Recents in Beach

Hacı Hacıyev, sən kommunistsən, yoxsa...


Azərbaycan Kommunist Partiyasında qruplardan birinin başçısı  Hacı Hacıyev dialoq.info-da “Demokratik qüvvələrin Milli Şurası”nın videokonfransı haqda rəyini bildirib. Bəri başdan qeyd edək ki, Milli Şura burjua ideologiyasının yaramaz daşıyıcısı kimi kommunistlər tərəfindən rədd edilir. Bizi digər məsələ düşündürür. Guya kommunist mövqeyi sərgiləyən cənab Hacı Hacıyevin açıqlamasında mövzuya uyğun marksizm-leninizm təməli, sosializm qurmaq əzmi, iradəsi və bacarığı qətiyyən hiss olunmur.  
Qrup rəhbəri bilərəkdən və ya bilməyərəkdən prosesdə  marksizm-leninizmin mahiyyətini ifadə edən nəzəri müddəalar və prinsiplərə istinad etmək əvəzinə liberalizmin təşkilatçısı və təminatşısı olan siyasi liderlə birgə hamımıza məlum olan yolları göstərir. Bəs, harada qaldı, kommunist ideologiyasının tələbləri?
Onu da bildirək ki, ölkədə burjua hakimiyyətini dəstəkləyən kifayət qədər iqtidaryönümlü partiyalar vardır. Bu cür “kommunist” çıxışları etməkdənsə, cənab Hacı Hacıyev həmin partiyalardan birinə qoşulub, tutduğu mövqeyini uğurla davam etdirə bilər. Əsil kommunistlər buna məmun olardı...
                                                                                                                                    Ədalət Abdinov

İndi isə Hacı Hacıyevin sözü gedən açıqlamasını sizə təqdim edirik:
  
5 may 2020-ci il tarixdə “Demokratik qüvvələrin Milli Şurası”nın videokonfransının internetdə görüntüləri yayılmışdır. Özünü radikal müxalifət adlandıran qrup sözdə ölkənin müstəqilliyindən, demokratikliyindən danışır, istəyinin məqsədi isə siyasi hakimiyyətə gəlmək, ağalarının yırtıcı tapşırığını respublikada davam etdirməkdir. Radikal müxalifətin ölkədaxili maddi və mənəvi dayaqlarından olan rüşvətxor, korrupsioner, sadə zəhmətkeşləri ölkənin Prezidentinə qarşı qoyan, icra başcılarının bəzilərinin DTX-nın əməkdaşları tərəfindən ifşa olunaraq həbs olunmaları onları çaşdırıb. Bu vəziyyət onların videokonfransının gedişində özünü biruzə verir.
Şəxsən azad olmayan insanların əsil əxlaqi məsuliyyətdən danışmaları boyük mənasızlıqdır. Milli Şuranın rəhbərliyinin istəyi heç bir məsuliyyətlə məhdud edilməyən azadlıqdır. Belə azadlıq isə azadlıq yox, onları maliyyələşdirən mənbələrin köləsi olmaqdır. Bunu nəhayət ki, başa düşən və Milli Şurada təmsil olunanların bəziləri qrupun sıralarını tərk edirlər. Kapitalın hökmranlığı şəraitində daim yalanı və ikiüzlülüyü tədliğ etmək, mətbuat və söz azadlığını özlərinə məxsus mətbuatda saxtakarlığa çevirmək, yalanı təbliğ edən mənəvi nökərlər xalqın hər cür inamını və əqidəsini öldürməyə çalışırlar. Özlərini söyüş müxalifətinə çevirənlər belə əxlaqla yalan, hiyləgərlik, rüşvətxorluq və buna bənzər qəbahətlərlə özlərini 1991-ci ildən bu yana bütün sifətlərini cəmiyyətə göstəriblər. Bir sözlə, özlərini siyasi lider hesab edənlərin əxlaqsızlığı hələ də davam edir.
Dünyanı bürüyən koronavirus pademiyasına qarşı mübarizənin ölkə daxilində təşkili, müstəqilliyimizin daim müdafiəsi, itirilən torpqqıarımızın tezliklə qaytarılması uğrunda mübarizəni respiblikanın Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə birlikdə yerinə yetirmək üçün ölkənin siyasi liderinin yanında olmaqdansa, süni yaradılan narazılıqlardan istifadə edərək araqarışdırmaqla məşğul olmaq növbətı xəyanətkarlıqdır.
Siyasi partiyaların üzvü olaraq hər birimiz cəmiyyətə xeyirli, faydalı işlər görməliyik. Bizim yaşadığımız mühiti yaxşılaşdırmaq üçün müəyyən işlər görürüksə, cəmiyyət üzvlərinin həyatını asanlaşdırmaq üçün əlimizdən gələni ediriksə, bütün qabiliyyət və bacarığımızı birlikdə səfərbərliyə alarıqsa onda əxlaqi vəzifəmizi layiqincə icra etmiş oluruq. Yaşadığımız cəmiyyət üçün faydalı siyasi qüvvə sayılmaqdan ötrü onun düşdüyü çətin vəziyyətdən çıxmasına əməli işimizlə köməklik etməliyik. Əgər bu vəzifəmizi yerinə yetirmiriksə, onda cəmiyyət üçün faydasız, gərəksiz oluruq. Cəmiyyətin olan etimadını siyasi partiya kimi doğrultmuruq.
Hacı Hacıyev

Отправить комментарий

0 Комментарии