Azərbaycan
Kommunistlər Birliyinin sədri Ədalət Abdinov Dərsimin meri uğrunda 31 mart seçkilərində qalib çıxan kommunist Fatih Mehmet Maçoğluna təbrik məktubu göndərmişdir. Xatırladaq ki, kommunist Türkiyə tarixində ilk dəfə mer seçilir. Məktubda
deyilir: “Zora əyilməmək, özümlüyü qorumaq kommunistin vüqarı, ləyaqətidir. Böyük Çe Qevaranın davamçısı kimi kapitalist
Türkiyəsindəki qələbəniz Azərbaycan
kommunistlərini çox sevindirdi, hər birimizdə fərəh inamı yaratdı. Ən böyük fərəh
isə özünə sahib olan kommunist
azadlığıdır ki, xalqın dəstəyi ilə seçkilərdə qalib gəlməklə siz bunu qazandınız".
“Burjuaziyadan
fərqli olaraq xalq, kommunistin müqəddəs
mənliyidir”- Məktubda deyilir- “Kommunistin yenilməzliyi bu müqəddəs mənliyi
qorumaqdır. Ovacık bələdiyə başqanı kimi
sosialist ənənələrinə sadiqliyiniz qəlbinizdə, ağlınızda, əməlinizdə yaşayan
kommunist ideyalarından doğmuşdur. Bu ideyalar isə işıqla qaranlığın mübarizəsidir”.
“Əminəm
ki, Dərsimdə kommunist bayrağı yurdun xilas inamına çevriləcək, sosializm
ocağının istisi ətrafa yayılacaqdır. Kapitalizmin mövcudluğuna, mahiyyətinə
qarşı mübarizə yeni sarsılmaz güc səviyyəsinə qalxacaqdir. Kommunistin mer olduğu Dərsim inkişaf edəcək,
böyüyəcək, yeni-yeni nailiyyətlər əldə edəcəkdir. Uğurlarınız çox, qələbələriniz
sonsuz olsun!” Ədalət Abdinov yazır.
Vüsal Abbasov
Vüsal Abbasov
0 Комментарии