Recents in Beach

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin

 MƏLUMATI

9 avqust 2021-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi katibliyinin yığıncağı keçirilmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsini birinci katibi Telman Nurullayev partiyanın ideya və təşkilat əsasları, partiya həyatının Lenin normaları, sosializm uğrunda mübarizədə partiyanın rəhbər rolunun artırılması, partiyanın proqram və nizamnaməsinin kommunistlər tərəfindən yerinə yetirilməsinə nəzarət məsələləri barədə katibliyin fəalları ilə fikir mübadiləsi etmişdir.

Partiya fəalları qeyd etmişlər ki, Azərbaycan Kommunist Partiyası imperializmə qarşı çarpışan mübarizlərin fəaliyyətinin gücləndirilməsində də rol oynamalıdır. Bu, sosializm uğrunda çıxış edən qüvvələrin bütün dünya cəbhəsinin sıx birləşməsinə bizim də töhfəmiz olacaqdır. Azərbaycanın sol qüvvələrinə bir daha müraciət olunur ki, kommunist hərəkatında yaranmış çətinliklərin aradan qaldırılmasına, prinsipial marksizm-leninizm zəminində onun sıx birliyinin möhkəmlənməsinə köməyini əsirgəməsinlər.

Azərbaycan Kommunist Partiyası Sabunçu Rayon Komitəsinin birinci katibi Xəyal Əsgərov çıxışında bildirmişdir ki,  partiyanın gücü onun üzvlərinin fəallığında, kollektiv təcrübəsinin və biliyinin zənginliyindədir. Böyük inamla deyə bilərəm ki, Sabunçu rayon təşkilatının sıraları möhkəmlənir, kommunistlərin mütəşəkkillik və fəallıq səviyyəsi yüksəlməkdədir.

Yığıncaqda çıxış edən Rəhim Həsənov, Ədalət Abdinov və Baxşəli Hacıyev qeyd etmişlər ki, kommunistlərimiz partiyanın qərarlarını möhkəm surətdə və dönmədən həyata keçirməli, cəmiyyətdə partiyanın siyasətini izah etməli, partiyanın xalqla əlaqəsinin möhkəmlənməsinə və genişlənməsinə kömək etməli, adamlara qarşı həssas və diqqətli olmalı, onları haqq işimizə kütləvi surətdə  sövq etməlidirlər.

Toplantı iştirakçıları təklif etmişlər ki, 19 dekabr 2021-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti plenumu çağırılsın.



Отправить комментарий

0 Комментарии