Recents in Beach

Kapitalizmə geri qayıdış - müvəqqətidir. Kommunizmin qələbəsi qaçılmazdır.

Bəşəriyyətin yolu — tərəqqi yoludur. Bəşəriyyətin hər bir mütərəqqi addımı onun qarşısına yeni məqsədlər qoyur. Və bu yolda bəşəriyyət heç vaxt dayanmayacaq. İrəli və yalnız irəli — insan cəmiyyətinin inkişaf qanunu budur. Bu inkişafda bəzən ziqzaqlar, dayanma halları, hətta geriyə dönüşlər də olur. Lakin bunlar həmişə müvəqqətidir, həmişə tarixi inkişafın ümumi gedişi tərəfindən aradan qaldırılır. Bu gediş isə irəliyə yönəlmişdir: aşağıdan yuxarıya, daha az inkişaf etmiş ictimai formadan daha yüksək inkişaf etmiş formaya, köhnəlmiş, özünü tükətmiş, inkişaf qabiliyyətini itirmiş quruluşdan gənc və insanlığın inkişafı üçün yeni imkanlar daşıyan quruluşa doğru.
Quldarlıq quruluşu ibtidai kommunizmdən daha mütərəqqidir. Feodal quruluş quldarlıq quruluşundan daha mütərəqqidir. Mövcud burjua quruluşu feodal quruluşdan daha mütərəqqidir. Sovet sosialist quruluşu isə mövcud burjua quruluşundan daha mütərəqqidir.
Bəli! SSRİ kapitalizmə geri dönüş etmişdir. Lakin əvvəllər də belə hallar olmuşdur: yeni quruluşdan köhnə quruluşa geri dönüşlər baş vermişdir. Burjua inqilablarının qələbəsindən sonra feodal əksinqilabları dəfələrlə olmuşdur. Feodal zadəganları yenidən hakimiyyəti ələ almış və monarxiyanı bərpa etmişlər. Lakin sonda onlar tamamilə məğlub edilmiş, onların yerini gənc burjuaziya tutmuşdur. Feodal quruluş süqut etmişdir. Planetdə kapitalizm hökm sürməyə başlamışdır.
Deməli, tarix bizə göstərmişdir ki, köhnəlmiş quruluşa doğru geriyə dönüşlər yalnız müvəqqəti ola bilər. Nəhayət, köhnə və özünü tükətmiş quruluş həmişə keçmişə çevrilmiş, yeni isə qalib gəlmişdir.
Ona görə də indi də yeni quruluşun — kommunizmin qələbəsi qaçılmazdır.
İnsanlıq tarixində artıq kommunizm olmuşdur — ibtidai kommunizm. Lakin indi bu, tamamilə başqa, keyfiyyətcə daha yüksək səviyyədə olacaq. Əgər əvvəlki kommunizm istehsal qüvvələrinin son dərəcə aşağı inkişafının nəticəsi idisə, yeni kommunizm əksinə, istehsal qüvvələrinin ən yüksək inkişafının nəticəsi olacaq. Əgər əvvəlki kommunizm son dərəcə yoxsulluğun və çatışmazlığın nəticəsi idisə, yeni kommunizm tam bolluğun nəticəsi olacaq.
Başqa cür ola bilməz. Mövcud quruluş dağıdılacaq, çünki onun əsasını həll olunmayan ziddiyyət təşkil edir: əməyin məhsullarının xüsusi mülkiyyət və mənimsənilməsi forması istehsalın ictimai-kollektiv xarakteri ilə ziddiyyət təşkil edir. İstehsalın ictimai-kollektiv xarakterinə isə yalnız ictimai-kollektiv mülkiyyət və mənimsəmə forması uyğundur. Birinin digərinə uyğunlaşdırılması bu ziddiyyətin yeganə həlli yoludur — bu isə sosialist inqilabdır.
Mövcud ictimai quruluşu və onun inkişafını nəzərə alaraq, biz yalnız bir yol görürük — kommunist cəmiyyətinə doğru, kommunizmin birinci mərhələsi olan sosializm vasitəsilə. Biz bilirik: indiki geriyə dönüş müvəqqəti bir haldır. Qələbə fəhlə sinfinin olacaq. Kommunizm — bəşəriyyətin gələcəyidir. Və ona aparan yeganə yol fəhlə sinfinin qalibiyyətli inqilabıdır.

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии