Recents in Beach

Raisa Qorbaçova: satqın ərin meşşan arvadı


Xalq arasında satqın ərin meşşan arvadı kimi tanınan Raisa Maksimovna Qorbaçova SSRİ tarixində ən çox müzakirə olunan və ziddiyyətli fiqurlardan biridir. O, SSRİ-nin son dövlət başçısı olmuş həyat yoldaşı Mixail Qorbaçovla “yenidənqurma” və “aşkarlıq” siyasəti altında sovet dövlətinin çevrilişinə rəhbərlik etmişdir.

Raisa Qorbaçova SSRİ-də anti-kommunist xəttin formalaşmasına dolayısı ilə təsir göstərmişdir.

Raisa Qorbaçova da qeyd etdiyim kimi əri ilə birlikdə SSRİ-nin dağılmasında xüsusi rol oynayıb. Hər ikisi Qərb və ABŞ maraqlarına xidmət edib, hətta həyat yoldaşı ilə birlikdə mətbuatın yazdığına görə “Qərbin agenti” olublar. Postsovet məkanında və xüsusilə siyasi polemikada bu faktlar tez-tez təkrar olunur.
Raisa Qorbaçova rəsmi dövlət vəzifəsi daşımasa da ölkənin prezidenti postunu tutan ərinin qəbul etdiyi qərarlara, ictimai-siyasi proseslərə birbaşa təsir edirdi. Necə deyərlər, siyasi qərarların qəbulunda formal rol oynamırdı. Bəzi mənbələr onun qeyri-rəsmi təsirini xüsusilə qeyd edir. Ərinin ətrafında intellektual və ideoloji mühit formalaşdırırdı. Bir sözlə, Qorbaçov komandasının qeyri-rəsmi üzvü idi. Bu təsir simvolik və şəxsi səviyyədə olsa da, dövlət mexanizmlərinə institusional nəzarət anlamına gəlirdi.
"Yenidənqurma" və "aşkarlıq" siyasəti SSRİ-nin ideoloji əsaslarını sarsıdan əsas proseslərdən idi. Bu siyasətin əsas müəllifi Mixail Qorbaçov olsa da, arvadı Raisa Qorbaçovanın humanitar və liberal dəyərlərə meyilli olması, Qərb intellektual mühitinə maraq göstərməsi və sovet ideologiyasının sərt formalarına tənqidi yanaşması kimi faktorların Qorbaçovun qərarlarına psixoloji təsir etmişdir.
Raisa Qorbaçova sovet partiya və dövlət rəhbərlərinin həyat yoldaşlarından fərqli olaraq, SSRİ-də Qərb ənənəsinə məxsus yeni tip birinci xanım obrazını yaratdı.
Sovet adamların yüksək əxlaqi davranışına zidd olan meşşan Raisa Qorbaçova şəxsi maraqlarını və maddi rifahını hər şeydən üstün tutan, mənəvi dəyərlərə laqeyd qalan, xırda-burjua düşüncə tərzinə malik insan tipi idi. Sovet cəmiyyətində Raisa Qorbaçova burjuylara məxsus bahalı geyimlər geyinməsi və xarici səfərlərdə aktiv görünməsi ilə tənqid edilirdi. Bu, sadə, səmimi, halal yaşayan adi sovet vətəndaşların həyat səviyyəsi ilə sosial kontrast yaratdığına görə ictimai narazılığa səbəb olurdu: elita Qərbə yaxınlaşır, xalq isə yoxsullaşırdı.
Raisa Qorbaçova ABŞ-da üstüörtülü antisovet çıxışlar edir, liberal Qərb liderlərinin ailələri ilə yaxın münasibətlər qururdu. Liberal və humanist ritorikası sovet ideoloji dilindən fərqlənirdi. Bu, sovet ideoloji stereotiplərinə zidd idi və bəzi dairələrdə Qərblə açıq ünsiyyəti haqlı olaraq, Raisa Qorbaçovanın dönüklüyünə əsaslı şübhələr doğururdu.
SSRİ-nin dağılması travmatik hadisə olsa da səbəb “daxili zəifliklər”dən çox Mixail və Raisa Qorbaçovların “xarici xəyanəti” kimi izah olunmalıdır. Bununla əlaqədar bu psixoloji-siyasi mexanizm Qərbdən qidalanan həmin səlahiyyətli ər-arvad tərəfindən məharətlə hazırlanmışdı.

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии