin altı il bağlı saxlanması – rəsmi izahatlardan asılı olmayaraq – müxtəlif sahələrdə mənfi təsirlər yaradıb:
Ədalət Abdinov


0 Комментарии