Bu
fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro”
qəzetinə müsahibəsində "Sizin Qarabağın gələcəyi ilə bağlı baxışınız
necədir?" sualına cavab verərkən deyib.
"Sizə
deyə bilərəm ki, bizim çox əhəmiyyətli iqtisadi nailiyyətlərimiz var. Bizdə
yoxsulluq səviyyəsi çox aşağıdır, təxminən 5 faizdir. Ermənistanda bu, 50 faizə
yaxındır. Həmçinin bizdə işsizlik səviyyəsi çox aşağıdır. Pandemiyadan əvvəl
bu, 5 faizə yaxın idi, indi 7 faizdir. Lakin bu amilin geniş vüsət aldığı Dağlıq
Qarabağla müqayisədə fərq gecə ilə gündüz qədərdir. Beləliklə, biz orada
yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün daha yaxşı həyat
təmin edə bilərik. Mən əminəm ki, iki millət, iki xalq barışacaq. Çünki XXI
əsrdə özünü təcrid etmək, etnik təmizləmə aparmaq və de-fakto vəziyyəti
ayrılmağa çevirməyə çalışmaq mümkün deyil. Bu, mümkün deyil. Ermənistan da
daxil olmaqla indiyədək heç kim “Dağlıq Qarabağı respublikası”nı tanımayıb.
Əminəm ki, heç kim onu tanımayacaq. Ona görə də Qarabağın gələcəyi üçün, təkcə
Dağlıq Qarabağ üçün deyil, bütün Qarabağ üçün, - bu, Azərbaycanın böyük
regionudur, - ən yaxşı yol sülh şəraitində, harmoniyada yaşamaq və yenidən
yaxşı qonşu olmağa çalışmaqdır – ermənilər və azərbaycanlılar. Mənim planım
bundan ibarətdir",- ölkə başçısı əlavə edib.


0 Комментарии