Recents in Beach

Yeni e-kitab: Sol hərəkat: gücsüzlüyün xronikası

 

Toplu dörd əsas xətt ətrafında qurulub: müasir sol hərəkat və onun sosial bazası; SSRİ-nin son dövrü və sovet irsi; kapitalizm, imperializm və sosializmə dair müəllif yanaşmaları; fəlsəfi və sosial mövzular. Son bölmədə Azərbaycan tarixinin 1917–1920-ci illəri və müasir siyasi təşkilatların fəaliyyəti ilə bağlı yazılar yer alır.

Məqalələrin ardıcıllığı mövzu yaxınlığı və düşüncə xəttinin davamlılığı nəzərə alınmaqla müəyyənləşdirilib. Bu nəşr elmi monoqrafiya deyil, siyasi-publisistik məqalələr toplusudur. Buna görə də mətnlərdəki tarixi və siyasi mülahizələr müəllifin təqdim etdiyi baxış və arqumentlər kimi oxunmalıdır.

E-kitabı aşağıdakı istinad vasitəsilə oxumaq olar:

https://drive.google.com/file/d/1CpNrZ-U3Si3SeEnGdo6CWzlfSmkqLIwm/view?usp=sharing

Отправить комментарий

0 Комментарии