24 iyul 2022-ci ildə Azərbaycan Kommunist Partiyası Lerik Rayon Komitəsinin hesabat-seçki yığıncağı keçirilmişdir.
Lerik Rayon Partiya Komitəsinin birinci katibi Daşdəmir Qubadov hesabat məruzəsi ilə çıxış etmişdir.
Məruzəçi qeyd etmişdir ki, hesabat-seçki yığıncaqlarını V.İ.Lenin "zamanın şəraiti üzündən və ictimai inkişafın obyektiv gedişi nəticəsində ciddi siyasi əhəmiyyəti olan" məsələlər kimi dəyərləndirmişdir. Bu günkü hesabat-seçki yığıncağımız rayonda sosializmə meylin artması, sınaqdan uğurla çıxmış sosializm naminə insanların fəallığının güclənməsi, kapitalizm demokratiyasının rədd edilməsi, sosialist demokratiyasına inamın olması şəraitində keçir.
Yetişmiş problemlərə proqram məqsədimiz olan sosializmə çatmaq baxımından yanaşmaq lazımdır - Daşdəmir Qubadov demişdir - Çətin dağ şəraitinə baxmayaraq, vaxtilə inkişaf etmiş sosialist iqtisadiyyatına malik olan Lerik rayonunun iqtisadiyyatı bu gün bərbad vəziyyətdədir. İşsizlik, qayğısızlıq sayəsində leriklilərin həyat səviyyəsi çox aşağı düşmüşdür. Kasıbçılıq, yoxsulluq artmaqdadır. Əhalininin pis rifahı ciddi narahatlıq yaradır. Rayonunu ictimai-siyası mühitin mənfi təsirləri çoxsaylı suallar yaradır. Belə bir şəraitdə işgüzar, sağlam mənəvi-siyasi şəraitə xidmət edən kommunistlərə etimad artır.
Məruzə ətrafında kommunistlərdən Fərman Muradov, Maşallah Mirzəyev və Fədail Nəzərov çıxış edərək bildirdilər ki, hazırki mürəkkəb şərait tələb edir ki, Kommunist Partiyası fəhlələrin, kəndlilərin, ziyalıların, bütün zəhmətkeşlərin siyasi rəhbər rolunu bərpa etməlidir. Yırtıcı kapitalizm qurluşunun qurbanı olmuş insanlar yaxşı başa düşürlər ki, onların xilası Kommunist Partiyasının dinamik, ardıcıl işindən çox asılıdır.
Yığıncaqda təşkilati məsələlərə də baxılmışdır.
Qubadov Daşdəmir Cəlal oğlu səs çoxluğu ilə Lerik Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir.
Yığıncaqda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Telman Nurullayev və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Ədalət Abdinov iştirak etmişdir.
Azərbaycan KP MK-nın mətbuat xidməti







0 Комментарии