Recents in Beach

Aleksandr Yakovlev və “yenidənqurma”: ideoloji dönüş, yoxsa xəyanət?


XX əsrin sonlarında Mixail Qorbaçov tərəfindən başladılan “yenidənqurma” (perestroyka) və “aşkarlıq” (qlasnost) siyasəti Sovet İttifaqı tarixində pis mənada dönüş nöqtəsi oldu. Bu siyasətin əsas ideoloqlarından biri isə Sov.İKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Aleksandr Nikolayeviç Yakovlev idi.

Aleksandr Nikolayeviç Yakovlev sovet tarixində ən mübahisəli fiqurlardan biridir. Onun fəaliyyəti bir tərəfdən azadlıq və islahatlarla əlaqələndirilir, digər tərəfdən isə sovet dövlətin dağılmasına səbəb olan ideoloji xətt kimi qiymətləndirilir.
Bu məqalədə Yakovlevin fəaliyyətinə tənqidi yanaşma prizmasından baxılacaq və onun siyasətinin SSRİ-nin və Kommunist Partiyasının dağılmasına təsiri analiz ediləcək.
1. Yakovlevin ideoloji transformasiyası
Aleksandr Yakovlev siyasi karyerasının ilkin mərhələsində klassik sovet ideoloqlarından biri hesab olunurdu. O, uzun illər Sov.İKP MK aparatında çalışmış, marksizm-leninizm ideologiyasının təbliğatçısı kimi çıxış etmişdi.
Lakin 1970–80-ci illərdə, xüsusilə Qərbdə diplomatik fəaliyyətindən sonra onun baxışlarında ciddi dəyişikliklər baş verdi. Yakovlev kommunist sistemin tənqidçilərindən birinə çevrildi və sovet ideologiyasının köhnəldiyini açıq şəkildə bildirməyə başladı.
Tənqidçilərin fikrincə, bu dəyişiklik sadəcə “islahatçı baxış” deyildi, əksinə, SSRİ-nin ideoloji əsaslarını zəiflətməyə yönəlmiş məqsədli xətt idi.
2. “Yenidənqurma”nın ideoloji memarı
Mixail Qorbaçov hakimiyyətə gəldikdən sonra Yakovlev onun ən yaxın silahdaşlarından birinə çevrildi. O, aşkarlıq siyasətinin əsas təşəbbüskarlarından idi. Bu siyasət çərçivəsində: Sovet tarixi saxtaşadırıldı; Kommunist Partiyasının nüfuzu zəiflədi; Cəmiyyət daxilində ideoloji parçalanma dərinləşdi.
Tənqidçilər hesab edir ki, Yakovlev məqsədli şəkildə sovet sisteminə inamı sarsıdırdı. Onların fikrincə, informasiya azadlığı adı altında dövlətin əsas ideoloji dayaqları dağıdılırdı.
3. Anti-kommunist mövqeyə keçid
1990-cı illərin əvvəllərində Yakovlev artıq açıq şəkildə kommunist ideologiyanın əleyhinə çıxış edirdi. O, marksizm-leninizmi totalitar sistemin əsası kimi qiymətləndirir və onun tarixi səhv olduğunu bildirirdi.
Bununla da Yakovlev Qərbin təsiri altına düşmüş siyasətçi, ideoloji diversiya aparan fiqur və SSRİ-nin dağılmasında mühüm rol oynamış şəxs kimi özünü təsdiq etdi. Bu mövqe onu sovet konservativ dairələrinin əsas hədəfinə çevirdi.
4. SSRİ-nin dağılmasında rolu
Sovet İttifaqının dağılması prosesi çoxşaxəli səbəblərlə bağlı idi. Lakin Yakovlevin fəaliyyəti bu prosesdə ideoloji katalizator kimi qiymətləndirilir.
Onun təşviq etdiyi siyasətlər: Kommunist Partiyasının monopoliya mövqeyini zəiflətdi; Milli respublikalarda separat meyilləri gücləndirdi; Sovet cəmiyyətində “köhnə sistemə qarşı” geniş narazılıq yaratdı.
Tənqidçilərə görə, bu düşmən xarakterli addımlar sovet dövlətinin daxildən zəifləməsinə və nəticədə süqutuna gətirib çıxardı.
5 “Xəyanətkar” ittihamlarına baxış
Yakovlevin “xəyanətkar” adlandırılması əsasən ideoloji mövqedən qaynaqlanır. Onu belə qiymətləndirənlər hesab edir ki: O, sistem daxilində yetişib, sonra həmin sistemi dağıtmağa çalışıb; Dövlətin ideoloji əsaslarını bilərəkdən zəiflədib; Qərb dəyərlərini sovet cəmiyyətinə tətbiq etməyə çalışıb
Yakovlev öz xəyanətkar fəaliyyətini “islahat” və “demokratikləşmə” adı ilə pərdələyirdi. Lakin onun xəyanətkarlığı siyasi və ideoloji baxışlarında tam əksini tapırdı. Əlbəttə şübhəsizdir ki, Yakovlevin rolu olmadan, Sovet İttifaqınin son dövrünü və onun süqutunu tam anlamaq mümkün deyil.

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии