Recents in Beach

SÜLH, ƏMƏK, AZADLIQ BAYRAMI



                    Ədalət Abdinov,
Azərbaycan Kommunistlər Birliyinin sədri        


                          1MAY GÜNƏŞİ

Hər il sülh, əmək, azadlıq, bərabərlik rəmzi olan 1May günəşi şəfəq saçır. Çöhrələrə sevinc, üzlərə təbəssüm qonur. İnsan oğlu insan kimi yaşamaq arzularını ifadə edir – ailəsi üçün mənzil, süfrəsində  çörək üçün daimi iş yeri, balalarının pulsuz təhsil almasını, sağlamlığını qorumaq üçün pulsuz tibbi xidmət istəyir. Yaşamaq istəyir insan, adam kimi yaşamaq... Oğru burjuylara nökər olmaq istəmir insan! Zavodunu, fabrikini, kolxozunu, sovxozunu istəyir insan... Azadlığını  istəyir insan, fərəhini, sevincini istəyir insan... 1 May günəşinin şəfəqlərində insan arzularına qovuşmaq istəyir...

                                          1MAY TARİXİ

1 May zəhmətkeşlərin beynəlxlq bayramı, dünya fəhlələrinin həmrəyliyi və bütün ölkələrin zəhmətkeşlərinin qüvvələrinə mübariz baxış günüdür. Hər il mayın 1-də nümayiş keçirmək haqqında qərar İkinci İnternasionalın  Paris konqresində (1889, iyul) Çikaqo fəhlələrinin xatirəsini əbədiləşdirmək məqsədi ilə qəbul edilmişdir. 1886-cı il mayın 1-də Çikaqo fəhlələri 8 saatlıq iş günü tələbi ilə tətil və nümayiş keçirmiş, nümayiş polislə qanlı toqquşmaya səbəb olmuşdu.
1 May günü beynəlxalq bayram kimi ilk dəfə 1890-cı ildə Avstriya-Macarıstan, Beliçka, Almaniya, Danimarka, Fransa, İtaliya, ispaniya, ABŞ və bir sıra digər ölkələrdə qeyd edilmişdir. 8 saatlıq iş günü 1 May çıxışları iştirakçılarının əsas tələbi idi.
Böyük Oktyabr sosialist inqilabının beynəlxalq fəhlə hərəkatına çox böyük inqilabi təsiri nəticəsində 1 May çıxışları bir çox ölkədə açıq inqilabi - antikapitalist istiqamət aldı. İkinci dünya müharibəsindən (1939-45) sonra  dünya sosializm sisteminin yaranması, imperializmin müstəmləkə sisteminin dağılması, bütün dünyada sosializm və demokratiya qüvvələrinin möhkəmlənməsi müxtəlif ölkələrdə 1 may şənliklərinin xüsusiyyətlərini müəyyən etdi.
Sosialist ölkələrində  1 May zəhmətkeşləri sosializm və kommunizm quruculuğu uğrunda mübarizəyə səfərbərlik şüarları altında keçirdi. Müstəmləkə hökmranlığından azad olmuş, inkişaf etməkdə olan ölkələrdə, həmçinin siyasi istiqlaliyyət uğrunda mübarizə aparan ölkələrdə 1 May imperializmə və daxili irticaya qarşı, müstəmləkəçilik və yeni müstəmləkəçiliyin ləğvi uğrunda mübarizə günü kimi qeyd edilir. İnkişaf etmiş kapitalist ölkələrində 1 May günündə zəhmətkeşlər həyat və əmək şəraitinin yaxşılaşdırılmasına yönəldilən tələblər irəli sürür, demokratik və ictimai dəyişikliklər və sosializm uğrunda çıxış edirlər.
1 May bütün ölkələrdə xalqların beynəlmiləl qardaşlığı, sülh uğrunda mübarizə günüdür. Rusiya imperiyasında 1 May ilk dəfə 1890-cı ildə Varşavanın 10 min fəhləsinin tətili ilə qeyd edilmişdir. 1 May 1891-ci ildə Peterburqda M.İ. Brusnevin sosial-demokrat qrupu tərəfindən təşkil olunmuş, ilk siyasi nümayiş kimi 1900-cü ildə Kiyevdə, Xarkovda və s. keçirilmişdir. 1901-ci ildə “İskra”nın təşəbbüsü ilə RSDFP-nin ümumpartiya 1 May intibahnaməsi nəşr olundu; Peterburq, Qomel, Xarkov Tiflis və s. şəhərlərdə fəhlələrin 1 May çıxışları ilk dəfə olaraq "Rədd olsun, mütləqiyyət!”, “Yaşasın  respublika!” şüarları altında keçdi və ordu ilə toqquşmalara səbəb oldu. 1905-ci ildə 1 May Rusiyanın 177 şəhər sənaye məntəqəsində bayram edildi. 1 May nümayişlərində kəndlilər, əsgər və matroslar da iştirak etməyə başladılar. 1912-ci ildə Lena gülləbaranından sonra 1 May günlərində 400 min fəhlə tətil etdi. 1917-ci il Fevral inqilabının qələbəsindən sonra 1 May ilk dəfə olaraq azad qeyd edildi.
Böyük Oktyabr sosialist inqilabının qələbəsindən sonra Sovet ölkəsinin əməkçiləri 1 May gününü kapitalist ölkələri zəhmətkeşlərinin inqilabi mübarizəsi, milli azadlıq hərəkatı ilə həmrəylik şüarları altında qeyd edir, bütün qüvvələrini sülh və kommunizm cəmiyyəti qurmaq uğrunda mübarizəyə həsr etmək əzmində olduqlarını nümayiş etdirirdilər. SSRİ-də 1 və 2 may iş günü deyildi.
Azərbaycanda 1May ilk dəfə Bakıda 1900-cü ildə Balaxanı-Sabunçu rayonunda Stepan Razin dağının ətəyində sosial-demokrat dərnəkləri nümayəndələrinin yığıncağında gizli keçirilmişdir. 1901-ci ildə polis təqiblərinə baxmayaraq, Balaxanı-Sabunçu fəhlələləri 1 Mayı əllərində qızıl bayraqlar inqilabi mahnılar oxumaqla qeyd etdilər.
1902-ci il 1 May günündə Bakıda 5 minə qədər fəhlə “Rədd olsun, mütləqiyyət!”, “Yaşasın azadlıq”, “Səkkiz saatlıq iş günü” şüarları ilə küçələrə çıxdı.
1903-cü ildə Bakıda keçirilən 1 May nümayişinin “İskraqəzetigözlənildiyindən çox yüksəkbir tədbir adlandırdı. Həmin gün nümayişçilərlə polis arasında qanlı toqquşma oldu.
1905-ci ildə 1 May gününü Bakı proletariatı ilə yanaşı “Yelizavetpol (indiki Gəncə) fəhlələri də geniş qeyd etdilər. Sonralar 1 May Azərbaycanın digər qəzalarında da qeyd edilməyə başladı. Bakı fəhlələrininRədd olsun ingilis işğalçıları!”, “Yaşasın Azərbaycanda Sovet hakimiyyəti!”, “Yaşasın Sovet Rusiyası!” şüarları altında keçən 1919-cu il 1 May nümayişində 50 minə qədər nümayişçi iştirak etdi.
Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra ümumxalq bayramı kimi 1 May dövlət səviyyəsində qeyd edilməyə başladı. Həmin tarix sovet adamlarının həyatının ruzi-bərəkətlə dolu, sevincli, fərəhli, xoş günlərindən biri olub.
Beynəlxalq imperializmin yerli əlaltıları Azərbaycanda sovet hakimiyyətini süquta uğratdıqdan sonra 1992-ci ildə 1 May bayramını sovet ideoloji atributu kimi ləğv etdilər. Bununla kifayətlənməyən imperializmin yerli nökərləri 1 May adını daşıyan sənaye və kəınd təsərrüfatı müəssisələrini dağıtdılar. 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə İmişli rayonunun 1 May qəsəbəsinin adı dəyişdirilərək Bəhrəmtəpə qəsəbəsi adlandırılmışdır. Sovet vaxtı 1 May qəsəbəsində  dəmir-beton və çörək zavodları, SES, qum-çınqıl karxanaları, ictimai sosial obyektlər var idi.Hazırda işsizliyin ucbatında həmin qəsəbədə sosial-iqtisadi vəziyyət  çox acınacaqlı vəziyyətdədir.


                                                 1MAYA QAYIDIŞ


Sosializm ənənələrinə sadiq doğmalarım, qayıdın 1Maya! O gün ömrümüzün ən şirin tarixidir. Bilirəm, gün-güzəranız çox çətindir, ağırdır. Azadlıq təravətli 1Mayı ailənizdə, məhəllənizdə, rayonunuzda, şəhərinizdə dostlarınızla, həmfikirlilərinizlə qeyd edin.
Birləşin, doğmalaşın 1May ideyalarında. Vətən bizimdir, torpaq bizimdir, yurd bizimdir.  Vətənin, torpağın, yurdun sərvəti də bizimdir. - biz ona sahib olmalıyıq!
1Mayınız mübarək, doğmalarım - əqidədaşlarım!


Отправить комментарий

0 Комментарии