Moskvada “Yeni sosializm uğrunda” hərəkatın lideri, tarix elmləri doktoru Nikolay Platoşkin həbs olunub. Bu barədə «Qazeta nova» nəşri xəbər verib, siyasətçinin arvadı da faktı təsdiqləyib.
Platoşkin
kütləvi qarışıqlıq salmaqda günahlandırılır. Siyasətçinin «Feysbuk» səhifəsində
deyildiyi kimi, istintaq komitəsinin əməkdaşları artıq onun Lenin prospektindəki
mənzilində axtarış aparıblar. Axtarışın gedişində Platoşkinin kompüteri
götürülüb.
«Həmin an
mən evdə olmamışam - şəhər kənarında idim. Qayıdan zaman artıq onu
aparmışdılar» - deyə, arvadı bildirib.
Xatırladaq
ki, Platoşkin öz partiyasını yaratmaq niyyətində olduğunu bəyan edib. Bildirib
ki, 2021-ci ildə Dövlət Dumasına seçkilərdə iştirak edəcək. Onun sözlərinə görə,
Dumada sol çoxluq formalaşdırmaq və ilk olaraq, pensiya islahatını ləğv etmək
lazımdır /azpolitika.info/

0 Комментарии