Stalinə nə qədər çamur atsalar, hədyan söyləsər, onun haqqında zəvzəkləsələr də bu dahi insanın şəxsiyyəti ləkə götürmür.
Stalinin şəxsiyyəti onun yalnız kim olduğunu deyil, həm də necə insan olduğunu göstərən ən ali dəyərdir.
Stalinin şəxsiyyəti zahiri görkəmdən, titul və mövqedən kənarda, onun daxilində formalaşan mənəvi bir aləmdir. Onun şəxsiyyəti elə bir güzgüdür ki, orada vicdanın saflığı, düşüncənin dərinliyi, əqidənin möhkəmliyi və ruhun ucalığı əks olunur.
Stalin şəxsiyyətinin böyüklüyü onun səsində deyil, sözünün çəkisindədir; addımlarının səs-küyündə yox, iz buraxma gücündədir.
Stalin böyük şəxsiyyəti ilə zamanın fövqündə dayanmağı bacaran rəhbərdir. Bu cür kadrlar küləyin istiqamətinə uyğun əyilməz, əksinə, küləyə istiqamət verərlər. Belə insanlar üçün doğru ilə yanlış arasındakı sərhəd heç vaxt bulanıq olmur — çünki onların daxili kompası vicdanla yönlənir.
Ucalıq insanın başqalarından üstün olmasında deyil, başqalarını alçaltmadan ucalmağı bacarmasında təzahür edir - Stalin kimi.
Uca şəxsiyyət başqasının uğuruna kölgə salmaz, əksinə, o uğuru işıqlandırar - Stalin kimi.
Stalinin mərhəməti zəiflik deyil, güc mənbəyi idi. Çünki mərhəmət yalnız daxili tarazlığı və mənəvi zənginliyi olan insanların daşıya biləcəyi bir keyfiyyətdir.
Stalin qüdrəti zorla deyil, iradə ilə ölçülür. Həqiqi qüdrət başqalarını susdurmaqda yox, onları dinləməyi bacarmaqdadır.
Öz nəfsinə qalib gələn Stalin, minlərlə maneəni dəf edə biləcək gücə sahib idi. Tarix sübut edib ki, qılıncla fəth edilən torpaqlar unudula bilər, lakin fikir və şəxsiyyətlə fəth edilən qəlblər əbədi yadda qalır.
Şəxsiyyət məsuliyyətdir. O, hər deyilən sözün, atılan hər addımın arxasında durmaq cəsarətidir. Belə insanlar rahat yolu deyil, doğru yolu seçirlər. Onlar üçün həqiqət bəzən ağır, lakin həmişə şərəflidir. Məhz buna görə də böyük şəxsiyyətlər təkcə yaşadıqları dövrün deyil, gələcək nəsillərin də yoluna işıq salırlar - Stalin kimi.
Hüququn olmadığı, ədalətin itdiyi dünyamızda Stalinə böyük ehtiyac duyulur!
Ədalət Abdinov


0 Комментарии