Recents in Beach

Yeni e-kitab: “Zaman dəyişir, ziddiyyətlər dərinləşir”

 



“Zaman dəyişir, ziddiyyətlər dərinləşir” e-kitabı Azərbaycan Sosialist Hərəkatının sədri Ədalət Abdinovun məqalələrini, bəyanatlarını və müraciətlərini bir araya gətirir. Yazılar müasir dünyanın və Azərbaycan cəmiyyətinin sosial-siyasi məsələlərinə marksist-leninçi mövqedən yanaşır.

Kitabın I hissəsində Hərəkatın təsis yığıncağı, Kuba xalqına həmrəylik bəyanatı, Sosialist İnternasionalına göndərilən etiraz məktubu və Lenin Komsomolunun 108-ci ildönümü münasibətilə təbrik verilir. II hissədə SSRİ-nin dağılması, Almaniyanın birləşdirilməsi, 1991-ci il müstəqillik aktına səsvermə və 1993-cü ilin Moskva hadisələri müəllifin gözü ilə təhlil olunur. III hissə Sovet təhsil sisteminə və sovet irsinə münasibətə, IV hissə İran və Türkiyədə dini hakimiyyət modellərinə, xilafət ideyasına, din və kapitalizm münasibətinə, V hissə isə əməyin mahiyyətinə, seçkilərə və sosial ədalətə həsr olunub.

Müəllif tarixi hadisələri ayrı-ayrı şəxslərin iradəsi ilə yox, onların arxasında dayanan sosial-iqtisadi münasibətlərlə izah etməyə çalışır. Əsas sualı da belə qoyur: hakimiyyət və iqtisadi qərarlar kimin maraqlarına xidmət edir?

Kitab sosialist ideyalarla maraqlanan oxucular, tarix və siyasi publisistika sevənlər üçün nəzərdə tutulub. Burada təqdim olunan fikirlər müəllifin şəxsi siyasi mövqeyini əks etdirir.

E-kitabı oxumaq üçün aşağıdakı istinaddan istifadə edə bilərsiniz:

https://drive.google.com/file/d/10YDVWCni-Eg6IpYIUdqlhNe1anGLrJ0D/view?usp=sharing




Отправить комментарий

0 Комментарии